Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    “Beynəlxalq hüquqda fəxri konsul institutu” kitabının təqdimat mərasimi keçirildi
    Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Beynəlxalq hüquqda fəxri kosul institutu” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, təqdimat mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və nazir müavini Vaqif Sadıxov iştirak edib. Onlar kitab haqqında məlumat verib və jurnalistlərin suallarını cavablandırıblar. Kitabda Azərbaycanda fəxri konsul institutunun yaranması və inkişaf mərhələləri, fəxri konsulları adi konsullardan fərqləndirən cəhətlər, onların fəaliyyəti və hüquqi vəziyyəti gözstərilir və bu sahədə beynəlxalq təcrübəyə müraciət olunmaqla, fəxri konsulun fəaliyyətinin normativ hüquqi əsasları təhlil edilir. Dərs vəsaitində fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər də öz əksini tapıb. Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan XİN-in İnsan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov və XİN-in attaşesi Pərvin Məmmədovadır.
    12.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəliyi açılacaq
    Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov söyləyib. O, yaxın gələcəkdə Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəlik açacağını bildirib. Nazir müavini bu ölkələr sırasında Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniyanın olduğunu vurğulayıb. V.Sadıxov qeyd edib ki, Gürcüstanın Batumi şəhərində isə diplomatik nümayəndəliyin açılması planlaşdırılır. V.Sadıxov Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib.
    11.01.10 Məqaləni oxumaq
     
    Qırğızstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək
    Yanvarın 18-də Qırğızstanda azərbaycanlıların kompakt yaşadığı Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək. Qırqızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Azəri” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə Türkiyə, Qazaxstan, Özbəkstanın Qırğızstandakı səfirləri, Kant rayonu icra başçısı, Qırğızstan parlamentinin deputatları, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qırğızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan veriblər.
    11.01.10 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində müşavirə keçirilib
    Bu gün Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Müşavirədə “2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə”, “Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı”, “2009-2013-cü illərdə Azərbaycanın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası”, “Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” məsələlər müzakirə olunub. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, “Qaynar xətt” xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, QHT-lərin nazirliklə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb.
    09.01.10 Məqaləni oxumaq
     
    Millət vəkili S.Rüstəmxanlı Yardımlı rayon sakinləri ilə görüşüb
    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün əvvəl baş verən qasırğa nəticəsində ziyan çəkən Yardımlı rayon sakinlərilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dünya Azərbaycanlıları Konqresindən (DAK) veriblər. S.Rüstəmxanlı daha çox dağıntılara məruz qalan kəndlərdə təbii fəlakətin ziyan vurduğu tikililərlə tanış olub. S.Rüstəmxanlı bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbəsləri qasırğanın törətdiyi fəsadları aradan qaldırmaq üçün çalışmalarına baxmayaraq, hələ də bəzi kəndlərin enerji təminatı, telefon rabitə sistemi təmin edilməyib və elektrik dirəklərinin bərpası başa çatmayıb. Evləri daha çox dağıntıya məruz qalan sakinlər isə bərpa işlərinin gecikməsindən narahatlıqlarını ifadə ediblər. Yerli icra strukturlarından isə bildirilib ki, dağıntıların miqyası böyük olduğu üçün fəlakətin qarşısını qısa müddətdə aradan qaldırmaq mümkün deyil və yalnız kommunikasiya xətlərinin bərpasından sonra dağıntıya məruz qalan evlərin sakinlərinə maddi və texniki yardımların göstərilməsinə başlanacaq.
    09.01.10 Məqaləni oxumaq
     
    Ötən il idman məktəblərinin yetirmələri beynəlxalq yarışlardan 168 medal əldə ediblər
    Ötən il Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal əldə ediblər. Onlardan 57-si qızıl, 51-i gümüş, 60-ı isə bürünc medal olub.
    09.01.10 Məqaləni oxumaq
     
    ABŞ viza qaydalarında dəyişiklik edə bilər
    ABŞ prezidenti Barak Obama Dövlət Departamentinə ölkəyə giriş vizası verilməsi qaydalarına yenidən baxılmasını tapşırıb. KƏLAMİNFO-nun Qərb mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısının bu tapşırığı ABŞ-a uçan təyyarədə baş tutmayan terror aktından sonra təhlükəsizlik sisteminin yenidən qurulması üçün görüləcək kompleks tədbirlərin bir hissəsidir. Digər tədbirlər sırasında nəqliyyat və aviasiya sektorunda təhlükəsizliyin gücləndirilməsi, işçilər üçün bu sahəyə dair treninqlərin təşkili daxildir.
    09.01.10 Məqaləni oxumaq
     
    Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi
    Bu gün Mətbuat Şurasında (MŞ) jurnalistələr arasında Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycan mətbuatı sözügedən məsələlərin işıqlandırılmasına daim böyük önəm verib. Qarabağ və Xocalı soyqırımı məsələsinin ictimai yükünün böyük olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, bu baxımdan müsabiqəyə təqdim olunan məqalələr peşəkarlıqla yazılmalı və orada əks olunan faktların dəqiqliyi nəzərə alınmalıdır. MŞ-yə təqdim olunan məqalələrin 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini söyləyən Ə.Amaşov qalib olan məqalələrin bir neçə dildə kitab şəklində çap olunaraq beynəlxalq əlamə çıxarılacağını vurğuladı.
    09.01.10 Məqaləni oxumaq
     
    Bu gün Gürcüstan və Rusiya arasında uzun fasilədən sonra ilk çarter aviareysi həyata keçirilib
    Bu gün uzunmüddətli fasilədən sonra Gürcüstan və Rusiya arasında ilk çarter aviasreysi həyata keçirilib. KƏLAMİNFO xəbər verir ki, 80 sərnişinin uçduğu Tiflis-Moskva çarter reysi Gürcüstanın “Airzena-Georgian Airways” şirkəti tərəfindən “Boeing-737” təyyarəsi ilə həyata keçirilib. “Airzena-Georgian Airways” şirkətinin prezidenti Tamazi Qaiaşvili bildirib ki, çarter reysi Rusiya tərəfi ilə 1,5 il müddətində aparılmış danışıqlardan sonra baş tutub. Növbəti reyslər bu ayın 9-da və 10-da, həmçinin 16-sı və 24-də yerinə yetiriləcək. Həmin reyslər üçün artıq aviabiletlər də satılıb.
    08.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyasının iş planına ali və orta ixtisas təhsili haqqında qanun layihəsi təqdim olunacaq
    Milli Məclisin yaz sessiyasının iş planına ali və orta ixtisas təhsili haqqında qanun layihəsi də daxil ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev verib. Ş.Hacıyev bildirib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur və bu sənədin əsasında təhsilin bütün pillələrinə dair ayrı-ayrı qanunlar qəbul ediləcək.
    08.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031