Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    ADA Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına qəbul elan edib
    Azərbaycan Diplomatik Akademiyası (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına (MADIA) qəbul elan edib. ADA-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, magistraturaya ali təhsilli, peşəkar iş təcrübəsi olan və beynəlxalq münasibətlər sahəsində biliklərini artırmaq və xidmət etmək istəyən şəxslər müraciət edə bilərlər. İngilis dilini bilmək vacibdir. Qeyd edək ki, MADIA azərbaycanlı və xarici tələbələr üçün nəzərdə tutulan iki illik tam təhsil proqramıdır. Proqram beynəlxalq münasibətlərə dair bir neçə elm sahəsini siyasi, iqtisadi və hüquqi perspektivlərlə özündə birləşdirir. Dünyada tanınmış alimlər, həmçinin aparıcı xarici universitetləri fəlsəfə doktoru (PhD) dərəcəsi ilə bitirən azərbaycanlı müəllimlər dərs deyir. Abituriyentlər ADA Online Application ərizə formalarını bu ünvanda doldurmalıdırlar: www.ada.edu.az/admissions. Onlar tələb olunan sənədlərin əksəriyyətini online təqdim edə, müsahibə üçün vaxt təyin edə, qəbul olunduqlarını ya olunmadıqların online öyrənə bilərlər.
    12.10.10 Məqaləni oxumaq
     
    AŞPA-nın müşahidə missiyası oktyabrın 19-da gəlir
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası oktyabrın 19-dan 22-dək Azərbaycanda olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının rəsmi saytında bildirilir. Qeyd edək ki, missiya Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyəti müşahidə edəcək.
    12.10.10 Məqaləni oxumaq
     
    DSMF-da qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib
    Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 17,4% artıb. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, car ilin oktyabrın 1-nə olan statistikaya əsasən DSMF tərəfindən əlavə olaraq 1 401 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9430 nəfərə yüksəlib. Ümumilikdə 91 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir- 5318 nəfər. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1334 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 598 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (306), Hindistan (248), Çin Xalq Respublikası (141), Bosniya və Hersoqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90), Ukrayna (86), Filippin (84), Pakistan İslam Respublikası (81), Malayziya (80), Qazaxıstan (73), Özbəkistan (71), Almaniya (61), Türkmənistan (55), İtaliya (50), ABŞ (49) və s. ölkələr gəlir.
    12.10.10 Məqaləni oxumaq
     
    Gürcüstan Ermənistana ötürülən qazı dayandırıb
    Gürcüstan Ermənistana tranzit olan qazı dayandırıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb şimal-cənub magistral qaz kəməridə bərpa işləridir. “Kazax-Saquramo” magistral qaz kəmərində təmir işləri ilə əlaqədar olaraq Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana tranzit olunan qazın ötürülməsi bu gündən oktyabrın 14-dək dayandırılacaq.
    11.10.10 Məqaləni oxumaq
     
    GVB məktəblərlə bağlı daha bir layihəsini reallaşdırıb
    Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi üzrə yeni təşəbbüslər” adlı layihə əsasında Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Məktəbində “İdman texnikası təliminin fizioloji cəhətdən əsaslandırılması prinsipləri” mövzusunda elmi-praktik konfrans keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. Tədbirdə çıxış edən İB-in fiziki və psixoloji hazırlıq şöbəsinin müdiri, idman ustası İskəndər Əliyev bildirib ki, idman texnikası təliminin səmərəliliyi bir sıra pedoqoji prinsiplərin təlimi ilə sıx əlaqədardır. Onun sözlərinə görə, bunlara riayət etmək üçün orqanizmin fizioloji qanunauyğunluqları, xususilə, sinir əzələ sistemləri ilə əlaqədar onları nəzərə almaq lazımdır.
    11.10.10 Məqaləni oxumaq
     
    “Qarabağ” Seçki Blokundan 20 namizəd qeydə alınıb
    Mərkəzi Seçki Komissiyası “Qarabağ” Seçki Blokundan bu günə qədər 20 namizədi qeydə alıb. ADP-dən KƏLAMİNFO-ya verilən məlumata görə, proses davam edir. Yaxın günlərdə blokdan neçə namizədin qeydə alınması ilə bağlı dəqiq məlumat veriləcək.
    11.10.10 Məqaləni oxumaq
     
    Qafqaz Universitetində beynəlxalq konfrans keçiriləcək
    Oktyabrın 15-17-i tarixlərində Qafqaz Universitetində “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qafqaz Universitetindən veriblər. Konfransın məqsədi qlobal dünya şərtlərində ortaq tarixi və mədəniyyəti bölüşən Qafqaz və Mərkəzi Asiya cəmiyyətlərinin müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən elm adamlarını bir araya gətirmək, bu sahədə Qafqaz və Mərkəzi Asiya regionunun mövcud şərtlərini, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həlli yolları üçün təkliflər irəli sürülməsini təmin etməkdir. Qeyd edək ki, konfransda ABŞ, İran, Almaniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin alimləri iştirak edəcək.
    11.10.10 Məqaləni oxumaq
     
    Qırğızıstanda parlament seçkilərinin nəticələri hesablanır
    Qırğızıstanda dünən keçirilən 29 siyasi partiyanın iştirak etdiyi parlament seçkilərində müxalif partiya hesab olunan Ata Curtun ön sıralarda olduğu bildirilir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda referendumdan sonra ölkə parlament sistemi ilə idarə ediləcək. Qırğızıstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, 2 min 289 seçki qutusundan alınan nəticəyə görə, Ata Curt Partiyası birinci, ikinci yerdə isə Sosial Demokrat Partiyasıdır. Konstitusiyaya görə, höküməti qurmaq istəyən partiya 120 yerdən 65 yerə sahib olmalıdır.
    11.10.10 Məqaləni oxumaq
     
    “Kaspi” Təhsil Mərkəzi və “Study in America” azərbaycanlı tələbələrlə görüş keçirib
    Bakıda məhşur “Study in America” (Amerikada təhsil) Beynəlxalq tələbə şirkəti “Kaspi” Təhsil Mərkəzi ilə birgə “MBA (Biznesin İdarəetməsində Magistratura) proqramı üzrə ABŞ-da təhsil almaq istəyən Azərbaycanlı tələbələr ilə görüş keçirib. KƏLAMİNFO xəbər verir ki, görüşdə “Kaspi” Təhsil Şurasının sədri Sona xanım Vəliyeva çıxış edərək bildirib ki, “Stady in America” şirkəti təkcə Birləşmiş Ştatlarda deyil, bütün dünya üzrə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərdəndir. S.Vəliyeva qeyd edib ki, “Study in America”nın ABŞ-da demək olar ki, bütün universitetlərlə əlaqəsi var və beynəlxalq tələbə mübadiləsində yüksək rola malikdir. “Şirkətin rəhbəri Tamer Türkmanın bu gün burada iştirak etməsi təhsil sahəsində ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə yeni töhfə verəcək. Bu şirkət “Kaspi” Təhsil Mərkəzində bütün proqramlar üzrə tələbələrin hazırlanması, həmçinin onların sənədlərinin tərtibi ilə bağlı böyük bir proqram yerinə yetirir. Şirkət mərkəzin növbəti təhsil tərəfdaşıdır. Mərkəz bundan əvvəl fəaliyyət göstərdiyi qısa müddət ərzində, yəni son üç ildə dünyanın 60-dan artıq universiteti ilə tərəfdaşlıq əlaqələri yaradıb.
    09.10.10 Məqaləni oxumaq
     
    PA-nın rəsmisi: “Azərbaycanda Türkiyə bayrağına böyük hörmət var”
    Azərbaycanda heç bir zaman Türkiyə bayrağına hörmətsizlik olunmayıb. Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinə məqsədyönlü şəkildə xələl gətirmək üçün bu cür vasitələrdən istifadə edirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administirasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənov bildirib. O, qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərini zaman-zaman ayrı-ayrı ölkələrin maraqlı dairələri, anti-türk qüvvələr pozmağa çalışırlar. “Bəzi qüvvələr bu sahədə müxtəlif tədbirlər keçirməkdə davam edirlər. Təssüf ki, belə tədbirlərin müəyyən şaxələri Azərbaycana da gəlir və bəzi mətbuatlara da yol tapır. Bunlardan biri də Türkiyə bayrağı ilə bağlı yayılan şayələrdir. Azərbaycanda keçmişdə də, indi də, gələcəkdə də Türkiyə bayrağına böyük hörmət və ehtiram olub. Sadəcə ayrı-ayrı maraqlı qüvvələr var ki, həm Türkiyədə Azərbaycan bayrağına qarşı, həm də Azərbaycanda Türkiyə bayrağı ilə bağlı bu tipli informasiyaları yaymaqla iki ölkə arasında münasibətləri korlamağa çalşırlar. Ona görə də Azərbaycanda Türkiyə bayraqlarının haradansa yığışdırlması faktının heç bir əsası yoxdur. Bu bir qəzetin kənaq qüvvələrin təsiri altında yaydığı dezinformasoyadır”,-deyə PA-nın rəsmisi vurğulayıb.
    09.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  8 9 10 11 12 13 14 15 16  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Okt.2010
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031