|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
İranla Gürcüstan arasında viza rejimi ləğv olunacaq
|
İranın xarici işlər naziri Mənuçöhr Möttəki noyabrın 3-4-də Gürcüstana səfər edəcək. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan XİN-dən bildiriblər ki, artıq İranın Gürcüstan səfirliyində də son hazırlıqlar başa çatmaq üzrədir. Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğv olunacağı bildirilir.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Ümumdünya Statistika Günüdür
|
Bu gün Ümumdünya Statistika Günüdür. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, BMT-nin BA-nın 64/267 nömrəli qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-i Ümumdünya Statistika Günü elan edilib və onun “Rəsmi statistikanın bir çox nailiyyətlərinin bayram edilməsi” mövzusu üzrə keçirilməsi qərara alınıb. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi təsdiq edib. BMT-nin Baş katibi Pan Gi Mun dünyanın bütün dövlət başçılarına bu haqda müraciət edərək xahiş edib ki, Ümumdünya Statistika Gününün yüksək səviyyədə qeyd olunmasına kömək göstərsinlər. Son məlumata görə 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Ümumdünya Statistika Günü təntənəli şəkildə qeyd ediləcək.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başa çatıb
|
Oktyabrın 11-dən 19-na kimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanı üzrə 32 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı keçirilib. DQMK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb:
1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Almaniya Bundestaqının üzvləri Bakıda səfərdədir
|
Almaniya Bundestaqının üzvü Ştefan-Klaudio Lemmenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Almaniyanın Azərbaycandakı səfirliyindən veriblər.
Səfər çərçivəsində nümayəndə heyəti sabah Milli Məclisin sədr müavini Valeh Ələsgərov və Milli Məclisin Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüş zamanı Bundestaq tərəfindən keçirilən “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak etmək üçün Azərbaycan tələbələrinin seçimi müzakirə olunacaq. Oktyabrın 22-də “Odlar Yurdu” universitetində nümayəndə heyətinin alman dilini öyrənən tələbələrlə görüşü keçiriləcək.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
|
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib
|
Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən veriblər. D.Lidinqtonu iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. Oktyabrın 22-dək davam edəcək səfər zamanı D.Lidinqton Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər, iqtisadi inkişaf, nəqliyyat nazirləri, Azərbaycanın tanınmış iş adamları ilə görüşəcək. D. Lidinqton Azərbaycan Dillər Universitetində “Azərbaycan və onun Avropada rolu” adlı məruzə ilə çıxış edəcək, müəllim və tələbələrin suallarını cavablandıracaq. Qeyd edək ki, səfərin məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, Britaniya və Azərbaycan iş adamları ünsiyyət qurulması, birgə fəaliyyət imkanlarının öyrənilməsidir.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Azad Rəhimov Meksikada Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasında iştirak edir
|
Meksikanın Akapulko şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasına start verilib. Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Assambleya əsnasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub. Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada gənclər və idman naziri Azad Rəhimovun Meksikanın, o cümlədən digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır. Tədbir 24 oktyabr tarixinədək davam edəcək.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
MŞ sədri Ə. Amaşov Türkiyəyə gedir
|
Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq. MŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir oktyabrın 20-dən 23-dək Türkiyənin Kayseri şəhərində keçiriləcək.
MŞ sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumu, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovey səfər çərçivəsində Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ilə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı daxildir.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Akademik Qərib Məmmədovun yeni kitabı işıq üzü görüb
|
Akademik Qərib Məmmədov, Mahmud Xəlilov və Sara Məmmədovanın həmmüəllifi olduqları “Aqroekologiya” adlı dərslik çap edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, kitabda aqroekologiyanın əsas məsələləri – biosfer, populyasiya, biosenoz, aqroekosistem haqqında məlumatlar və texnogenez şəraitdə torpaq-biotik kompleksində onların funksional qanunauyğunluqları şərh olunub.
Dərslikdə əkinçiliyin nativ sistemi və onun ekoloji əhəmiyyəti, vermikultra, biohumusun hazırlanması və tətbiqinin ekoloji aspektləri, seliteb ərazilərin ekologiyası, ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı məsələləri təhlil olunur.
İntensiv aqrar istehsalı şəraitində suyun biogen çirklənməsi, kənd təsərrüfatında kimyalaşdırma, suvarma, mexanikləşdirmənin ekoloji problemləri, radioekologiyası, aqroekoloji monitorinq, həmçinin landşaftların optimallaşdırılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, elmi redaktoru Q. Məmmədov olan dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan ali məktəb tələbələri, həmçinin kənd təsərrüfatı və təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizə məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulub.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cənubi Afrikada keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
|
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Cənubi Afrikanın Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun “Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə” mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 24-27 oktyabr tarixlərdə keçiriləcək konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq. Tədbirdə R.Əliquliyev “Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləri” adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən “Elektron elm” proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək. Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|