Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    “ELS” MAM seçkilərdə qadınların fəallığını artırmağa çalışır
    “ELS” Müstəqil Araşdırmalar Mərkəzi oktyabrın 12-də “Caspian Plaza” Biznes mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək. “ELS” MAM-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyası, Milli Məclis üzvləri, Mərkəzi Seçki Komissiyası, Ombudsman Aparatı, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, habelə KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına həsr olunan layihənin yekunları barədə məlumatın verilməsidir. Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır.
    09.10.10 Məqaləni oxumaq
     
    ABŞ rəsmiləri AVCİYA-nın Şirvan ofisində olublar
    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin II katibi Reyl Kembel AVCİYA-nın Şirvan şəhərindəki regional nümayəndəliyinə gələrək təşkilat təmsilçiləri ilə görüşüb. AVCİYA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə iştirak edən regional nümayəndəliyin rəhbəri Hafis Bağırov qonaqlara regiondakı ictimai-siyasi vəziyyət, Milli Məclisə seçkilərlə əlaqədar AVCİYA-nın fəaliyyət proqramına uyğun olaraq Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında görülən işlər barədə geniş məlumat verib. R. Kembeli Şirvan şəhərinə səfərdə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri müşayət edib.
    08.10.10 Məqaləni oxumaq
     
    Bu gün imzatoplama kampaniyası başa çatır
    Noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən namizədlər üçün imzatoplama kampaniyası bu gün saat 18-00 da başa çatacaq. KƏLAMİNFO MSK-nın saytına istinadən xəbər verir ki, Seçki Məcəlləsinin 58.1 , 94.3.1 maddələrə əsasən sentyabrın 18-dən başlanan imzatoplama kampaniyası bu gün sona çatır. Namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin və birinci ilkin maliyyə hesabatının təqdim edilməsi üçün cəmi bir neçə saat qalıb. Sənədləri və seçici imzalarını namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi DSK-lara təqdim edə bilərlər. Qeyd edək ki, bu günədək 125 seçki dairəsi üzrə 1 369 nəfər dairə seçki komissiyalarından imza vərəqələri götürüb. İndiyədək 392 nəfərin namizədliyi qeydə alınıb. Növbəti parlament seçkilərinə isə cəmi 29 gün qalıb.
    08.10.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov mətbuat konfransı keçirib
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov cari il ərzində rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmiz vicdan azadlığı, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır.
    08.10.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir
    Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə (2 nömrəli əlavə), ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə). Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 5-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin Kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
    08.10.10 Məqaləni oxumaq
     
    ATƏT Azərbaycanın nəzarətində olan ərazilərdə də faktaraşdırıcı missiya həyata keçirəcək
    ATƏT-in qiymətləndirici missiyasının növbəti mərhələsinin predmeti Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazinin araşdırılması olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, bu barədə öz niyyətlərini ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri -Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Serj Sarkisyanla görüşündə bildiriblər. Həmsədrlər Ermənistan prezidentinə ATƏT-in qiymətləndirici missiyasının Qarabağ münaqişəsi zonasındakı proqramını və Azərbaycanda keçirdikləri danışıqların nəticələrini təqdim ediblər. Həmsədrlər bildiriblər ki, mümkün olan kimi onlar Naxçıvanda dağıdılmış Cuqi qəbristanlığına baş çəkəcəklər. Panorama.am xəbər verir ki, S.Sarkisyan ATƏT-in səhra missiyasının başa çatdıqdan sonra obyektiv hesabat təqdim edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, bu dəfəki missiya Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları əhatə edir.
    08.10.10 Məqaləni oxumaq
     
    M.Mərdanov: ”Kadr çatışmazlığı problemi hələ tam aradan qaldırılmayıb”
    Azərbaycanın regionlarındakı orta məktəblərdə kadr çatışmazlığı problemi hələ tam aradan qaldırılmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. Hazırda bununla bağlı Dövlət Proqramı çərçivəsində işlərin davam etdirildiyni diqqətə çatdıran M.Mərdanov bu il 800-dən çox gənc müəllimin regionlara göndərildiyini söyləyib. “Bu, əsasən Lerik, Yardımlı, Gədəbəyin və digər rayonların dağ kəndləridir. Yaxın 4-5 il ərzində də ucqar kəndlərə hər il bu qədər müəllimin göndərilməsi nəzərdə tutulur”,-deyə nazir əlavə edib.
    08.10.10 Məqaləni oxumaq
     
    NATO-nun Baş katibi bu gün Türkiyəyə gedir
    NATO-nun Baş katibi Anders Foq Rasmussen bu gün işgüzar səfərlə Ankaraya gəlir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərin noyabrın 19-20-də Lissabonda keçiriləcək NATO dövlət və hökumət başçıları sammitinə hazırlıq çərçivəsində həyata keçirildiyi bildirilir. Səfərin əsas mövzusu Əfqanıstanın təhlükəsizliyi olacaq. A.foq Rasmussenin Türkiyə prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdopan və xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşü planlaşdırılır. Xatırladaq ki, Rasmussen NATO-nun baş katibi vəzifəsində seçildikdən sonra Türkiyəyə ilk səfərini 2009-cu ilin avqustunda həyata keçirib.
    08.10.10 Məqaləni oxumaq
     
    AŞ PA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini Azərbaycana qaytarmağa çağıran sənəd qəbul edib
    AŞ PA-nın payız sessiyasının üçüncü iş günüdə Ermənistanın Azərbaycan ordusunun giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun cəsədlərinin Azərbaycana qaytarılmasına çağıran sənəd qəbul edilib. KƏLAMİNFO xəbər verir ki, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan və yazılı bəyannamə şəklində tərtib olunmuş "Azərbaycan hərbçiərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlanan bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb. Sənədi AŞ -yə üzv olan müxtəlif ölkələrin millət vəkilləri imzalayıb. AŞ PA-nın nizamnaməsinə uyğun olaraq, yazılı bəyannamələr yalnız nəşr edilərək yayılmır, həm də Rəyasət Heyəti tərəfindən plenar iclasda elan edilir.
    07.10.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. "Türkiyənin Baş naziri Azərbaycana Əməkdaşlıq Şurasının toplantısı ilə bağlı gələcək. Səfər zamanı iki ölkə arasında yeni anlaşmanın üzərində çalışacağıq",-deyə H. Kılıç vurğulayıb. Səfirin sözlərinə görə, R.T.Ərdoğanın səfəri bu ilin sonu, gələn ilin əvvəlində baş tuta bilər.
    07.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Okt.2010
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031