Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : 1 2 3 4 5 » #
    "Milçəkdən fil düzəltmək lazım deyil"
    Yevda Abramov Türkiyə-İsrail münasibətlərindəki gərginliyin qabardılmasını istəmir

    Türkiyə ilə İsrail arasındakı diplomatik qalmaqal hələ də tam aradan qalxmayıb. Bu məsələyə Azərbaycanda da münasibət birmənalı deyil. Azərbaycan parlamentinin İsraillə Parlamentlərarası işçi qrupunun rəhbəri, yəhudi əsilli millət vəkili Yevda Abramovun isə məsələyə özünəməxsus baxışı var.

    - Yevda müəllim, bir müddət öncə qeyd etmişdiniz ki, İsrail Knessetinə keçirilən son seçkilərlə əlaqədar Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri İosif Şaqalı bu vəzifədə əslən Dərbənddən olan yəhudi əsilli millət vəkili əvəzləyəcək. Həmin vaxtdan xeyli müddət ötür, artıq həmin şəxs İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna rəhbər təyin olunub, yoxsa qrupa tamamilə başqa bir şəxs başçılıq edir?

    - Bəli, o vaxt belə bir məlumat almışdım ki, Knessetin İsrail-Azərbaycan Parlamentlərarası İşçi Qrupuna əslən Rusiyadan - Dərbənddən, soy-kökü isə Azərbaycandan olan yəhudi əsilli millət vəkili rəhbərlik edəcək. Ancaq sonradan orada müzakirələr zamanı vəziyyət dəyişib və qərara alınıb ki, bu qrupa Robert İlatov adlı deputat rəhbər təyin edilsin. Qeyd edim ki, o da əslən keçmiş SSRİ-dəndir. Rus dilini çox gözəl bilir, MDB ölkələri üzrə İsraildə tanınmış mütəxəssisdir, gözəl siyasətçidir, həm də təcrübəli parlamentaridir...

    - Yeri gəlmişkən, o, Knessetdə hansı partiyanı təmsil edir?
    30.01.10 Məqaləni oxumaq
     
    N saylı Hərbi Hissədə 6 hərbçinin ölümü, 2-nin isə yaralanması ilə nəticələnən ağır faciə baş verib
    Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində 6 hərbçinin ölümü ilə nəticələnən ağır hadisə baş verib. Müdafiə Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvarın 28-də saat 18.00 radələrində N saylı Hərbi Hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb.
    Sonra əsgərlər özlərini güllələyərək öldürüblər. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, hazırda araşdırma aparılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
    30.01.10 Məqaləni oxumaq
     
    Ermənistanda qazın qiyməti qalxır
    Ermənistanda qaz paylama sisteminə nəzarət edən ArmRosGazprom şirkəti əhaliyə verilən qazın qiymətinin artırılması üçün müraciət edib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, şirkətin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına göndərdiyi müraciətdə qazın qiymətinin aprelin 1-dən 40%-ə yaxın qaldırılması xahiş edilib.
    Apreldən elektrik enerjisinin qiymətlərinin də artırılacağı barədə xəbərlər yayılsa da Ermənistan Elektrik Şəbəkəsinin mətbuat xidməti məlumatı təkzib edib. Şəbəkədən Ermənistanın İctimai radiosuna deyiblər ki, onlar qiymət artımı üçün müraciət göndərməyiblər.
    30.01.10 Məqaləni oxumaq
     
    Sərhəd pozucularının sayı 2008-ci illə müqaisədə 13% azalıb
    2009-cu il ərzində tutulan sərhəd pozucularının sayı 2008-ci illə müqayisədə 13% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2009-cu ildəki xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş kollegiya iclasında Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev məlumat verib. E.Quliyev qeyd edib ki, 2009-cu il ərzində dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 4899 nəfər saxlanılıb, bunların 355 nəfəri sərhəd pozucusu olub. O, ötən il ərzində tutulan sərhəd pozucularının 39,2%-nin (96 halda 139 nəfər) Azərbaycandan müvafiq ölkələrə keçərkən, 60,8%-nin isə (144 halda 216 nəfər) müvafiq ölkələrdən Azərbaycana gələrkən saxlanıldığını bildirib. Rəisin sözlərinə görə, il ərzində dövlət sərhəddinin quru hissəsində sərhədi pozmağa cəhd edərkən tutulan Azərbaycan vətəndaşlarının 49,3%-ni sərhədyanı rayonların sakinləri təşkil edir.
    30.01.10 Məqaləni oxumaq
     
    Y.Mahmudov: “Bir sıra heykəllərin götürülməsi düzgün və cəsarətli addımdır”
    Çox təəssüf edirəm ki, Məşədi Əzizbəyov o vaxt Stepan Şaumyanla Nəriman Nərimanov kimi davranmayıb, onun hərəkətlərini tənqid etməyib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında söyləyib. Y.Mahmudov qeyd edib ki, gərək M.Əzizbəyov Şaumyana qoşulmayaydı. Onun sözlərinə görə, ən azı o, daşnakların məhv edilməsi xəttini tutmalı idi. “Amma ondan istifadə etdilər”,-deyərək təəssüflənən Y.Mahmudov əlavə edib ki, aparılan tədqiqatlar sübut edir ki, M.Əzizbəyovu “26-lar”a beynəlmiləlçi görkəm verməkdən ötrü əlavə ediblər. “Çox təəssüf ki, Məşədi Əzizbəyov Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bunu sübut edən faktlar da var. “26-lar” soyqırım cəlladlarıdır. Onların ümumi abidələri, Çaparidze də daxil olmaqla digərlərinin heykəlləri götürüldü. Bunlar hamısı o deməkdir ki, Azərbaycanda bu iş artıq başlayıb. Bu, çox düzgün və cəsarətli addımdır. Güman edirəm ki, bu addımlar davam edəcək”,-deyən Y.Mahmudov tarixin keçmiş qaranlığına aydınlıq gətrib.
    30.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisdə görülən və görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi
    Bu gün Milli Məclisdə parlamentin ötən payız sessiyasında görülən və yaz sessiyasında görüləcək işlərlə bağlı mətbuat konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirdi ki, parlamentin payız sessiyası məhsuldar keçib. O, parlamentin payız sessiyası ərzində ölkənin maraqlarına bu və ya digər formada təsir göstərən işlər görüldüyünü söylədi. Milli Məclisin ötən payız sessiyası ərzində bir sıra vacib qanun və qərarların qəbul olunduğunu diqqətə çatdıran A.Nəsirov hesabat dövrundə ən əlamətdar hadisə kimi parlamentin yeni korpusunun istifadəyə verilməsi olduğunu qeyd etdi. “Milli Məclis payız sessiyasında prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsləri dəstəkləyərək hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Parlament müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edib. Bu dövr ərzində Milli Məclisin 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub.
    30.01.10 Məqaləni oxumaq
     
    YAP-da “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirildi
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov “Erməni təcavüzkarlığı yeni məlumatlarla” mövzusunda mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Y.Mahmudov onun rəhbərliyi altında fəaliyyət göstərən institutun alimləri tərəfindən ermənilərin Azərbaycana qarşı təcavüzkarlığı və soyqrımından bəhs edən və konkret faktlara əsaslanan çoxsaylı kitabların nəşr olunduğunu bildirdi. Dağlıq Qarabağ problemindən bəhs edən Y.Mahmudov qeyd etdi ki, bu məsələ Cənubi Qafqaza Çar Rusiyası tərəfindən köçürülən gəlmə ermənilər tərəfindən ortaya atılıb.
    29.01.10 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin proqnozların verilməsi üçün əsaslar var”
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensivliyin olması müsbət haldır. Danışıqlar prosesində intensivliyin özünü də irəliləyiş kimi dəyərləndirmək lazımdır. Amma bizim gözlədiyimiz təkcə intensivlik deyil”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova danışıqlar prosesi ilə bağlı hazırki vəziyyətə münasibət bildirərkən söyləyib. B.Muradova bildirib ki, hazırda danışıqlar prosesində özünü göstərən intensivlik nəticə verməlidir. Onun sözlərinə görə, nəticə ilə əlaqədar son zamanlar bədbin proqnozlarla yanaşı, nikbin proqnozlar da verilməkdədir. “Bu təkcə mənim deyil, bir sıra ekspertlərin, həll prosesi ilə məşğul olan rəsmi şəxslərin də mövqeyidir.
    29.01.10 Məqaləni oxumaq
     
    “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib
    Mədəniyyət və Turizm Nazirliyi cari ilin yanvarın 29-dan aprelin 15-dək kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, eləcə də uşaq mövzusuna kinematoqrafçıların diqqətini cəlb etmək, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək məqsədilə gənc kinematoqrafçılar üçün “Bu meydan, bu ekran – 2010” kino layihələri müsabiqəsi elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqəyə işləri film istehsalı ilə məşğul olan dövlət və müstəqil studiyalar, şirkətlər təqdim edə bilər. Müsabiqəyə təqdim olunan sənədlər eyni deviz altında olan iki bağlı zərfdə aprelin 15-dək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.
    29.01.10 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib
    Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına 22 qanun layihəsinin müzakirəsi daxil edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov verib.
    29.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031