Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Bakıda "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında seminar keçiriləcək
    Oktyabrın 28-də Bakıda Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Misir Mədəniyyət Mərkəzindən veriblər. Tədbirdə Azərbaycanın tanınmış ərəbşünasları, ziyalılar və Misir Mədəniyyət Mərkəzinin direktoru Adil Dərviş iştirak edəcək.
    27.10.10 Məqaləni oxumaq
     
    Tehran qonşu dövlətlərlə əlaqələrin genişlənməsi üçün heç bir məhdudiyyət görmür
    Rəsmi Tehran qonşu dövlətlərlə əlaqələrin genişlənməsi üçün heç bir məhdudiyyət görmür. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi deyib. Onun sözlərinə görə, Ermənistan və İran arasında dəmir yollarının tikilməsi haqqında razılaşma ölkələrarası əlaqələrin inkişafında mühüm addım olacaq və bu hadisə qonşu dövlətlərlə geniş şəbəkə yaratmağa imkan verəcək. İran prezidentinin birinci müavini tarixən erməni və İran xalqı arasında dostluq əlaqələrinin oduğunu və həmişə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.
    26.10.10 Məqaləni oxumaq
     
    ABŞ вЂњerməni soyqırımı”nı siyasi oyuncağa çevirib
    ABŞ raketdən müdafiə sisteminə yer verməməsinə görə Türkiyəni “erməni soyqırımı”nı tanımaqla hədələməkdədir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Miyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Mehrabyan açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton bununla ermənilər üçün müqəddəs olan “erməni soyqırımı”nı siyasi oyuncağa çevirir. “O cümlədən də indiki halda ABŞ və Türkiyə arasında gedən danışıqları nəzərə alsaq razılıq əldə olunduğu təqdirdə “erməni soyqırımı” birdəfəlik unudulacaq. Ümumiyyətlə Vaşinqton real olaraq bu “soyqırımı” tanımaqda maraqlı deyil, sadəcə istifadə edir. ABŞ-ın bu istiqamətdə edə biləcəyi yeganə hal “soyqırımı” ancaq gündəmə gətirməkdir, tanımaq deyil”,-deyə ekspert məsələdən təssüflənib.
    26.10.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov Küveytə gedib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Küveyt Dövlətinə rəsmi səfərə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Səfər Küveytin Baş nazirinin müavini, Ədliyyə naziri, Vəqflər və İslam İşləri naziri Raşid Abdulmuhsin əl-Həmadın dəvətilə baş tutub.
    26.10.10 Məqaləni oxumaq
     
    Ombudsman “Xəzər” İnformasiya Mərkəzinin direktorunu qəbul edib
    Ombudsman Elmira Süleymanova Londondakı “Xəzər” İnformasiya Mərkəzinin direktoru Gerald Frostu onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə E.Süleymanova qonağa rəhbərlik etdiyi qurumun mandatı, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı və digər məsələlərlə bağlı məlumat verib. O, qonağın ölkədə qadın hüquqlarının müdafiəsi, qadınların idarəetmədə iştirakı ilə bağlı sualını cavablandıraraq, son bələdiyyə seçkilərində Azərbaycanın yerli özünüidarəetmə orqanlarına seçilən namizədlərin orta hesabla 26,6 faizini qadınların təşkil etdiyini və bu göstəricinin əvvəlki seçkilərə nisbətən xeyli yüksək olduğunu vurğulayıb. Müvəkkil müvafiq nazirlik və komitələrdə, yerli özünüidarəetmə orqanlarında, o cümlədən rayon icra hakimiyyətlərində qadınların yüksək vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O, idarəçilikdə qadınların fəallığının, təmsilçiliyinin artırılmasının ölkəmizdə gender siyasətinin uğurla gerçəkləşdirilməsinə kömək edəcəyini söyləyib. E.Süleymanova ölkəmizdə həyata keçirilən dövlət siyasətində uşaqlara göstərilən diqqət, məhkəmə-hüquq islahatları və digər həyata keçirilən tədbirlər barədə də məlumat verib. Ombudsman təsisatında hazırlanan hüquqi ədəbiyyat qonağa təqdim olunub. Qonaq Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirib, səmimi qəbul, ətraflı fikir mübadiləsi üçün təşəkkürünü bildirib.
    26.10.10 Məqaləni oxumaq
     
    Bu gün Azərbaycanda Öbəkistan kinosu günləri başlayır
    Bu gün Azərbaycanda Özbəkistan kinosu günləri keçirilməyə başayır. Bu münasibətlə “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin mətbuat xidmətindən veriblər. Nümayəndə heyətinə Özbəkistanın xalq artisti Ulmas Əlixodjayev, əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir. Bununla bağlı Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Sabah Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq. Qonaqlar İçərişəhərə, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər. Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri planlaşdırılır. Səfərin sonuncu günü “Qala” tarix- etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
    26.10.10 Məqaləni oxumaq
     
    Rusiya Ermənistanı mülki və hərbi aviatexnika ilə təchiz edir
    Rusiya ilə Ermənistan arasında ikinciyə müasir aviatexnika verilməsi məsələsi müzakirə edilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının toplantısında bu məsələ müzakirə edilib. Söhbət bir sıra nəqliyyat, sərnişin təyyarələrindən, həmçinin hərbi və mülki təyinatlı pilotsuz təyyarələrin Ermənistana verilməsindən gedir.
    26.10.10 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi
    Bu gün “Hyatt Regency” otelində Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən layihənin ölkə üzrə meneceri Məzahir Əfəndiyev bildirdi ki, Azərbaycan hökuməti sərhədlərin müasir səviyyədə idarəçiliyi sahəsində böyük işlər görüb. Onun sözlərinə görə, Azərbaycan bu sahədə bir sıra beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq etməkdədir.
    25.10.10 Məqaləni oxumaq
     
    MSK bu gündən dairə secki komissiyalarında seçki bülletenlərinin paylanılmasına start verir
    Mərkəzi Secki Komissiyası (MSK) bu gündən dairə secki komissiyalarında seçki bülletenlərinin paylanılmasına start verir. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, bülütenlərin çapına oktyabrın 22-də Milli Məclisin mətbəəsində başlanılıb. Bülletenlər qanunvericiliyə əsasən, seçicilərin sayından 3 faiz artıq çap olunub. Bu isə 5 mln. 96 min 574 bülleten deməkdir. Qeyd edək ki, MSK, seçki bülletenlərinin doldurulması qaydalarının sadə olaraq hazırlanacağını bildirib. Bülletendə namizədlərin ad-soyadları əlifba sırasına görə yazılacaq. Siyasi partiya və blokların namizədlərinin adının qarşısında onun təmsil olunduğu partiya və ya seçki blokunun adı və emblemi də olacaq. Bülletenlərdə hər namizədin adının qarşısında səs vermək üçün kvadrat yerləşdiriləcək.
    25.10.10 Məqaləni oxumaq
     
    Türkiyənin Dövlət naziri Naxçıvana səfər edəcək
    Türkiyənin Dövlət naziri Zəfər Çağlayan Azərbaycan-Naxçıvan-Türkiyə iş forumunda iştirak etmək üçün sabah 125 iş adamı ilə Naxçıvana gələcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində türkiyəli nazir Naxçıvan MR-nın Ali Məcləsinin sədri Vasif Talıbov və iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşəcək. Z. Çağlayan Naxçıvanla Türkiyə arasında ticarət və iqtisadi əlaqələrinin genişləndiriləməsi barəsində müzakirə aparacaq. Həmçinin nazir Azərbaycanın digər bölgələrini təmsil edən iş adamları ilə birgə sərhəd yaxınlığında araşdırılmalar aparacaq. Xatırladaq ki, Türkiyə Naxçıvana 2009-cu ildə 41.5 mln. dollar ixrac həyata keçirib.
    25.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Okt.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031