Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar keçirilir
    Bu gün “Park-İnn” otelində ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu Dünya Bankının dəsəyi ilə keçirilən sayca ikinci belə suminardır. Təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən maliyyələşmə islahatlarının yekunda təhsilin keyfiyyətinin yüksəldilməsi və ali təhsil imkanlarının genişləndirilməsi ilə nəticələndiyini diqqətə çatdıran M.Mərdanov bunun üçün ölkəmizdə əsaslı bazanın da formalaşdığını söyləyib. Son illər dövlətin diqqət və qayğısı nəticəsində ali təhsilin maddi-texniki bazasının genişləndirildiyini vurğulayan M.Mərdanov ölkədə “Təhsil haqqında” qanunun qəbul olunduğunu və bunun əsasında Azərbaycanda bakalavr, magistr və doktorantura pillələrinin təsdiq olunuduğunu qeyd edib.
    14.01.10 Məqaləni oxumaq
     
    Akademik Mahmud Kərimov Səudiyyə Ərəbistanına gedir
    Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfər Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin dəvəti ilə öncədən hazırlanan birgə elmi layihələrin təsdiqi məqsədilə reallaşacaq. Qeyd edək ki, səfər yanvarın 18-də başa çatacaq.
    14.01.10 Məqaləni oxumaq
     
    Azərbaycanda ali təhsil sistemində əhəmiyyətli və prinsipial islahatlar aparılır
    Bu gün Azərbaycanın ali təhsil sistemində əhəmiyyətli və prinsipial islahatlar aparılır. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Litvanın təhsil və elm naziri Gintaras Steponaviçyus bildirib. Litvalı nazir qeyd edib ki, Azərbaycanda mövcud olan təcrübə və sistemlər müqayisəlidir. Qeyd edək ki, bu gün keçirilən Ali təhsildə maliyyələşmə mexanizimləri üzrə seminara Litva keçən ilki vauçer əsasında tələbələrin maliyyələşdirilməsi təcrübəsini təqdim edib.
    14.01.10 Məqaləni oxumaq
     
    İran səfiri M.B.Bəhrami Naxçıvana gedib
    İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhrami Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat katibi Abbas İsgəndəri verib. A. İsgəndəri səfirin Naxçıvana MR Ali Məclisinin sədri Vasif Talıbovun 50 illik yubileyi ilə əlaqədar getdiyini bildirib. Onun sözlərinə görə, səfir M.B.Bəhrami V. Talıbovla görüşüb, onu yubileyi münasibətilə təbrik edib. Görüşdə Naxçıvan MR ilə İran arasında münasibətlər də müzakirə olunub.
    14.01.10 Məqaləni oxumaq
     
    Cari ildən lisensiyasız fəaliyyət göstərən baxçalar olmayacaq
    Cari ildən Azərbaycanda lisensiyasız fəaliyyət göstərən baxçalar olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdənov bildirib. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət olunduğunu diqqətə çatdıran M.mərdanov bildirib ki, yaxın zamanlardan etibarən ölkədə lisensiyasız fəaliyyət göstərən baxça olmayacaq. M.Mərdənov qasırğadan zərər çəkən məktəblərlə bağlı məsələyə də münasibət bildirib. O, bununla bağlı hökumətin qəraı olduğunu, vəsat ayrıldığını və işlərin yekunlaşmaq üzrə olduğunu vurğulayıb. Qış imtahan smestri ilə bağlı məsələyə də münasibət bildirən nazir qeyd edib ki, məsələ ilə əlaqədar manitoqlər aparılır və imtahanlarla bağlı nazirliyin qaynar xəttinə heç bir məlumat daxil olmayıb.
    14.01.10 Məqaləni oxumaq
     
    ADU-da Hindistanşünaslıq Mərkəzi açılacaq
    Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Hindistanşünaslıq mərkəzinin açılış mərasimi və “Atəşgah məbədi və onun qədim Hindistan mədəniyyəti ilə əlaqəsi” mövzusunda seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Mərasimdə ADU-nun rektoru, professor Səməd Seyidov, Hindistanın ölkəmizdəki səfiri Debnath Shau və digər şəxslər iştirak edəcəklər.
    14.01.10 Məqaləni oxumaq
     
    İki yeni animasiya filminin təqdimatı keçiriləcək
    Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evində iki yeni animasiya filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı AZADINFORM-ya Dövlət Film Fondundan veriblər. "Cizgi filmlər aləminə səyahət" adlı kinoklubda Elçin Hami Axundovun "Cavanşir" və "Qızıl" cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına veriləcək. Tədbirdə animasiya filmlərinin rejissoru, "Azanfilm" Kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş keçirilməsi də nəzərdə tutulur.
    14.01.10 Məqaləni oxumaq
     
    TQDK-nın Quba Regional Bölməsində fənlər üzrə elmi-metodiki seminarlara start verilir
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Quba Regional Bölməsində fənlər üzrə elmi-metodiki seminarlara start verilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclaslar 16-17 yanvar tarixlərində Quba şəhərindəki orta məktəblərdə keçiriləcək. Seminarlar Azərbaycan dili və ədəbiyyatı, fizika, riyaziyyat və tarix fənnləri üzrə olacaq. İclaslara Quba, Qusar, Xaşmaz, Xızı, Dəvəçi və Siyəzən rayonlarının müəllim və mütəxəssisləri cəlb olunacaq. Qeyd edək ki, TQDK seminarlarların vaxt qrafiki ilə bağlı öz rəsmi internet saytında cədvəl də tərtib edib.
    14.01.10 Məqaləni oxumaq
     
    Haitinin paytaxtı Por-Au-Prinsedə 7 bal gücündə zəlzələ olub
    Haitinin paytaxtı Por-Au-Prinsenin 22 km ərazisini əhatə edən 7 bal gücündə zəlzələ olub. KƏLAMİNFO xarici mənbələrə istinadən xəbər verir ki, Haitidən başqa ona qonşu olan ölkələr Dominikan Respublikası, Kuba və Baham adalarında da zəlzələ müşahidə olunub. Paytaxt Por-Au-Princedə mindən çox adamın öldüyü və yaralandığı bildirilir. Dövlət binalarının çökdüyü, prezident və parlament binalarında çoxlu sayda çatların əmələ gəldiyi qeyd olunur. Amerikanın Geologiya Qurumu işçilərindən biri Kristin Maran bu cür zəlzələnin Haitidə 1770-ci ildə baş verdiyini və zəlzələnin gücünün Kubada və Dominikan respublikalarında da his olduğunu vurğulayıb, Qeyd edək ki, Haitiyə ABŞ, Venesuella və BMT yardım edəcəklərini bildiriblər.
    14.01.10 Məqaləni oxumaq
     
    Bu gündən ölkədə H1N1 virusuna qarşı vaksinasiya başlanır
    Bu gündən ölkədə H1N1 virusuna qarşı vaksinasiyaya başlanır. Vaksinasiya işləri ilk olaraq paytaxt Bakıda və Sumqayıt şəhərində həyata keçiriləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, vaksinlər insan orqanizmi üçün tam təhlükəsizdir. Vaksinasiya ilk olaraq əhalinin risk qrupuna aid olan insanlar arasında keçiriləcək. İlkin mərhələdə 90 min dozada vaksinin vurulması nəzərdə tutulub.
    14.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031