Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Veronika Kotek: “Seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatı olmayacaq”
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası oktyabrın 19-21-də Bakıda olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Onun sözlərinə görə, missiyaya AŞPA-nın 5 üzvü daxildir və onlar da müxtəlif siyasi partiya qruplarını təmsil edirlər “Səsverməni müşahidə edəcək missiyaya isə 30-dək AŞPA üzvü daxil olacaq. Onlar Azərbaycana səsvermə günündən bir neçə gün əvvəl gələcək, eyni formatda görüşlər keçirəcək, seçki günü həm Bakıda, həm də regionlarda səsverməni izləyəcəklər. Seçki gününün ertəsi isə beynəlxalq müşahidənin nəticələrini açıqlamaq üçün mətbuat konfransı keçiriləcək”,-deyən V.Kotek seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatının olmayacağını söyləyib. Onun sözələrin görə sçkiqabağı missiya səfərin yekunlarına dair yalnız mətbuat konfransı keçirəcək.
    15.10.10 Məqaləni oxumaq
     
    “ELS” ölkənin 34 rayonunda intervüerlər üçün təlimləri başa çatdırıb
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də Milli Məclisə 4-cü çağırışla bağlı keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını reallaşdırmaq məqsədilə cari il oktyabrın 8-dən başlayaraq respublikanın bir sıra rayonlarında təlimlərə start verib. KƏLAMİNFO xəbər verir ki, Araşdırmalar Mərkəzi Azərbaycanın 34 rayonunda Cəlilabad, Masallı, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Şirvan və digər bölgələrdə intervüerlər üçün təlimləri başa çatdırıb. Təlimlər zamanı intervüerlərə “ekzitpol” tədqiqatı apararkən görüləcək işlər, tədqiqatın mövcud qaydaları, eyni zamanda informasiya kommunikasiya texnalogiyalarından istifadə, məlumatların ötürülməsi kimi qaydalar ziah olunub.
    15.10.10 Məqaləni oxumaq
     
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru A.Qəribov Belarusa gedir
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Adil Qəribov oktyabr ayının 18-də Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinin (MDB) atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərarası komissiyasının iclasında iştirak etməkdir. Qeyd edək ki, səfər oktyabrın 21-nə kimi davam edəcək.
    15.10.10 Məqaləni oxumaq
     
    Aida İmanquliyevaya həsr olumuş “Məqalələr və tərcümələr” kitabı nəşr olunub
    Aida İmanquliyevanın 70 illik yubileyi münasibətilə “Məqalələr və tərcümələr” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verirki, tədbirdə çıxış edən kitabın tərtibçisi, filologiya elmləri doktoru Vilayət Cəfər bildirib ki, kitab Aida xanımın ötən əsrin 60-80-ci illərdə qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə etdiyi hekayə tərcümələrinin ilk toplusudur. Həmin məqalə və tərcümələr vaxtilə “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, AMEA-nın “Xəbərlər” “Ədəbiyyat və incəsənət”, “Şərq filologiyası məsələləri”, “Ərəb filologiyası məsələləri” və s. kimi neçə-neçə qəzet, jurnal və məcmuələrdə çap olunub.
    15.10.10 Məqaləni oxumaq
     
    Cenevrədə Vətəndaşsızlığın azaldılması ilə bağlı Beynəlxalq Konvensiyaya üzv ölkələrinin iclası keçiriləcək
    Gələn il dekabrın 10-da Cenevrədə Vətəndaşsızlığın azaldılması ilə bağlı Beynəlxalq Konvensiyaya üzv ölkələrinin birgə iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının (QAK) Azərbaycan nümayəndəsi Arun Sala Ngarm verib. O, qeyd edib ki, toplantı hökumət nümayəndələri səviyyəsində baş tutatacaq. “Birgə iclas bu sahədə 50 illik yubileyi qeyd etmək məqsədi ilə bu ilin dekabrından başlanmış tədbirlərin nəticəsi olaraq keçiriləcək. Tədbirdə üzv ölkələrin vətəndaşsızlıqla bağlı götürdükləri öhdəlikdən irəli gələn məsələlərin həlli müzakirə ediləcək. Görüş çərçivəsində yeni layihələrin ortaya çıxması gözlənilir”,-deyə A.S. Ngarm vurğulayıb.
    15.10.10 Məqaləni oxumaq
     
    Niderlandda üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olan poçt markaları dövriyyəyə buraxılıb
    Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) fəxri sədri Sahil Qasımovun təşəbbüsü və təklifi ilə qurumun sifarişi əsasında ölkənin rabitə nazirliyi rəsmi olaraq üzərində Heydər Əliyev Fondunun embleminin təsvir olunduğu poçt markalarını dövriyyəyə buraxıb. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) KƏLAMİNFO-ya verilən məlumata görə, markaların üzərində emblemanın təsviri ilə yanaşı ingilis dilində” Heydar Aliyev Foundation” sözləri yazılıb. Zərflərin üzərinə yapışdırılması nəzərdə tutulan bu markalı məktublar bütün Avropa ölkələrinə yayılacaq. Azərbaycanın Niderland Krallığındakı səfirliyi də yeni markanın buraxılması ilə bağlı öz tövsiyələrini verib. Yaxın vaxtlarda yeni markanın təqdimatının keçirilməsi planlaşdırılır.
    15.10.10 Məqaləni oxumaq
     
    Bakıda “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda Təhsil, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirlikləri, Türkiyə Cümhuriyyəti Baş nazirliyi, Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başqanlığı (TİKA) Bakı Koordinatorluğu, Azərbaycan-Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TUSİAB), Türkiyə İsrafi Önləmə Vəqfi, TROY, Azərbaycan Dövlət İqtisad və Qafqaz universitetlərinin birgə təşkilatçılığı ilə “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya” mövzusunda III Beynəlxalq konfrans işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən konfransda çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı tərəfindən 2003 və 2007-ci illərdə sözügdən mövzuda konfrans təşkil edilib.
    15.10.10 Məqaləni oxumaq
     
    Rəsul Rzanın 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək
    Dekabrın 1-dən 3-dək Göyçay şəhərində Rəsul Rzanın 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” V Respublika Bədii Qiraət Müsabiqəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqədə 18 yaşından 30 yaşınadək hər bir şəxs iştirak edə bilər. Fərdi şəkildə iştirak etmək istəyənlər yaşadıqları ərazidə, rayon (şəhər) mədəniyyət müəssisələrinin rəhbərlərinə müraciət etməlidirlər. Müsabiqə iki tur üzrə, seçim turu (2 gün) və final (1 gün) keçirilir. Iştirakçılar müsabiqəyə qəzəl, şer, mənsum şer, poema, hekayə ilə ilə bərabər Rəsul Rza poeziyasının nümunələrini də daxil etməlidirlər.
    15.10.10 Məqaləni oxumaq
     
    Tanınmış telejurnalist Sevil Nuriyevanın namizədliyi təsdiq olunmayıb
    ANS telekanalının aparıcısı Sevil Nuriyevanın namizədliyi qeydə alınmayıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, imza vərəqələrini oktyabrın 7-də təqdim edən Sevil Nuriyevanın namizədliyi təsdiq edilməyib. Qeyd edək ki, Asiya Dialoqu İctimai Birliyinin sədri Sevil Nuriyeva namizədliyini Gəncənin 40 saylı Kəpəz seçki dairəsindən irəli sürüb. ANS-in digər aparıcısı Samir (Turan) İbrahimovun isə 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qeydə alınıb.
    15.10.10 Məqaləni oxumaq
     
    Sverdlovskda Ruslarla ermənilərin strateji əməkdaşlığı müzakirə ediləcək
    Noyabrın 23-də Rusiyanın Sverdlovsk şəhərində Ermənistan-Rusiya dövlətlərarası birgə Komissiyanın görüşü keçiriləcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, toplantıda Rusiya tərəfdən baş nazirin müavini İqor Levitin, Ermənistan tərəfdən isə baş nazir Tiqran Sarkisyan təmsil olunacaq. Görüşdə iki ölkə arasında strateji əməkdaşlıq barədə yeni fikirlərin müzakirə olunacağı qeyd olunur. toplantı çərçivəsində erməni baş nazir Yekaterinburq erməni icması ilə də bir araya gələcək.
    15.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Okt.2010
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031