Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Erməni separatçı rejimi Xankəndi Hava Limanını istifadəyə verməyi planlaşdırır
    Erməni separatçı rejimi cari ilin axrına kimi Dağlıq Qarabağda (DQ) Xankəndi Hava Limanını istifadəyə verməyi planlaşdırır. Hava limanı Xankəndindən 8 kilometr şərqdə yerləşir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, buradan İrəvana və Rusiya şəhərlərinə uçuşlar olacaq. Separatçı qurumun lideri Bako Saakyan dünən tikinti işlərilə tanış olub. Tikinti işlərinin əsasən xaricdən ayrlan 1 mlrd. erməni dramına (3 milyon dollar) tamamlanması nəzrədə tutulub. Uçuşlarda digər hava yollarının da nəzərdə tutulduğu bildirlsə də, adları açıqlanmayıb. Hələlik, 40 dəqiqəlik uçuşa görə biletin qiymətinin 16 min dram və ya 45 dollar olacağı bildirirlir.
    06.10.10 Məqaləni oxumaq
     
    “Qarabağ bizimdir” yazısı azərbaycanlıların etirazına səbəb oldu
    Tümendə azərbaycanlı və erməni gənclər arasında toqquşmanın qarşısı alınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb erməni gəncin üzərində “Qarabağ bizimdir” yazılmış köynəyi geyib dərsə gəlməyidir. Bu hadisə azərbaycanlı gənclərin xoşuna gəlməyib. Gənclər bir-birlərinə qarşı ox və silahdan istifadə ediblər. Rusiyada yaşayan digər millətlər üzrə iş komitəsinin rəhbəri Azərbaycan və erməni diasporlarının liderlərinə bu barədə məlumat verərək hadisənin genişlənməsinin qarşısını alıb.
    06.10.10 Məqaləni oxumaq
     
    Ermənistanda zəlzələ olub
    Bu səhər yerli vaxtla saat 08:32:35-də Ermənistan-Naxçıvan sərhəddində, Naxçıvan şəhərindən 70-km şimalı-qərbdə zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət mərkəzindən KƏLAMİNFO-ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb.
    06.10.10 Məqaləni oxumaq
     
    “Azərbaycan İranı Qafqazdakı proseslərə cəlb edir”
    Son vaxtlar ABŞ-ın Azərbaycana qarşı tutduğu haqsız mövqedən və iki ölkə arasında yaran soyuqluqdan İran məharətlə istifadə etməyə çalışır. İran rəıhbərliyinin Bakıya ardıcıl səfərləri də elə buna hesablanıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Politoloqun fikirincə, son aylar Vaşinqtonun dolayı yollarla tanınmamış “Dağlıq Qarabağ Respublikası”ı ilə əlaqələr qurması və ona maliyyə yardımları ayırması Azərbaycana qarşı açıq-aşkar ədalətsiz mövqedir. “Belə bir məqamı da region ölkəsi olan İran əldən vermək istəmir.
    06.10.10 Məqaləni oxumaq
     
    Sentyabrda Azərbaycanda 966 əcnəbi tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı qeydə alınıb
    Cari ilin sentyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3.329 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Həmçinin DMX-nin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.
    06.10.10 Məqaləni oxumaq
     
    Veronika Kotek: “Parlament seçkiləri Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri üçün gözəl fürsətdir”
    “Hökumətlə bağlı apardığımız uğurlu əməkdaşlıq nəticəsində qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəaliyyət planı hazırlamışıq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Mərkəzi Seçki Komissiyası (MSK) ilə Avropa Şurası Venesiya Komissiyasının keçirdiyi birgə treninqlərin açılış mərasimində söyləyib. Onun sözlərinə görə, fəaliyyət planına əsasən müvafiq tədbirlər keçirilib və tədbirləri həyata keçirilməsi davam edir:
    05.10.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov səfir M. Okini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı səfir M.Oki Azərbaycanda Yaponiyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir E.Məmmədyarov səfir Yan Masamitsu Okiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
    05.10.10 Məqaləni oxumaq
     
    A.Miloşosk: “Dağlıq Qarabağ münaqişəsi AŞ-ın daim diqqət mərkəzində olan məsələdir”
    “Dövlətlərin ərazi bütövlüyü Avropa Şurası üçün ən ali prinsipdir. Bu baxımdan AŞ həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də ümumiyyətlə dünyada tam bərqərar olmasının tərəfdarıdır. Biz AŞ üzvlərinin birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun suallarını cavablandırarkən AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşosk çıxış edib. A.Miloşosk bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daim diqqət mərkəzində olan məsələdir. “Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma bu istiqamətdə irəliləyişlər də vardır.
    05.10.10 Məqaləni oxumaq
     
    Xələf Xələfov Lixtenşteyn Knyazlığının xarici işlər naziri ilə görüşüb
    Xarici işlər nazirinin müavini Xələf Xələfov Vaduz şəhərində Lixtenşteyn Knyazlığının xarici işlər naziri xanım Aureliya Friklə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə edib. Görüşdə hər iki tərəf Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli və çoxtərəfli səviyyədə mövcud olan dostluq münasibətlərini müsbət qiymətləndiriblər. Danışıqlarda müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Tərəflər həmçinin siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
    05.10.10 Məqaləni oxumaq
     
    Ermənistan transsərhəd çaylarda çirklənməni artırıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər.
    05.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Okt.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031