|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
Hərbçilərimiz Almaniyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edəcəklər
|
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun Fərdi Tərəfdaşlıq Planına uyğun olaraq Almaniyada keçirilən bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Hərbçilərimiz yanvarın 7-dən 2011-ci il iyul ayının 30-dək Naumburq- Münhen şəhərlərində Alman dili kursu və Həkimlərin təkmilləşdirilməsi kurslarında, yanvarın 7-dən 2012-ci il oktyabrın 30-dək Hürt-Drezden şəhərində Alman dili və Quru Qoşunları zabiti kursunda (Dağ atıcı ixtisası üzrə), qeyd edilən tarixlərdə Hürt-Drezden şəhərində Alman dili və Quru Qoşunları zabiti kurslarında (Artilleriya ixtisası üzrə) və Hürt-Flentsburq şəhərində Alman dili kursu və Hərbi Dəniz Qüvvələri zabiti kursunda iştirak edəcəklər.
|
05.01.10 Məqaləni oxumaq
|
|
|
TQDK qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinə start verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Respublikanın müxtəlif bölgə mərkəzələrində keçiriləcək bu müşavirələrdə TQDK-nın, Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, müxtəlif ali, orta ixtisas və orta təhsil müəssisələrinin rəhbərləri, nümayəndələri iştirak edəcəklər. Müşavirələrdə müvafiq bölgə üzrə ayrı-ayrı şəhər və rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunacaq.
|
05.01.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|