Avstriya prezidenti Azərbaycana səfər edəcək
|
Avstriya prezidenti Haynts Fişer Azərbaycana səfər edəcək. Avstriyanın Azərbaycandakı səfirliyindən AZADFİNFORM-ya verilən məlumata görə, səfərin dəqiq vaxtı təyin edilməsə də, H.Fişerin Azərbaycana gələn il gələcəyi planlaşdırılır.
Səfrə çərçivəsində iki dövlət arasında münasibətlər müzakirə ediləcək. Xatırldaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya səfəri zamanı prezident Haynts Fişeri Azərbaycana dəvət edib.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
R.T. Ərdoğan: “Silahlı hücumla qürur duyan bir nazirlə görüşmərəm”
|
Əgər İsrailin baş naziri “Aralıq dənizi iqlim dəyişikliyi təşəbbüsü" konfransında iştirak edəcəksə, mən orda olmayacağam. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. R.T.Ərdoğan qeyd edib ki, silahlı hücumla qürur duyan bir baş nazirlə görüşdə iştirak edə bilmərəm. “İsrail yaxın şərqdə önəmli bir dostunu itirmə təhlükəsi ilə üz-üzədir, bu da Türkiyədir”,-deyə Baş nazir əlavə edib. Xatırladaq ki, iqlim dəyişikliyi ilə bağlı konfrans oktyabrın 21-22-də Afinada keçiriləcək və İsrail həmin ölkələr arasında yer almayıb.
|
20.10.10 Məqaləni oxumaq
|
|
|
Fransa və Almaniya Rusiya-NATO gərginliyini azaltmağa cəhd edir
|
Bu gündən etibarən Fransa, Almaniya və Rusiya prezidentləri NATO-nun Avropada yerləşdirmək istədiyi raketlərdən müdafiə sistemi ilə bağlı Fransanın şimalında Normandiyada müzakirələrə başlayıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, Deauville şəhərciyində keçirilən zirvə görüşündə Fransa prezidenti Nikola Sarkozi, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev iştirak edirlər.
Görüşdə liderlər ümumi mövqeyi müzakirə edirlər. Qeyd olunur ki, toplantı, raketlərdən müdafiə planının miqyası və məqsədləri ətrafında fikir ayrılıqlarına görə gərginləşmiş NATO-Rusiya münasibətlərini tənzimləmək üçün bir imkandır.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
C.Nuriyev: “Azərbaycanda müxalifət əvəzinə xaricdən sifariş alan qruplaşmalar var”
|
Hazırda Azərbaycanda müxalifət əvəzinə açıq-aydın xaricdən sifarişlə işləyən bir qrup təşkilatlar var. Məsələn, AXCP və Müsavat blokunda birləşən qruplaşma və s. Bu barədə açıqlamanı KƏLAMİNFO-a müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. O, qeyd edir ki, bu fikirə gəlməsi bizdəki partiyaların fəaliyyətinin bir çox dünya ölkələrindəki müxalifət partiyalarının fəaliyyətindən fərqli olmasından irəli gəlir. “Müxalifət odur ki, öz xalqının mənafeyindən çıxış edərək iqtidarın görə bilmədiyini görüb və onun həlli yollarını təklif edənlərdir. Lakin, mən prosesləri yaxından izləyən bir şəxs kimi indiyədək belə bir təkliflə rastlaşmamışam. İndi onların yeganə cəhdi də odur ki, seçkiqabağı istənilən yola gedib iqtidara təzyiq göstərərək parlamentdə mümkün qədər çox yer qopartsınlar. Ən bağışlanmazı da odur ki, özləri sağçı olaraq solçu partiyalarla, özü də düşmən ölkəyə məxsus və Azərbaycan qanına əli bulaşmış Daşnak partiyası ilə beynəlxalq miqyasda əməkdaşlığa gediblər.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
|
Hərbi prokurorluq orqanlarında yeni təyinatlar olub
|
Azərbaycanın hərbi prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun KƏLAMİNFO-ya verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralovun əmri ilə Yaşar Həsənov ikinci səlahiyyət müddətinə Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib. Onun sözlərinə görə, Baş prokurorun digər əmri ilə İmran Əhmədov Lənkəran şəhərinin hərbi prokuroru təyin edilib.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
Ümumtəhsil məktəblərinin 6-9-cu sinifləri üçün coğrafi atlas və kontur xəritələr yenidən çap edilib
|
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Bakı Kartoqrafiya Fabrikində Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair Sərəncamının icrası ilə əlaqədar olaraq 20 rayonun 1:100 000 miqyaslı xəritələri hazırlanıb çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DTXK-dən veriblər.
Eyni zamanda ümumtəhsil məktəbləri üçün 6-9-cu sinifləri üzrə coğrafi atlas və kontur xəritələr yenidən çap edilib. Hazırda isə Azərbaycanın Milli Ensiklopediyasına daxil olan xəritələrin ilin sonunadək hazırlanıb təhvil verilməsi üçün ciddi tədbirlər görülür.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
Son 10 ildə ilk dəfə Almaniya prezidenti Türkiyəyə səfər edəcək
|
Bu gün Almaniya prezidenti Kristian Vulf Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, K. Vulf son 10 ildə Türkiyəyə səfər edən ilk alman prezidenti olacaq.
Almaniya prezidentini alman iş adamı qrupu müşahidə edəcək. Həmçinin Kristian Vulfun Kaysəridə türk-alman biznes forumunda da iştirak edəcəyi planlaşdırılır.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
Bu gündən MDB müşahidə missiyasının qərargahı fəaliyyətə başlayıb
|
Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının qərargahı bu gündən fəaliyyətə başlayıb. KƏLAMİNFO xəbər verir ki, qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin müdiri Yevgeni Sloboda rəhbərlik edir. Qərargahda 6 uzunmüddətli müşahidəçi çalışır.
MDB uzunmüddətli müşahidəçiləri seçkilər bitənə kimi Bakıda qalacaqlar.
Seçkilər günü isə MDB müşahidəçilərinin sayı təxminən 350 nəfər olacaq. Müşahidə missiyasına MDB icra katibi Sergey Lebedev rəhbərlik edəcək.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
AMEA-nın müxbir üzvü R.Əliquliyev Lüksemburqda TERENA-nın Baş Assambleyasının toplantısında iştirak edəcək
|
Oktyabrın 19-21-i tarixlərində Lüksemburq şəhərində TERENA-nın (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) Baş Assambleyasının 34-cü toplantısı keçiriləcək. Tədbirdə ölkəmizi AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA İnformasiya Texnologiyaları İnstitutundan veriblər.
TERENA-nın Baş Assambleyasının cari ilin iyun ayında keçirilən iclasında Azərbaycan Milli Elmlər Akademiyası sözügedən transmilli qurumun tam hüquqlu üzvü seçilib.
TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa, milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına xidmət edən təşkilatdır.
|
19.10.10 Məqaləni oxumaq
|
|
|
|