Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : #  1 2 3 4 5 6  #
    “Dövlət və Din” ictimai fikir toplusunun 5-ci sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 5-ci sayı işıq üzü görüb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, toplu prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki ilə açılır. “Rəsmi guşə”də, həmçinin prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi, Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində olması haqda məlumat verilib, dövlət başçısının iftar mərasimindəki nitqi geniş işıqlandırılıb. Əvvəlkilərdən fərqli olaraq, bu sayda rus dilində iki məqalə verilib. “Azərbaycan gerçəkliyi” adlı ikinci bölmədə oxucular “Təktanrılıq - Dədə Qorqud dindarlığı”, “Azərbaycan türkcəsində ilk Quran təfsiri”, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Azərbaycan ədəbiyyatının əlyazma mətnlərində mərsiyə janrı” yazıları ilə tanış ola bilərlər.
    28.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb
    Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi səfər sabah baş tutacaq. Səfər prezident İlham Əliyevin Ukraynalı həmkarı Viktor Yanukoviç ilə birlikdə Şöhrət Meydanında Naməlum Əsgərin məzarına əklil qoyması ilə başlayacaq.
    27.10.10 Məqaləni oxumaq
     
    SAM-da “Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq
    Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 29-da “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq. Mərkəzin konfrans zalında keçiriləcək tədbirdə əsas məruzəçi qismində Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxış edəcək. XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-Özbəkistan münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.
    27.10.10 Məqaləni oxumaq
     
    Rumıniyada Azərbaycanla bağlı Beynəlxalq konfrans keçirilib
    Rumıniyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı Beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Ruminiyadakı səfirliyindən veriblər. Tədbir Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi, Rumıniyadakı səfirliyin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə paytaxt Buxarestdə baş tutub. Tədbir dörd paneldən ibarət olub: “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər”, “Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması”, “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi” və “Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq.
    27.10.10 Məqaləni oxumaq
     
    BŞBPİ-də parlament seçkiləri ilə əlaqədar “qaynar xətt” xidməti yaradılıb
    Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) parlament seçkiləri ilə əlaqədar “qaynar xətt” xidməti yaradılıb. İdarədən KƏLAMİNFO-ya verilən məlumatda bildirilir ki, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə yaradılan “qaynar xətt”ə (012) 590-96-80, (012) 590-91-15 nömrəli telefonlarla gün ərzində müraciət etmək olar.
    27.10.10 Məqaləni oxumaq
     
    “ELS” “ekzitpol” tədqiqatına hazırlıq işlərini başa vurub
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi noyabrın 7-də keçiriləcək parlament seçkilərində “ekzitpol” tədqiqatına hazırlıq işlərini başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “ELS”dən veriblər. Hazırlıq işləri çərçivəsində intervüerlər üçün təşkil edilən təlimlər başa çatıb. “Bu təlimlərdə onlara tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Parlament seçkilərində “ekzitpol” həyata keçirən yeganə təşkilat kimi bu dəfəki seçkidə informasiya kommunikasiya texnologiyalarına geniş yer ayrılıb. Bir sıra Avropa ölkələrinin nümayəndələri ilə görüşlərimizdə onlar tədqiqatın aparılmasında informasiya kommunikasiya texnologiyalarından istifadəni xüsusi vurğulayırlar. Qafqaz regionu ölkələri içərisində lider dövlət kimi yeni texnologiyalaların “ekzitpol”da tətbiq edilməsi biz qeyri-hökumət təşkilatların üzərinə düşür”,-deyə məlumatda əlavə edilib/ Qeyd edək ki, 118 dairə üzrə 1180 məntəqədə həyata keçiriləcək “ekzitpol” tədqiqatında iştirak edəcək intervüerlərin həm Bakı, həm də regionlar üzrə təlimlərinin başa çatıb.
    27.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanı müharibədən çəkindirmək üçün “strateji nəzarət sistemləri” yerləşdirilir
    Azərbaycanı hazırkı şəraitdə silahlı hücumdan çəkindirmək üçün Ermənistan “strateji nəzarət sistemləri” yerləşdirməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bunu rus mətbuatına açıqlamasında Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bildirib Onun fikirincə, belə şəraitdə regionda təhlükəsizlik şəraitinin saxlanmasında maraqlı olan qüvvələr indiki sülhü qorumaqda iştirak etməlidirlər.
    27.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan noyabrda Londonda Beynəlxalq turizm sərgisində iştirak edəcək
    Azərbaycan noyabrın 8-11-də Londonda keçiriləcək Beynəlxalq turizm sərgisinə qatılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. Onun sözlərinə görə, sərgidə ölkəmizdən 9 yerli turizm şirkəti də təmsil olunacaq. “Ümumilikdə sərgidə 180 dövlət iştitirak edir. Yerli şirkətlərimizlə bərabər Azərbaycanı Dövlət Mahnı və Rəqs Ansambılı da təmsil edəcək. Artıq şirkərlər üçün 60 kv.m-lik stend də icarəyə götürülüb. Beynəlxalq sərgidə Nazirliyin bir çox nümayəndələri də iştirak edəcək”,-deyə A.İsmiyev bildirib.
    27.10.10 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlunun Çinə səfəri başlayır
    Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Çinə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabah başlayacaq səfər 7 gün davam edəcək. ƏDavudoğlu Çin proqramına Kaşqar şəhərindən başlayacaq. O, Sincan-Uyğur bölgəsini ziyarət edəcək ilk Türkiyə xarici işlər naziri olacaq. Ə.Davudoğlu "Divani-Lüğəti-Türk"ü yaradan Mahmud Kaşqarlının türbəsini ziyarət edəcək. Türkiyənin xarici işlər naziri tarixi Şian şəhərinə və paytaxt Pekinə də gedəcək. Nazir Şanxay EXPO sərgisinin qapanış törənində iştirak edəcək. Bu səfərlə baş nazir Rəcəb Tayyib Ərdoğanla çinli həmkarı Ven Xiabaonun razılaşdırdığı strateji əməkdaşlıq deklarasiyası da funksionallıq qazanacaq.
    27.10.10 Məqaləni oxumaq
     
    Adil Qəribov Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin illik hesabat konfransında iştirak edir
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə elmləri informasiya sistemi mövzusunda illik hesabat konfransında iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Radiasiya Problemləri İnstitutundan veriblər. Oktyabrın 31-nə kimi davam edəcək konfransda nüvə tədqiqatlarının problemləri və perspektivləri müzakirə olunacaq. A.Qəribovun konfransda çıxış edəcəyi gözlənilir.
    27.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2010
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    Okt.2010
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031