Ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar keçirilir
|
Bu gün “Park-İnn” otelində ali təhsildə maliyyələşmə mexanizmlərinə həsr olunan seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu Dünya Bankının dəsəyi ilə keçirilən sayca ikinci belə suminardır.
Təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən maliyyələşmə islahatlarının yekunda təhsilin keyfiyyətinin yüksəldilməsi və ali təhsil imkanlarının genişləndirilməsi ilə nəticələndiyini diqqətə çatdıran M.Mərdanov bunun üçün ölkəmizdə əsaslı bazanın da formalaşdığını söyləyib. Son illər dövlətin diqqət və qayğısı nəticəsində ali təhsilin maddi-texniki bazasının genişləndirildiyini vurğulayan M.Mərdanov ölkədə “Təhsil haqqında” qanunun qəbul olunduğunu və bunun əsasında Azərbaycanda bakalavr, magistr və doktorantura pillələrinin təsdiq olunuduğunu qeyd edib.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
Akademik Mahmud Kərimov Səudiyyə Ərəbistanına gedir
|
Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə səfərə gedəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Səfər Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzinin dəvəti ilə öncədən hazırlanan birgə elmi layihələrin təsdiqi məqsədilə reallaşacaq.
Qeyd edək ki, səfər yanvarın 18-də başa çatacaq.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda ali təhsil sistemində əhəmiyyətli və prinsipial islahatlar aparılır
|
Bu gün Azərbaycanın ali təhsil sistemində əhəmiyyətli və prinsipial islahatlar aparılır. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Litvanın təhsil və elm naziri Gintaras Steponaviçyus bildirib. Litvalı nazir qeyd edib ki, Azərbaycanda mövcud olan təcrübə və sistemlər müqayisəlidir.
Qeyd edək ki, bu gün keçirilən Ali təhsildə maliyyələşmə mexanizimləri üzrə seminara Litva keçən ilki vauçer əsasında tələbələrin maliyyələşdirilməsi təcrübəsini təqdim edib.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
İran səfiri M.B.Bəhrami Naxçıvana gedib
|
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhrami Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirliyin mətbuat katibi Abbas İsgəndəri verib. A. İsgəndəri səfirin Naxçıvana MR Ali Məclisinin sədri Vasif Talıbovun 50 illik yubileyi ilə əlaqədar getdiyini bildirib.
Onun sözlərinə görə, səfir M.B.Bəhrami V. Talıbovla görüşüb, onu yubileyi münasibətilə təbrik edib. Görüşdə Naxçıvan MR ilə İran arasında münasibətlər də müzakirə olunub.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
Cari ildən lisensiyasız fəaliyyət göstərən baxçalar olmayacaq
|
Cari ildən Azərbaycanda lisensiyasız fəaliyyət göstərən baxçalar olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdənov bildirib.
Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət olunduğunu diqqətə çatdıran M.mərdanov bildirib ki, yaxın zamanlardan etibarən ölkədə lisensiyasız fəaliyyət göstərən baxça olmayacaq. M.Mərdənov qasırğadan zərər çəkən məktəblərlə bağlı məsələyə də münasibət bildirib. O, bununla bağlı hökumətin qəraı olduğunu, vəsat ayrıldığını və işlərin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.
Qış imtahan smestri ilə bağlı məsələyə də münasibət bildirən nazir qeyd edib ki, məsələ ilə əlaqədar manitoqlər aparılır və imtahanlarla bağlı nazirliyin qaynar xəttinə heç bir məlumat daxil olmayıb.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
ADU-da Hindistanşünaslıq Mərkəzi açılacaq
|
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) Hindistanşünaslıq mərkəzinin açılış mərasimi və “Atəşgah məbədi və onun qədim Hindistan mədəniyyəti ilə əlaqəsi” mövzusunda seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər.
Mərasimdə ADU-nun rektoru, professor Səməd Seyidov, Hindistanın ölkəmizdəki səfiri Debnath Shau və digər şəxslər iştirak edəcəklər.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
İki yeni animasiya filminin təqdimatı keçiriləcək
|
Dövlət Film Fondunun nəzdində fəaliyyət göstərən Uşaq Kino Evində iki yeni animasiya filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı AZADINFORM-ya Dövlət Film Fondundan veriblər.
"Cizgi filmlər aləminə səyahət" adlı kinoklubda Elçin Hami Axundovun "Cavanşir" və "Qızıl" cizgi filmləri azyaşlı tamaşaçıların ixtiyarına veriləcək.
Tədbirdə animasiya filmlərinin rejissoru, "Azanfilm" Kinostudiyasının direktoru Elçin Hami Axundovla görüş keçirilməsi də nəzərdə tutulur.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
TQDK-nın Quba Regional Bölməsində fənlər üzrə elmi-metodiki seminarlara start verilir
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Quba Regional Bölməsində fənlər üzrə elmi-metodiki seminarlara start verilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclaslar 16-17 yanvar tarixlərində Quba şəhərindəki orta məktəblərdə keçiriləcək. Seminarlar Azərbaycan dili və ədəbiyyatı, fizika, riyaziyyat və tarix fənnləri üzrə olacaq. İclaslara Quba, Qusar, Xaşmaz, Xızı, Dəvəçi və Siyəzən rayonlarının müəllim və mütəxəssisləri cəlb olunacaq. Qeyd edək ki, TQDK seminarlarların vaxt qrafiki ilə bağlı öz rəsmi internet saytında cədvəl də tərtib edib.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
Haitinin paytaxtı Por-Au-Prinsedə 7 bal gücündə zəlzələ olub
|
Haitinin paytaxtı Por-Au-Prinsenin 22 km ərazisini əhatə edən 7 bal gücündə zəlzələ olub. KƏLAMİNFO xarici mənbələrə istinadən xəbər verir ki, Haitidən başqa ona qonşu olan ölkələr Dominikan Respublikası, Kuba və Baham adalarında da zəlzələ müşahidə olunub.
Paytaxt Por-Au-Princedə mindən çox adamın öldüyü və yaralandığı bildirilir. Dövlət binalarının çökdüyü, prezident və parlament binalarında çoxlu sayda çatların əmələ gəldiyi qeyd olunur. Amerikanın Geologiya Qurumu işçilərindən biri Kristin Maran bu cür zəlzələnin Haitidə 1770-ci ildə baş verdiyini və zəlzələnin gücünün Kubada və Dominikan respublikalarında da his olduğunu vurğulayıb,
Qeyd edək ki, Haitiyə ABŞ, Venesuella və BMT yardım edəcəklərini bildiriblər.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
Bu gündən ölkədə H1N1 virusuna qarşı vaksinasiya başlanır
|
Bu gündən ölkədə H1N1 virusuna qarşı vaksinasiyaya başlanır. Vaksinasiya işləri ilk olaraq paytaxt Bakıda və Sumqayıt şəhərində həyata keçiriləcək. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən KƏLAMİNFO-ya bildiriblər ki, vaksinlər insan orqanizmi üçün tam təhlükəsizdir. Vaksinasiya ilk olaraq əhalinin risk qrupuna aid olan insanlar arasında keçiriləcək.
İlkin mərhələdə 90 min dozada vaksinin vurulması nəzərdə tutulub.
|
14.01.10 Məqaləni oxumaq
|
|
|
|