Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    DSMF-yə 40 014 müraciət ünvanlanıb
    Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") ümumilikdə 40 014 müraciət ünvanlanıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məluymata görə, aparılan araşdırmalara əsasən, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Sorğu və müraciətlərin 52%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə ünvanlanan müraciətlərin 48%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib. Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 48,8%-i (10 161) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,4%-ni (5297) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 25,8%-i (5377) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
    19.10.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi mətbuat nümayuəndələri üçün təlimlər keçirəcək
    Oktyabrın 26-27-də “Mədəniyyətin və mədəni dəyərlərin təbliğində kütləvi informasiya vasitələrinin rolu” adlı beynəlxalq təlim keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd yerli jurnalistlərin hazırlıq səviyyəsinin artırılması və Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanları ilə səmərəli əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Təlimdə Rusiya və Rumıniyadan gələn ekspertlərin iştirakı nəzərdə tutulur. Təlim iştirakçılarına Nazirlik tərəfindən sertifikatlar veriləcək.
    18.10.10 Məqaləni oxumaq
     
    Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb
    Türk Asiya Strateji Araşdırmalar mərkəzinin (TASAN) təşkilatçılığı ilə 20-23 oktyabr tarixlərində İstanbulda Dünya Türk Forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TÜRKPA-dan veriblər. Forumda 60 ölkədən Türk Diasporlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Forumun işində iştirak etmək məqsədilə TÜRKPA-nın Baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb. Forumun açılış mərasimində Türkiyənin Baş naziri R.T.Ərdoğanın, Türk Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi səfir Halil Akıncının, Türkiyə Prezident Administrasiyasının Baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. TÜRKPA-nın Baş katibi R. Həsənov da forumun açılışında çıxış edəcək.
    18.10.10 Məqaləni oxumaq
     
    “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək
    Oktyabrın 24-29-u tarixlərində “AF Hotel-Aqua Park” ailəvi əyləncə kompleksində Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkası” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA İnformasiya Texnologiyaları İnstitutundan veriblər.
    18.10.10 Məqaləni oxumaq
     
    Dünya Masson lojaları İrəvana toplaşır
    Dünya Masson lojalarının təmsilçiləri yaxın günlərdə Ermənistana toplaşacaqlar. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, onlar İrəvanda “Armenia-Marriott” otelində toplantı gerçəkləşdirəcəklər. toplantı təşkilatçıları qeyd edirlər ki, lojaların toplanması Ermənistanda əhəmiyyətli siyasi dönüm nöqtələri yaradacaqlar. Birgə görüşə hələki lojalardan “Böyük Şərq” lojasının gələcyi açıqlanıb. Digərlərinin àdları isə yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, bundan əvvəl Masson toplantısı 2007-ci ilin aprel ayında baş tutub.
    18.10.10 Məqaləni oxumaq
     
    Prezident: “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər”
    Prezident İlham Əliyev Azərbaycan millisinin futbol üzrə Avro 2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Türkiyə üzərində qazandığı qələbəyə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, prezident Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə idmanın, o cümlədən futbolun inkişafından danışıb. “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”,-deyə preziden vurğulayıb.
    16.10.10 Məqaləni oxumaq
     
    “Hizbullah” lideri İran prezidentinə tapança bağışladı
    İran prezidenti Mahmud Əhmədinejad Livana səfərinin sonuncu günü “Hizbullah” lideri Həsən Nəsrullahla görüşüb. KƏLAMİNFO xarici mətbuata isrinadən xəbər verir ki, İranın Beyrutdakı səfirliyində keçirilən görüşdə Əhmədinejadın Livana səfəri, bölgədə baş verən hadisələr müzakirə olunub. Görüş zamanı Hisbullah lideri İran prezidentinə “Hizbullah” üzvlərinin İsrail hərbçisindən müsadirə etdiyi tapança bağışlayıb.
    16.10.10 Məqaləni oxumaq
     
    Kitab Klubunda 2 kitabın təqdimatı keçiriləcək
    Sabah Kitab Klubunun sərgi salonunda Rövşən Yerfinin “Qadın düşərgəsi” və “Günahsız qatil” kitablarının təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kitab Klubundan veriblər. “Qadın düşərgəsi” kitabında islah-əmək düşərgəsinə düşən qadınların taleyindən, düşərgələrdəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir. Povestlərin bu mövzuda yazılan digər əsərlərdən bir fərqi də onların xidmət əməkdaşı tərəfindən qələmə alınmasıdır. “Günahsız qatil” kitabında isə qadın səadəti, qadının o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması, sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi, nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsindən bəhs edilir.
    16.10.10 Məqaləni oxumaq
     
    Bakıda “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” mövzusunda tədbir keçiriləcək
    Sabah Qafqaz Universitetində 2010-2011-ci tədris ilinə həsr olunan “Yüksələn təhsilimizin bayraqdarı-Azərbaycan məktəblisi” mövzusunda tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti ilə bərabər, təhsil naziri Misir Mərdanov, Çağ Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren və digər şəxslər iştirak edəcək. Qeyd edək ki, tədbirdə Azərbaycan-Türkiyə özəl liseylərinin və “Araz” kurslarının 2010-cu il məzunlarının ali məktəblərə qəbuluna aid brifinq və təltiflər, Azərbaycan-Türkiyə özəl liseylərinin 2010-cu ildə keçirilən Beynəlxalq fənn olimpiadalarının qalibləri və qələbələri haqqında brifinq və təltiflər, həmçinin Qafqaz Uinversitetinin tələbələrinin təltifləri olacaq.
    16.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanda 216 860 nəfər FACEBOOK sosial şəbəkəsindən istifadə edir
    Azərbaycanda hazırda 216 860 nəfər Facebook sosial şəbəkəsindən istifadə edir. KƏLAMİNFO Facebakers şirkətinin rəsmi məlumatına istinadən xəbər verir ki, istifadəçilərin 133 860 nəfəri kişi, 80 00 nəfəri isə qadındır. Azərbaycan 96-cı yeri tutaraq siyahıda Latviya, Çernaqoriya, Belarus, Qazaxıstan, Ermənistan və Moldova kimi ölkələri geridə qoyub. Azərbaycanda son 6 ayda Facebook istifadəçilərinin sayı 50 000 nəfər artıb. Qeyd edək ki, siyahıya liderliyi yenə də ABŞ edir. İndoneziya, Böyük Britaniya, Türkiyə və Fransa isə növbəti yerləri bölüşürlər. MDB ölkələrindən Rusiya 1 818 860 nəfərlə 46-cı, Ukraynay 625 500 nəfərlə 76-cı, Ermənistan isə 84 980 nəfərlə 124-cü yerlə kifayətlənib.
    16.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Okt.2010
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031