|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
MDB gəncləri Tacikistanda beynləxalq tədbir keçirib
|
MDB-nın Gənclər üzrə Şurası və Tacikistan Gənclər, İdman və Turizm Komitəsi tərəfindən Düşanbədə və bu ölkənin Varzob regionunda “MDB üzv ölkələrinin gənc ekologlar məktəbi “Birliyin ekologiyası”” adlı Beynəlxalq gənclər təhsil-ekolojı düşərgəsi keçirilib. Tədbirə Azərbaycan da qatılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.
|
02.10.10 Məqaləni oxumaq
|
|
|
|
NATO-nun Baş katibi Türkiyəyə səfər edəcək
|
NATO-nun Baş katibi Anders foq Rasmussen oktyabrın 7-də Türkiyəyə səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər zamanı baş katibin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və bir sıra rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Səfər zamanı Kabulda türk komandanlığının səlahiyyətlərinin uzadılması, terrorizmlə mübarizə və regional problemlər müzakirə olunacaq.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
“Ermənistan Rusiyanın regionda “polisi”dir”
|
Rusiya Ermənistanın söykəndiyi güc, Ermənistan isə onun regionda yeganə “polisi”dir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan bəyan edib.
O, qeyd edir ki, bu gün Cənubi Qafqaz ölkələri xarici siyasətdə özlərinə arxa dayaq yaratmaq üçün böyük güc axtarırlar. “Ermənistan bu məsələdə Rusiya ilə münasibətlər nöqteyi-nəzərindən şanslıdır”,-deyə erməni ekspert vurğulayıb.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
Saakaşvili Putinin yolunu davam edəcək?
|
Gürcüstan prezidenti Mixeil Saakaşvili Konstitusiyada dəyişiklik etməyə hazırlaşmır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Konstitusiyasına görə, hazırkı prezident Saakaşvili üçüncü dəfə namizədliyini irəli sürə bilməz.
M.Saakaşvili qeyd edib ki, Konstitusiya dəyişikliklərinin layihəsi keçən həftə birinci dinləmədə parlament tərəfindən qəbul edilib. “Biz çox çətin sistemə keçirik, çünki bu yeni sistem olacaq”,-deyən M.Saakaşvili Vahid Milli Hərəkat Partiyasının nümayəndələri ilə görüşündə jurnalistlərin prezidentin səlahiyyət müddəti qurtarandan sonra baş nazir olacaqsınızmı - sualına cavab verməkdən yayınıb.
M.Saakaşvili vurğulayıb ki, bu gün Gürcüstan daha çox təkmilləşdirilmiş siyasi sistemə malikdir.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
“Türkiyəni lider kimi qəbul etmək İranı məğlub edər”
|
İran Türkiyədən tamamilə razı deyil və heç vaxt da olmayacaq. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə- İran münasibətləri ilə məşğul olan ekspert Elliot Hen-Tov açıqlayıb.
O, bildirir ki, İran liderləri 30 il bundan əvvəl İslam inqilabı baş verəndə onun yarısı qədər zəngin olan bir ölkənin - Trükiyənin indi ondan iki dəfə zəngin olmasını çaşqınlıq və həsəd hissi ilə qarşılayırlar. “Durğunluq, inkişaf etməmiş qonşusunun indi model, lider olmasını görmək çox məyusedicidir. Bu, müəyyən mənada siyasi münasibətlərə təsir göstərir. Türkiyənin liderliyini qəbul etmək İranı məğlub edir. Onsuzda onun siyasi vəziyyəti qənaətbəxş deyil”,-deyə ekspert vurğulayıb.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
“Türkdilli xalqların diasporları” kitabı çap olunub
|
Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyevin müəllif olduğu “Türkdilli xalqların diasporları” kitabı işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar verilib.
Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub.
Kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
GİN “Milli Məclis-Qanunverici orqan” adlı kitabça nəşr edib
|
Mübariz Aslanov/KƏLAMİNFO. Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən ilk dəfə səs verəcək gənclər üçün “Milli Məclis-Qanunverici orqan” adlı yaddaş kitabçası nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
Bir qrup təhsil işçisi Gürcüstanda olub
|
Gürcüstanın Batumi şəhərində müəllimlərin ətraf mühit üzrə regional seminarı keçirilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, seminar Norveç Təbiəti Mühafizə Cəmiyyətinin “Enerji və Resurslardan İstifadə üzrə Məktəbli Layihəsi” (SPARE) çərçivəsində baş tutub. Regional seminarda SPARE proqramının Azərbaycan üzrə milli əlaqələndiricisi Nailə İsmayılova, proqramın tətbiqi layihələr üzrə koordinatoru Mirabbas Məmmədov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar təhsil şöbəsinin müdiri Ağababa İbrahimov, “Araz” Ekologiya liseyinin direktoru Südabəxanım Mikayılova, 284 saylı məktəbin coğrafiya müəllimi Sevinc Abbasova, 204 saylı məktəbin biologiya müəllimi Almaz Həsrət, “Zəkalar” liseyinin fizika müəllimi Gülçin Baxşıyeva iştirak ediblər.
|
01.10.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|