Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    İTV-də bu gecə bölgələrin namizədləri aktiv olacaq
    Bu gün İctimai Tv-də 5 seçki dairəsini təmsil edən namizədlərin iştirakı ilə növbəti debat keçiriləcək. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 43 saylı Sumqayıt üçüncü, 66 saylı Biləsuvar, 71 saylı Masallı kənd, 107 saylı Qazax və 112 saylı Qax seçki dairələrinin namizədləri çıxış edəcək. Qeyd edək ki, tamaşaçılar 66 saylı Biləsuvar seçki dairəsindən Xanhüseyn Kazımlı, 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkili Elmira Axundova və 9 namizədin təmsil olunduğu 107 saylı Qazax seçki dairəsinin namizədlərinin çıxışlarını izləyəcəklər. Xatırladaq ki, hər namizədə 4 dəqiqəlik vaxt ayrılır
    25.10.10 Məqaləni oxumaq
     
    Ermənistanın Baş naziri İranda səfərdədir
    Bu gündən Ermənistanın Baş naziri Tiqran Serkisyanın İrana rəsmi səfəri başlayıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, baş nazirlə yanaşı Ermənistandan İrana bir sıra yüksək rütbəli məmurlarda gedib. Onlar arasında prezident aparatının rəhbəri, energetika naziri, təhsil naziri, iqtisadi inkişaf naziri, Ermənistan diasporasının rəhbəri və başqa nazirlər daxildir. Qeyd edək i, Ermənistan nümayəndə heyətinin səfəri iki gün olacaq.
    25.10.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi KİV üçün beynəlxalq təlim keçirir
    Mədəniyyət və Turizm Nazirliyi 26-27 oktyabr tarixlərində “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO Nazirliyin mətbuat xidmətindən veriblər. Təlim Muzey Mərkəzində baş tutacaq. Sözügedən təlimdə yerli mütəxəssislərlə yanaşı Rusiya və Rumıniyadan ekspertlərin də iştirakı nəzərdə tutulur. Təlim iştirakçılarına Nazirlik tərəfindən sertifikatlar veriləcək.
    25.10.10 Məqaləni oxumaq
     
    BSU-da “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpozium keçirilir
    Bakı Slavyan Universitetində bu gündən etibarən Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumu keçirilir. KƏLAMİNFO xəbər verir ki, “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumuna Türkiyənin Qazi və İstanbul Kültür Universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb. Tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, konfransda iştirak edən hər bir ölkənin nümayəndəsi Azərbaycan haqqında məhəbbət və təəssüratlarını uzaq Avstraliyayadan başlayaraq bizə yaxın olan Türkiyəyə qədər aparacaqlar. O, BSU-da təşkil olunan hər bir konfransın məqsədinin beynəlxalq arenaya çıxmaq olduğunu söyləyib. Qazi Universitetinin professoru İsmət Çətin bildirib ki, bu simpozium 2000-ci ildən etibarən Bakı Slavyan Universiteti ilə Qazi Universiteti ilə imzalanmış layihənin davamıdır. “Bir ay əvvəl hər iki universitet 5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən müəllim və tələbə mübadiləsi olacaq.
    23.10.10 Məqaləni oxumaq
     
    Bu gün seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır
    Bu gün saat 12.00-dan etibarən cari il noyabarın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasından veriblər. Seçki bülletenləri Milli Məclisinin mətbəəsində (ünvan Yasamal rayonu, Azad Mirzəyev küç.236-Statistika İdarəsinin solunda) mətbəə üsulu ilə çap ediləcək. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair də qərar Mərkəzi Seçki Komissiyasının 1 oktyabrda keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 14.00-da mətbəəyə gələcək. MSK da akkreditasiyadan keçmiş KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri də dəvətlidir. P.S. Mərkəzi Seçki Komissiyasının "Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar" əlavə olunub.
    23.10.10 Məqaləni oxumaq
     
    Elxan Poluxov: “Fransada yaşanan iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarından şikayət daxil olmayıb”
    Xarici İşlər Nazirliyinə (XİN) Fransada yaşayan Azərbaycan vətəndaşlarından bu ölkənin hava limanlarında baş verən iğtişaşlarla bağlı heç bir şikayət daxil olmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında XİN-in mətbuat katibi Elxan Poluxov bildirib. O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının Fransa hava limanlarından evakuasiyası barədə nazirliyə müraciət edən olmayıb. Onun sözlərinə görə, buna baxmayaraq iğtişaşlar və hava nəqliyyatı ilə bağlı problemlər davam etsə, XİN həmişə olduğu kimi bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza xəbərdarlıq edəcək və müvafiq tədbirlər görəcək.
    23.10.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq əvvəlki illərlə müqayisədə çox zəifdir”
    Hazırda Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq ötən illərlə müqayisədə çox zəifdir və bu yaşı heç nə vəd etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov qeyd edir ki, münaqişə təkcə Azərbaycan və Ermənistanın deyil, bütün bölgənin inkişafına mane olur və regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdid yaradır. “Ermənistanın mövqeyi hələ də qeyri-müəyyəndir.
    22.10.10 Məqaləni oxumaq
     
    The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib
    Böyük Britaniyanın The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib. The Times qəzetinin sifarişi əsasında Upper Reach media agentliyi tərəfindən hazırlanmış hesabatda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyət və turizm sahəsinin inkişafına həsr edilmiş yazılar dərc edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyadakı səfirliyimizdən veriblər. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişafı vurğulanmaqla, hazırda 100-dən artıq Britaniya şirkətinin ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyi, ölkədə xarici sərmayədarlar üçün yaradılmış münbit mühit nəticəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin fəaliyyətindən bəhs olunur.
    22.10.10 Məqaləni oxumaq
     
    Nazir:“Ermənistan DQ-nın müstəqlliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”
    Ermənistan parlamenti Dağlıq Qarabağın (DQ) müstəqilliyini tanısa, bu, beynəlxalq hüquq baxımından ciddi səhf addım olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.. Onun sözlərinə görə, hansısa ölkənin müstəqilliyi tanınanda, ilk növbədə, beynəlxalq hüquq baxımından hansısa sərhəd əsas götürülür. “Azərbaycanın müstəqilliyi keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının sərhədi çərçivəsində tanınıb. BMT də bu çərçivəni qəbul edib. DQ Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi idi. Bunu BMT-yə üzv olan bütün dövlətlər tanıyıb. Əgər Ermənistan bütün bunlara zidd olaraq bir səhv hərəkət etsə - DQ-nın müstəqilliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”,-deyə nazir fikirini açıqlayıb.
    22.10.10 Məqaləni oxumaq
     
    E.Nalbandyan: "Qarabağla bağlı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar"
    ATƏT-in Minsk Qrupu tərəfindən müzakirələr davam edərkən Ermənistan parlamentindən gündəliyindən Dağlıq Qarabağın tanınmasının çıxarılması lazımdır. Əks-halda bu Ermənistanın problemlə bağlı perspektivlərini zərbə altına alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, hazırkı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar. "Biz Azərbaycanın müharibə təhdidlərinin azaldıması üçün Minsk Qrupunun fəaliyyətini dəstəkləmək məcburiyyətindəyik. Ona görə də, bu üç böyük vasitəçi dövlətə ümidlərimiz də böyükdür",-deyə erməni nazir vurğulayıb. E.Nalbandyan yenə riyakarlığa əl ataraq bildirib ki, bu il Sankt-Peterburq görüşlərində Ermənistan tərəf yenilənmiş Madrid prinsiplərini qəbul edib.
    22.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Okt.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031