Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru A. Qəribov Koreyaya səfərə gedir
    Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyanın Seul şəhərinə səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərdə məqsəd Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətləri qurulmaqdır. Qeyd edək ki, səfər yanvarın 24-də başa çatacaq.
    16.01.10 Məqaləni oxumaq
     
    “Xocalıya Ədalət” kompaniyası çərçivəsində konfrans keçiriləcək
    Yanvar ayının 18-də Bakıda “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində “Xocalıya Ədalət” rep mahınısının planı ilə əlaqədar mətbuat konfransı keçiriləcək. KƏLAMİNFO xəbər veirir ki, Konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun Baş Katibi Elşad İskəndərov, Amerikadan gələn qonaqlar Toni Blakman, Qordon Uilliams və “Dəyirman” qurupunun solisti Miri-Yusif iştirak edəcəklər. Qeyd edək ki, “Xocalıya Ədalət” kompaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mdəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilib.
    15.01.10 Məqaləni oxumaq
     
    Dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalar yenidən qeydiyyata alınacaq
    Ölkədə dini ədəbiyyatın satışı ilə məşğul olan mağazaların qeydiyyatına başlanılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov verib. Məsələ ilə bağlı xüsusi təlimatların hazırlanaraq təsdiq edildiyini bildirən H.Orucov bunun Ədliyyə Nazirliyi tərfindən də qeydiyyata alındığını qeyd edib.
    15.01.10 Məqaləni oxumaq
     
    ADU ilə Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
    Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Dillər Universiteti (ADU) ilə Türkiyənin Hacəttəpə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. İmzalanma mərasimində ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Hacəttəpə Universitetinin rektoru, professor Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti, Strasburq Universiteti və Fransanın Türkiyədəki səfirliyinin nümayəndələri iştirak ediblər.
    15.01.10 Məqaləni oxumaq
     
    DQİDK sədri H.Orucov: “Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib”
    Bu günə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov dini icmaların rəhbərləri ilə görüşündə səsləndirib. Komitə sədri qeyd edib ki, hansısa qeyri-qanuni yolla tikilən obyektin sökülməsinin DQİDK ilə heç bir əlaqəsi yoxdur. Məcsid və ibadət yerlərinin müqəddəs məkan olduğunu diqqətə çatdıran H.Orucov bildirib ki, ölkəmizdə fəaliyyət göstərən qanuni məscidlər var və burada vətəndaşların sərbəst ibadət etmələri üçün normal şərait yaradılıb. Onun sözlərinə görə, qanunsuz tikililər müvafiq icra strukturları tərəfindən sökülür. H.Orucov məscid inşa etmək istəyən şəxslərə də tövsiyyə verib və bildirib ki, müqəddəs bina tikmək niyyətində olanlar bunu qanuniləşdirməlidirlər.
    15.01.10 Məqaləni oxumaq
     
    Hidayət Orucov Moskva Patriarxlığı rəsmisinin açıqlamasına münasibət bildirib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Moskva Patriarxlığınin rəsmisi iyeromonarx Filippin açıqlamasına münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov bildirib ki, iyeromonarx Filippin açıqlaması son dərəcə məsuliyyətsiz addımdır. Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin açıqlamasından təəssüfləndiyini diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu, məsuliyyətsiz sözlərdir. “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Nə üçün Dağlıq Qarabağdakı kilsə ilə İrəvan və Gümrüdəki kilsə eyniləşdirilir? Niyə onlar Azərbaycandakı - Bakı, Gəncə və Xaçmazda olan kilsələrin adını çəkmirlər?
    15.01.10 Məqaləni oxumaq
     
    Yaradıcılıq təşkilatları ilə bağlı ayrıca qanun olmayacaq
    Nizami Cəfərovun sözlərinə görə, yaz sessiyasında "Mədəniyyət haqqında" qanun üzərində işləyəcəklər

    Hazırda Milli Məclis qış tətilindədir. Buna baxmayaraq, parlamentin yaz sessiyası ilə bağlı müzakirələr indidən start götürüb. Növbəti sessiyada müzakirə ediləcək əsas məsələlərdən biri kimi soyad sonluqlarının dəyişdirilməsi göstərilir. Məlum olduğu kimi, artıq Milli Elmlər Akademiyasının nəzdindəki Xüsusi Komissiya soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Konsepsiya bəyənilərsə, məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq. Parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov soyad sonluqlarının milliləşdirilməsinin gündəmə gəlməsini günümüzün ən vacib məsələlərindən biri hesab edir. Onun fikrincə, təkliflər qəbul olunarsa, yeni doğulan uşaqlara yalnız milli soyadların verilməsi tələb ediləcək. Hazırda rus soyad sonluğu daşıyanlar üçün isə soyadlarının dəyişdirilməsi proseduru sadələşdiriləcək.

    - Nizami müəllim, qarşıdan Milli Məclisin növbəti yaz sessiyası gəlir. Bu baxımdan, komitəniz, eləcə də komitə sədri kimi şəxsən siz özünüz bu sessiyaya konkret hansı təkliflərlə, qanun layihələri ilə gedirsiniz?

    - Qeyd edim ki, bizim komitə bu sessiya ərzində əsasən bir qanun layihəsi üzərində işləməyi nəzərdə tutur. Başqa qanunlara əlavələr və dəyişikliklər olsa, bu, öz yerində, ancaq bir daha qeyd edirəm ki, biz "Mədəniyyət haqqında" mövcud qanun üzərində işlərə başlamağı planlaşdırırıq. Nəzərinizə çatdırım ki, artıq keçən sessiyadan - 2009-cu ilin payız sessiyasından başlayaraq bu qanuna əlavələr və dəyişiklikləri nəzərdə tutan məsələləri Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə müzakirə edirik. Onu da bildirim ki, bu qanuna əlavələr və dəyişikliklərin nəzərdə tutulması həmin qanunvericilik aktının köhnəlməsi, dövrün reallıqlarına və tələblərinə tam cavab verməməsi ilə bağlıdır.
    15.01.10 Məqaləni oxumaq
     
    Ötən il ali təhsilə 121 mln. manat vəsait ayrılıb
    Ötən il dövlət büdcəsindən təhsilə ayrılan vəsait 1,1 mlrd. manat olub. KƏLAMİNFO xəbər verir ki, bu bardə məlumatı təhsil naziri Misir Mərdanov verib. Ali təhsilə ayrılan vəsaitin isə 2009-cu ildə 121 mln. manata çatdığını diqqtə çatdıran M.Mərdanov bildirib ki, bu da təhsilə ayrılan dövlət vəsaitinin 15 faizini təşkil edir. Onun sözlərinə görə, qeyd olunan rəqəm dövlət ali təhsil müəssisələrinin ümumi büdcəsinin 75 faizini təşkil edir və qalan vəsait isə ödənşişli əsaslarla əldə olunan gəlirlər hesabına formalaşır. Dövlətin bir tələbəyə çəkdiyi ümumi xərcin ötən il 2102 manat olduğunu qeyd edən nazir əlavə edib ki, 2009-cu ildə ali təhsildə elmi-tədqiqat işlərinə 3,9, tikinti və əsaslı təmir işlərinə isə 28,95 mln. manat vəsait ayrılıb. M.Mərdanov həmçinin qeyd edib ki, hazırda dövlət vəsaiti hesabına dünyanın 28 ölkəsində 1261 azərbaycanlı gənc müxtəlif ixtisaslarda təhsillərini davam etdirirlər. Onun sözlərinə görə, bu məqsədlə ötən il xaricdə təhsil alan tələbələrə 8,75 mln. manat vəsait xərclənib.
    15.01.10 Məqaləni oxumaq
     
    “Xəzərin səsi” internet radiosunun təqdimat mərasimi olacaq
    Yanvarın 18-i Xəzər Universitetində “Xəzərin səsi” internet radiosunun təqdimat mərasimi olacaq. KƏLAMİNFO-nun məlumatına görə, təqdimat universitetin əsas korpusunda təşkil olunacaq. Mərasimdə təhsil ocağının yeni korpusu ilə tanışlıq da nəzərdə tutulur.
    15.01.10 Məqaləni oxumaq
     
    Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Batumiyə gedib
    Bu gün Baş nazir Artur Rasizadənin rəhbərlik etdyi nümayəndə heyəti enerji məsələləri üzrə konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə gedib. KƏLAMİNFO xəbər verir ki, Batumi hava limanında Azərbaycan nümayəndə heyətini Acarıstan hökumətinin başçısı Levan Varşalamidze, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, Batumidə keçiriləcək beynəlxalq enerji konfransında 11 ölkədən və Avropa İttifaqından nümayəndə heyətləri iştirak edəcəklər. Tədbirdə enerji təhlükəsizliyinə dair məsələlər müzakirə olunacaq.
    15.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031