|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
B.Fasye: “Faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdəki son beş ildəki vəziyyəti araşdıracaq”
|
"Bu gün və sabah günün birinci yarısında Bakıda olacaq ATƏT-in faktaraşdırıcı missiyası bir sıra rəsmi görüşlər keçirməyi planlaşdırır". KƏLAMİNFO xəbər verir bu barədə jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye bildirib.
“Bizim missiya bu gün başlayır. İlk olaraq bu gün xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra nazirliyin ekspertləri, həmçinin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə görüşəcəyik. Sabah isə prezident İlham Əliyevlə görüşüb dərhal İrəvana yola düşəcəyik.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
“Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçiriləcək
|
Bu gün Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müridlik-müdrikliyin gənclik sədasıdır” adlı tədbir keçirəcək. Tədbir YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd olunan 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyindən veriblər.
Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin rəhbəri Sərdar Yusifoğlu, ömrünü minlərlə gəncin yetişməsinə həsr etmiş müəllimlərimizlə Azərbaycanın Əməkdar müəllimləri və gənclər iştirak edəcək.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Media Akademiyasında “İdman həftəsi”nə yekun vuruldu
|
Media Akademiyasında “İdman həftəsi”-nə yekun vurulub. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, bu dəfə karate üzrə 9 qat dünya çempionu Zülfiyyə Hüseynova, 4 qat Avropa çempionu Etibar Bağırov və Azərbaycan Karate Federasiyasının vitse prezidenti Füzuli Musayev Akademiya tələbələri ilə görüş keçirib.
Z.Hüseynova tələbələrə məşğul olduğu idmanın spesifik xüsusiyyətlərindən, qadın olmağın idmançı olmağa heç bir maneəçilik törətmədiyindən söz açıb.
Karatenin döyüş qanunlarından, növlərindən danışan və sözügedən idman növünün dərin fəlsəfəsini tələbələrə aşılayan Azərbaycan Karate Federasiyasının vitse prezidenti F.Musayev hər bir idman növündə təhsil almağın mütləq olduğunu bildirib.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
“Study in America”nın qurucusu Tamer Türkman: “Kaspi” Azərbaycanda bir nömrəli təhsil mərkəzidir”
|
Son illər Azərbaycan təhsil sistemində təhsil mərkəzlərinin artan peşəkar rolu, xarici ölkələrdə bu sahədə peşəkar fəaliyyət göstərən mütəxəssislərin ölkəmizə olan marağını getdikcə artırır. Belə mütəxəssislərdən biri də “Kaspi” Təhsil Mərkəzinin qonağı - ABŞ-da yaşayan dünya şöhrətli “Study in America”nın (Amerikada Təhsil) qurucusu Tamer Türkmandır. T.Türkman AZADİNFORM-a müsahibə verib:
- Mənim ailəm 1954-cü ildən ABŞ-da yaşamasına baxmayaraq, daim fəaliyyətimizdə türk mənşəyimizi unutmamışıq. Birləşmiş Ştatlarda böyüyüb, təhsil alıb formalaşmağıma baxmayaraq, milli mənsubiyyətim mənim üçün başlıca şərt olub. Mənim atam da professordur. Özüm iyirmi beş yaşımda ABŞ-ın Maryland ştatında “Study in America”nı yaratmışam və hazırda mərkəzi ofis ora olmaqla bütün dünya üzrə fəaliyyət göstəririk. Bütün türk mənşəli ölkələr kimi Azərbaycan da mənə yaxın və doğma torpaqdır. Bu hisslər ənənəvi olaraq mənim qanıma hopduğu üçün həmişə Azərbaycandan olan tələbələrə xüsusi doğmalıqla yanaşmışam. 1993-cü ildən bəri biz ABŞ-da təhsil almaq istəyən türk tələbələrinə istənilən şəkildə yardımçı oluruq. Həmçinin 2007-ci ildən başlayaraq Azərbaycandan olan tələbələrə də bu sahədə yardım edirik. Biz adətən ABŞ-da fəaliyyət göstərən məktəblərə qəbulla bağlı yardımlarımızı göstəririk.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
MM-in deputatları AŞPA-nın sessiyasında iştirak etmək üçün Strasburqa yola düşüblər
|
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün bu gündən oktyabrın 8-dək Strasburqda səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər. Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olmuş uşaqlar və təsisatlarda uşaqlarla qəddar davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun “Səs və işıq ifratları” adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” keçirilir
|
Bu gün “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada, o cümlədən Azərbaycanda “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər.
Oktyabrın 4-ü 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə qərar qəbul edilib. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən hər saat Yer üzündən 3 növ silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olub. Bu tədbirlərin də məqsədi məhz ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi işçi axtarır
|
Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Dövlət orqanının adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi.
Struktur bölmənin adı: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Nəimanov rayonu, Xətai prospekti 49
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat, vəzifə maaşı: 495 manat.
Vəzifənin tutulması şərtləri: təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif ixtisas istiqaməti üzrə ali təhsil,iş stajı, azı 3 il.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Musiqili Komediya Teatrının rejissoru Rusiyaya gedəcək
|
Oktyabrın 7-də Musiqili Komediya Teatrının gənc rejissoru Elvin Mirzəyev Rusiyanın Yekaterinburq vilayətinə gedəcək. Musiqili Komediya Teatrından KƏLAMİNFO-ya verilən məlumata görə, E.Mirzəyev Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında ixtisasını artıracaq.
Xatırladaq ki, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunub.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Türkiyədə parlament seçkiləri gələn il iyun ayında keçiriləcək
|
Türkiyədə parlament seçkiləri 2011-ci ilin iyun ayında baş tutacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı baş nazir Rəcəb Tayyib Ərdoğan verib. Baş nazir qeyd edib ki, mart ayına qədər bütün hazırlıqlar başa çatmalıdır. O həmçinin müxalifətə də mesaj göndərib. Qeyd edib ki, yeni konstitusiyanın ilk addımları parlament seçkilərindən sonra atılacaq.
|
05.10.10 Məqaləni oxumaq
|
|
|
Argentinada “Azərbaycanın təqdimatı” keçirilib
|
Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (Instituto del Servicio Exterior de la Nación – İSEN) “Azərbaycanın təqdimatı” tədbiri keçirilib. Tədbirdə İSEN-nin müəllim və tələbələri, habelə XİN-in nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
Tədbirdə ilk öncə Azərbaycanın tarixi, mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin hazırkı ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı, dini tolerantlığı və sair məqamları əks etdirən ispan dilində film nümayiş etdirilib.
|
04.10.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|