Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : 1 2 3 4 5  #
    Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, formadan və formatdan istifadə edilməlidir”
    “ATƏT-in Minsk Qrupu həmsədrləri formatındakı danışıqlarla bərabər birbaşa danışıqları, o cümlədən Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqları yüksək dəyərləndiririk”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. “Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, istənilən formadan və formatdan istifadə edilməlidir. Məsələnin həllini yaxınlaşdıran istənilən təkliflər müzakirə edilməlidir. Dünən Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu bəyanat hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq”,-deyə Ə.Həsənov vurğulayıb.
    29.10.10 Məqaləni oxumaq
     
    DİA-da Rusiyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
    Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinlə görüş olub. DİA-nın mətbuat və informasiya xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ali təhsil ocağının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev ölkələrimiz arasında təhsil sahəsində aparılan islahatlar və ikitərəfli əlaqələrin önəmindən danışıb. Öz növbəsində qonaq səmimi görüşdən razı qaldığını bildirib və iki ölkə arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün layihələrdən bəhs edib. O, gələcək planlardan da bəhs edib və əlavə edib ki, Rusiya Dövlət Qulluğu Akademiyası və Xalq Təsərrüfatı Akademiyası ilə ikitərəfli mübadilə proqramlarının hazırlanması üzərində iş gedir.
    29.10.10 Məqaləni oxumaq
     
    Bu gün “Gümüş maska” Müasir İncəsənət Sərgisinin açılışı olacaq
    Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasından səmərəli surətdə istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc, istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə “Gümüş maska” Müasir İncəsənət Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirlityinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərginin açılışı bu gün saat 17:00-da Dövlət Gənc Tamaşaçılar Teatrının binasında olacaq. Gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş heykəltəraş Məmməd Rəşidovun müasir incəsənət əsərləri (rəngkarlıq, kiçik həcmli heykəltəraşlıq, installyasiya və s. ) sərgidə nümayiş etdiriləcək.
    29.10.10 Məqaləni oxumaq
     
    ETSN-nin “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 müraciət daxil olub
    Cari ilin III rübü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə yaşıllıqların mühafizəsi ilə əlaqədar 95 sayda müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Müraciətlər ETSN-nin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Ağacların kəsilməsi ilə bağlı daxil olmuş 9 şikayət ilə əlaqədar qeyd olunan ərazilərə baxış keçirilib və heç bir ağac qırıntısı faktı aşkar olunmayıb.
    29.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə dair protokol imzalanıb
    Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda keçirilən Özbəkistan Kinosu Günlərinin yekunlarına həsr olunan mətbuat konfrası keçirilib. KƏLAMİNFO xəbər verir ki, mətbuat konfrasında Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, “Özbəkkino” Milli Agentliyi Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Qasımov, Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov və digər şəxslər iştirak ediblər.
    28.10.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Ukraynada rəsmi səfərdədir
    Azərbaycan prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar dövlət başçısına duz-çörək təqdim ediblər.
    28.10.10 Məqaləni oxumaq
     
    Ünvanlı dövlət sosial yardımların birdəfəlik verilməsi nəzərdə tutulub
    Azərbaycanda 127 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elnur Kələntərli bildirib. Onun sözlərinə görə, həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödə¬nilib. E.Kələntərli bildirib ki, ölkəmizdə ünvanlı yardım alan hər bir ailə üzvünə isə 23,96 manat ünvanlı dövlət sosial yardım düşüb. O əlavə edib ki, yardım alanların 41,1%-i tərkibində 3 və daha çox uşaq olan ailələrdir. E.Kələntərli həmçinin əlavə edib ki, nazirlik tərəfindən Azərbaycanda aztəminatlı ailələr üçün özünə dəstək monitorinqi keçirilir. Onun sözlərinə görə, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ünvanlı dövlət sosial yardımlarını alan ailələrin gəlirlərinin 50%-i dövlət hesabından gələn gəlirlərdir. “Bunun üçün nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımından bəhrələn Azərbaycan vətəndaşları üçün yardımın birdəfəlik 1 illik məbləğinin verilməsi nəzərdə tutulub. Birdəfəlik məbləğ ailələrə verildikdən sonra pulları hara xərcləmələri haqqında da məlumat alınacaq. Sosial yardımların verilməsi ilk öncə 3 pilot rayonda həyata keçirilməsi planlaşdırılır. Bu 3 pilot rayonun adları dəqiqləşdirilir”,-deyə E.Kələntərli söyləyib.
    28.10.10 Məqaləni oxumaq
     
    Təhsil naziri buraxılış imtahanlarının təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb
    Təhsil naziri Misir Mərdanov ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Əmrə görə, 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahan¬ların¬dan qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahan¬la¬rının mər¬kəz¬ləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri üzrə 313 nömrəli məktəb və Təhsil Problemləri İnstitutunun əmkdaşları müxtəlif bölgələrə ezam edilib.
    28.10.10 Məqaləni oxumaq
     
    Bakıda ilk dəfə teatr problemlərinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək
    Noyabrın 9-da Bakıda müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elimi-praktik konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var. Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlərin keçməsi planlaşdırılır.
    28.10.10 Məqaləni oxumaq
     
    Rus deputat: “ABŞ və Avropadakı erməni lobbisi olmasaydı, Ermənistan Azərbaycanla bacarmazdı”
    Beynəlxalq ictimaiyyət hələ Azərbaycan- Ermənistan arasında çox var-gəl edəcək. Lakin, sonda tərəflərdən heç biri dünya ictimaiyyətinin konkret dəstəyini görməyəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Dövlət Dumasının deputatı Sergey Markov bildirib. Deputat bunu bir sıra faktorlarla əlaqələndirir. “Ermənistan dünya ictimaiyyətinin gözündə iqtisadi cırtdandır. ABŞ və Avropadakı erməni lobbisinin fəaliyyəti olmasaydı, Ermənistan Azərbaycanla rəqabətə tab gətirə bilməzdi. Bütün dünyada güclü erməni lobbisi işləyir və o, dünyanı Ermənistanı “atmamağa”, onunla “dostluq etməyə” məcbur edir. Azərbaycan isə hamı üçün geosiyasi və iqtisadi faktorlarla əlaqədar maraqlıdır”,- deyə rusiyalı deputat vurğulayıb.
    28.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Okt.2010
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031