|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
İTV-də bu gecə bölgələrin namizədləri aktiv olacaq
|
Bu gün İctimai Tv-də 5 seçki dairəsini təmsil edən namizədlərin iştirakı ilə növbəti debat keçiriləcək. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 43 saylı Sumqayıt üçüncü, 66 saylı Biləsuvar, 71 saylı Masallı kənd, 107 saylı Qazax və 112 saylı Qax seçki dairələrinin namizədləri çıxış edəcək.
Qeyd edək ki, tamaşaçılar 66 saylı Biləsuvar seçki dairəsindən Xanhüseyn Kazımlı, 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkili Elmira Axundova və 9 namizədin təmsil olunduğu 107 saylı Qazax seçki dairəsinin namizədlərinin çıxışlarını izləyəcəklər.
Xatırladaq ki, hər namizədə 4 dəqiqəlik vaxt ayrılır
|
25.10.10 Məqaləni oxumaq
|
|
|
Ermənistanın Baş naziri İranda səfərdədir
|
Bu gündən Ermənistanın Baş naziri Tiqran Serkisyanın İrana rəsmi səfəri başlayıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, baş nazirlə yanaşı Ermənistandan İrana bir sıra yüksək rütbəli məmurlarda gedib. Onlar arasında prezident aparatının rəhbəri, energetika naziri, təhsil naziri, iqtisadi inkişaf naziri, Ermənistan diasporasının rəhbəri və başqa nazirlər daxildir.
Qeyd edək i, Ermənistan nümayəndə heyətinin səfəri iki gün olacaq.
|
25.10.10 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi KİV üçün beynəlxalq təlim keçirir
|
Mədəniyyət və Turizm Nazirliyi 26-27 oktyabr tarixlərində “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim həyata keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO Nazirliyin mətbuat xidmətindən veriblər.
Təlim Muzey Mərkəzində baş tutacaq. Sözügedən təlimdə yerli mütəxəssislərlə yanaşı Rusiya və Rumıniyadan ekspertlərin də iştirakı nəzərdə tutulur. Təlim iştirakçılarına Nazirlik tərəfindən sertifikatlar veriləcək.
|
25.10.10 Məqaləni oxumaq
|
|
|
BSU-da “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpozium keçirilir
|
Bakı Slavyan Universitetində bu gündən etibarən Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumu keçirilir. KƏLAMİNFO xəbər verir ki, “Türk dili və ədəbiyyatının tədrisi” I Beynəlxalq simpoziumuna Türkiyənin Qazi və İstanbul Kültür Universitetlərindən 24 professor və aparıcı elmi işçi qatılıb.
Tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, konfransda iştirak edən hər bir ölkənin nümayəndəsi Azərbaycan haqqında məhəbbət və təəssüratlarını uzaq Avstraliyayadan başlayaraq bizə yaxın olan Türkiyəyə qədər aparacaqlar. O, BSU-da təşkil olunan hər bir konfransın məqsədinin beynəlxalq arenaya çıxmaq olduğunu söyləyib.
Qazi Universitetinin professoru İsmət Çətin bildirib ki, bu simpozium 2000-ci ildən etibarən Bakı Slavyan Universiteti ilə Qazi Universiteti ilə imzalanmış layihənin davamıdır. “Bir ay əvvəl hər iki universitet 5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən müəllim və tələbə mübadiləsi olacaq.
|
23.10.10 Məqaləni oxumaq
|
|
|
Bu gün seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır
|
Bu gün saat 12.00-dan etibarən cari il noyabarın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı seçki bülletenlərinin çapına başlanılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasından veriblər.
Seçki bülletenləri Milli Məclisinin mətbəəsində (ünvan Yasamal rayonu, Azad Mirzəyev küç.236-Statistika İdarəsinin solunda) mətbəə üsulu ilə çap ediləcək. Bülletenlərin mətni, forması, sayı və hazırlanması qaydasına dair də qərar Mərkəzi Seçki Komissiyasının 1 oktyabrda keçirilmiş iclasında qəbul edilib. Çap prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov saat 14.00-da mətbəəyə gələcək. MSK da akkreditasiyadan keçmiş KİV nümayəndələri və beynəlxalq qurumların təmsilçiləri də dəvətlidir.
P.S. Mərkəzi Seçki Komissiyasının "Bülletenləirn mətni, forması, sayı və hazırlanması qaydasına dair qərar" əlavə olunub.
|
23.10.10 Məqaləni oxumaq
|
|
|
Elxan Poluxov: “Fransada yaşanan iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarından şikayət daxil olmayıb”
|
Xarici İşlər Nazirliyinə (XİN) Fransada yaşayan Azərbaycan vətəndaşlarından bu ölkənin hava limanlarında baş verən iğtişaşlarla bağlı heç bir şikayət daxil olmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.
O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının Fransa hava limanlarından evakuasiyası barədə nazirliyə müraciət edən olmayıb. Onun sözlərinə görə, buna baxmayaraq iğtişaşlar və hava nəqliyyatı ilə bağlı problemlər davam etsə, XİN həmişə olduğu kimi bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza xəbərdarlıq edəcək və müvafiq tədbirlər görəcək.
|
23.10.10 Məqaləni oxumaq
|
|
|
|
The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib
|
Böyük Britaniyanın The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib. The Times qəzetinin sifarişi əsasında Upper Reach media agentliyi tərəfindən hazırlanmış hesabatda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyət və turizm sahəsinin inkişafına həsr edilmiş yazılar dərc edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyadakı səfirliyimizdən veriblər. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişafı vurğulanmaqla, hazırda 100-dən artıq Britaniya şirkətinin ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyi, ölkədə xarici sərmayədarlar üçün yaradılmış münbit mühit nəticəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin fəaliyyətindən bəhs olunur.
|
22.10.10 Məqaləni oxumaq
|
|
|
Nazir:“Ermənistan DQ-nın müstəqlliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”
|
Ermənistan parlamenti Dağlıq Qarabağın (DQ) müstəqilliyini tanısa, bu, beynəlxalq hüquq baxımından ciddi səhf addım olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib..
Onun sözlərinə görə, hansısa ölkənin müstəqilliyi tanınanda, ilk növbədə, beynəlxalq hüquq baxımından hansısa sərhəd əsas götürülür. “Azərbaycanın müstəqilliyi keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının sərhədi çərçivəsində tanınıb. BMT də bu çərçivəni qəbul edib. DQ Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi idi. Bunu BMT-yə üzv olan bütün dövlətlər tanıyıb. Əgər Ermənistan bütün bunlara zidd olaraq bir səhv hərəkət etsə - DQ-nın müstəqilliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”,-deyə nazir fikirini açıqlayıb.
|
22.10.10 Məqaləni oxumaq
|
|
|
E.Nalbandyan: "Qarabağla bağlı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar"
|
ATƏT-in Minsk Qrupu tərəfindən müzakirələr davam edərkən Ermənistan parlamentindən gündəliyindən Dağlıq Qarabağın tanınmasının çıxarılması lazımdır. Əks-halda bu Ermənistanın problemlə bağlı perspektivlərini zərbə altına alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün jurnalistlərə verdiyi açıqlamasında bildirib.
O, qeyd edib ki, hazırkı müzakirələrin birdən-birə məhv olması İrəvan üçün sarsıdıcı olar. "Biz Azərbaycanın müharibə təhdidlərinin azaldıması üçün Minsk Qrupunun fəaliyyətini dəstəkləmək məcburiyyətindəyik. Ona görə də, bu üç böyük vasitəçi dövlətə ümidlərimiz də böyükdür",-deyə erməni nazir vurğulayıb.
E.Nalbandyan yenə riyakarlığa əl ataraq bildirib ki, bu il Sankt-Peterburq görüşlərində Ermənistan tərəf yenilənmiş Madrid prinsiplərini qəbul edib.
|
22.10.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|