|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
ABŞ Dövlət Departamenti Şuşada əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib
|
ABŞ Dövlət Departamenti ermənilərin işğal etdiyi Şuşa şəhərində əzəldən azərbaycanlıların yaşadığını təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında qeyd olunub.
Məqalədə deyilir ki, 1992-ci ilin mayında erməni qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar yaşayan tarixi paytaxtı Şuşa şəhərini və Laçın rayonunu işğal etmişlər.
Məqalədə qeyd olunur ki, işğalı genişləndirən erməni ordusu 1993-cü ilin oktyabrında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı yeddi rayonunu da zəbt edərək nəzarətə götürmüşdür.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
N.Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb
|
Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması barədə Naxçıvan sazişi haqqında” Qanunu imzalayıb. KƏLAMİNFO xəbər verir ki, Saziş 2009-cu il oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə qəbul olunub.
Sazişdə qərarların qəbulunun monitorinqinin aparılması üçün İstanbulda daimi katibliyin yaradılması nəzərdə tutulur. Katibliyin fəaliyyəti xüsusi formalaşan büdcə hesabına maliyyələşdiriləcək.
Saziş Azərbaycan, Türkiyə və Qazaxıstan dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minir.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
Azıx düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunan konfrans keçirilir
|
Bu gün “İrşad” mehmanxanasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunan “Qarabağ daş dövründə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin alimləri iştirak edirlər.
Qeyd edək ki, konfrans oktyabrın 7-dək davam edəcək.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Memarlıq və İnşaat Universitetində beynəlxalq simpozium keçiriləcək
|
noyabr ayının 25-26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Problemləri üzrə Mütəxəssislər Assosiasiyasının Beynəlxalq simpoziumu keçiriləcək. Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, simpozium “Fövqəladə hallar riskinin azaldılması və hüqo prinsipləri barəsində tərəfdaşların məlumatlandırılması” mövzusunda olacaq. Konfransda iştirak etmək istəyənlər noyabrın 1-dək qeydiyyatdan keçməlidirlər.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək
|
Oktyabrın 20-28-də Azərbaycanda ilk dəfə olaraq türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Aşıqlar Birliyindən veriblər.
Festivalda Türkiyə, İran, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər. Tədbir öz işinə Bakıda, Heydər Əliyev Sarayında başlayacaq və Gəncədə sona catacaq. Festivalın iştirakçıları, həmçinin Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
İran parlamentinin sədri Əli Laricani Ermənistana səfər edəcək
|
İran parlamentinin sədri Əli Laricani bu həftə Ermənistan və Qazaxıstana səfər edəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, 4 günlük səfər çərçivəsində iki ölkənin rəsmi nümaəndələri ölkələrarası münasibətləri dəyərləndirəcəklər. Əli Laricani Ermənistandan sonra isə Qazaxıstana yola düşəcək.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
“İrəvan nə siyasət yürütdüyünü bilmir”
|
Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinə dair heç bir siyasəti və tələbi yoxdur. Hakimiyyət hər şeyi, o cümlədən Dağlıq Qarabağın statusunun tanınmasını iri güclərdən asılı vəziyyətə salıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda “İrs” fraksiyasının rəhbəri, politoloq Stepan Safaryan bəyan edib.
O, bildirir ki, İrəvan yalnız hansısa təklifi qəbul edə, ən yaxşı halda onu rədd edə bilir. “Səbəb də odur ki, Ermənistan necə bir siyasət yürütdüyünü özü də bilmir. Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı konkret siyasəti hiss olunur. Azərbaycan hesabatlar və təşkilatlar vasitəsilə nəinki ətraf ərazilərdə, hətta Qarabağın özündə də addımbaaddım hüququnu təsbit etməyə səy göstərir. Təssüf ki, Ermənistan iqtidarı buna qadir ola bilmədi”,-deyə erməni politoloq etiraf edib.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
Respublika Hərbi Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub
|
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi tutduğu vəzifədən azad olunub. Hərbi Polisin rəisi, polkovnik Rövşən Məhərrəmov vəzifəsindən azad olunaraq Sərəncama göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyevin Bakı Hərbi Birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərovu vəzifəsindən azad etməsi barədə yayılan məlumatlar əsassız çıxıb.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
“Rusiya İrana 1 milyon dollar təzminat ödəməyə hazırdır”
|
Rusiya İrana yeni tipli raketlərin satışını dayandırmasaydı, iqtisadi itkidən daha çox siyasi itkilərlə üzləşərdi. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Dövlət Dumasının Xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev bəyan edib
Komitə sədri qeyd edib ki, bununla bağlı Tehranın Moskvadan təzminat tələb etməsi onun haqqıdır və Rusiya bunun müqabilində İrana 1 mln. dollara qədər təzminat ödəməyə hazırdır. “Bu bizim üçün itki deyil. Əsas odur ki, böyük siyasi itkidən qurtardıq. Əgər biz S-300 sistemlərini İrana ötürsəydik, siyasi itkilərlə üzləşərdik ki, Rusiya bunun ağrılarını heç yaxın 10 ildə də aradan qaldıra bilməzdi. Heç bir iqtisadi itki siyasi itkidən üstün ola bilməz. İqtiasdi geriliyi tez aradan qaldırmaq olur, siyasi itkini isə heç bəzən mümkün olmur”,-deyə Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, İrana yeni tipli raketlərin satılması ilə bağlı 2007-ci ilin dekabır ayında Moskva-Tehran arasında sövdələşmə imzalanıb. Sövdələşməyə görə, Rusiya 800 mln. dollar civarında İrana 5 ədəd raket müdafiə sistemini satmağı öhdəsinə götürüb. Lakin cari ilin sentyabrın 22-də Rusiya prezidenti Dmitri Medvedev satışın dayandırılması ilə bağlı sərəncam imzalayıb. Buna görə də Tehran Moskvadan sövdələşməni pozduğu üçün təzminat tələb edir.
|
02.10.10 Məqaləni oxumaq
|
|
|
Zərdabda Heydər Əliyev Mərkəzi tikiləcək
|
Zərdab rayonunda 4,5 ha ərazini əhatə edən Heydər Əliyev adına park müasir tələblər səviyyəsində yenidən qurulur. Zərdab rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, parkda yeni istirahət guşələrinin yaradılması, müəyyən olunan ərazilərə dekorativ daşların düzülməsi, yeni fəvvarələrin tikilməsi nəzərdə tutulub. Hazırda bu istirahət guşəsini əhatə edən hasarlar aqlay daşlarla üzlənir.
Yeni işıq xətlərinin çəkilməsinə hazırlıq işləri görülür. Yaxın günlərdə parkın mərkəzində sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılacaq. Rəsm qalereyasından, dərnək otaqlarından, kompüter mərkəzindən, elektron kitabxana və akt zalından ibarət olan ikimərtəbəli binada ulu öndərin həyat və fəaliyyətini işıqlandıran guşələr də yaradılacaq.
Hazırda isə yeni mərkəzin bünövrəsinin tökülməsinə hazırlıq işləri görülür. Bundan əlavə ulu öndərin adını daşıyan prospektdə də təmir-bərpa işləri aparılır. Yolun hər iki tərəflərində istinad divarları hörülərək daşlarla üzlənir. Burada yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadları müasir görkəmə salınır.
|
02.10.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|