Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda ən qədim kitab, əlyazma və kitab abidələri müəyyən edir
    Mədəniyyət və Turizm Nazirliyində respublikada mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların aşkar edilməsi işinə başlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanda milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq “Kitab abidələri haqqında” Əsasnamə hazırlanıb.
    20.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib
    Ötən ildə azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin (VVARX) rəisi Reyhanə Kərimova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycan vətəndaşı olan 1720 qız əcnəbilərlə nigaha girib. R.Kərimova əvvəlki illərlə müqayisədə əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayında artım olduğunu söyləyib. O, qeyd edib ki, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar. “Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Əcnəbilərə ərə gedən azərbaycanlı qadınlar daha çox türklərlə izdivac bağlayıblar. Azərbaycanlıların xoşbəxt etdiyi əcnəbilərin sırasında İran, Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var”-deyə, R.Kərimova vurğulayıb.
    19.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan Litvada keçiriləcək turizm sərgisində iştiak edəcək
    Fevralın 26-28-i tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində “Vivat-Tur” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin iki əməkdaşı təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən veriblər. “Sərgidə Azərbaycanın turizm imkanları 24 kv. metr stend vasitəsilə nümayiş olunacaq. Burada Azərbaycanın görməli yerləri, mehmanxana turizm obyektləri, tarixi-memarlıq abidələri xüsusi reklam çap məhsulları vasitəsilə nümayiş olunacaq”,-deyə məlumatda bildirilib.
    19.01.10 Məqaləni oxumaq
     
    Marneulidə 20 yanvar və 1989-cu ildə Tbilisidə baş vermiş hadisələrə həsr olunan tədbirlər keçiriləcək
    Bu gün Marneulidə 20 yanvar və 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş hadisələrə həsr olunan tədbirlər keçirilib. Tədbir Gürcüstanın Kvemo Kartli qubernatorunun ofisi, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanın Regional İnkişaf və Reinteqrasiya nazirlikləri ilə birgə təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri, Regional İnkişaf, Reinteqrasiya nazirləri, Kvemo Kartlinin qubernatoru, deputatlar və digər yüksək vəzifəli şəxslərin iştirakı nəzərdə tutulub. Tədbirin rəsmi hissəsi Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Teatrı truppasının hazırladığı teatr səhnələri ilə davam etdiriləcək. Tbilisidəki “Varlıq’ Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı və gürcü ziyalıların iştirakı ilə Dəyirmi masa təşkil olunacaq və 20 ildəki keçmiş haqqında film nümayiş etdiriləcək.
    19.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında film çəkilib
    Rusiyanın sənədli film ustaları XIX əsrdə Rus imperiyasının İranda səfiri Aleksandr Qriboyedovun həyatına həsr olan sənədli film çəkib. Film Azərbaycan tarixində “qara” izi olan A.Qriboyedov haqqında maraqlı nüanslar ortaya çıxarıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin müəllifi bir sıra siyasi detektivlərin yaradıcısı Sergey Medvedevdir. Müəllif yazıçı-diplomatın həyatını detektivə bənzədib. Müəllif “Ağıldan bəla” kimi bir əsərin müəllifinin nədən İranda bir qrup fanat tərəfindən qətlə yetirilməsinə aydınılq gətirmək istədiyini bildirirb. Medvedev Qriboyedovla bağlı əsil tarixi araşdırma apardıqlarını söyləyib. Burada Qriboyedovun ölümünə birbaşa yol açmış proseslərdən danışılır və varlı iranlıların erməni hərəmlərinin rolundan danışılır. Filmdə maraqlı məqamlardan biri də odur ki. müəlliflərə görə, məhz hərəmxanlardakı erməni fahişələr Qriboyedovun ölümündə faciəvi rol oynayıblar. Qeyd olunur ki, gürcü knyazının 15 yaşlı qızı Nina Çavçavadze ilə evlənən Qriboyedov tezliklə İrana yola düşür. Lakin diplomat risk edərək gənc, həm də hamilə olan xanımını İrana aparmaq istəməyərək onu sərhəd yaxınlığındakı rayonda saxlayır.
    19.01.10 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində 20 yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə təşkil olunan tədbirdə 20 yanvar faciəsi zamanı şəhid olan insanların ruhuna dualar oxundu. Daha sonra 20 yanvar faciəsini əks etdirən qısametrajlı film nümayiş olundu. Konfransda çıxış edən QMİ-nin sədr A.Paşazadə bildirdi ki, 1990-cı ilin 20 yanvarında baş verən hadisələrin təfsilatını çoxlarımız xatırlayırıq. Onun sözlərinə görə, baş vermiş faciəni törədən səbəbləri, qanlı qırğına aparan yolları, bu siyasi təcavüz aktının əsl senarilərini hələdə əksəriyyətimiz bilmirik. Şeyx baş vermiş hadisə ilə əlaqədar geniş və hərtərəfli araşdırma aparılaraq, yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin başda M.Qarbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxaprılmasını tələb edib.
    19.01.10 Məqaləni oxumaq
     
    Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyaya gedib
    AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Koreyaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İnstitutdan veriblər. Səfər Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə təşkil olunub. Yanvarın 24-nə kimi davam edəcək səfər çərçivəsində A.Qəribov Seulda bir sıra görüşlər keçirəcək.
    18.01.10 Məqaləni oxumaq
     
    Fransanın Lüvr Muzeyində yaradılan güşəyə Azərbaycan da töhfəsini verib
    Fransanın tanınmış “Fiqaro” qəzetində 2009-cu il ərzində Fransanın Luvr Muzeyinə dünyanın müxtəlif dövlətləri, özəl şirkət və şəxslər tərəfindən edilmiş könüllü ianələr haqqında məlumat dərc olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Luvr Muzeyinin İslam incəsənətinə həsr olunmuş yeni guşənin yaradılmasına Fransa xeyriyyəçiləri ilə yanaşı bir sıra müsəlman ölkələri (Mərakeş, Oman, Küveyt), o cümlədən Azərbaycan da öz töhfəsini verib. Luvr Muzeyindən verilən məlumata görə, ölkəmiz tərəfindən ayrılmış 1 (bir) milyon avro muzeyin xalçalar kolleksiyasının bərpa edilməsinə yönəlib.
    18.01.10 Məqaləni oxumaq
     
    Daha 35 dini icmaya yeni şəhadətnamələr verildi
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən qeydiyyatdan keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK-nin sədri Hidayət Orucov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” AR Qanuna əlavə və dəyişiklik edilənə qədər ölkədə 534 dini icma qeydiyyatdan keçib. Yeni qanundan sonra bu il yanvarın 1-nə kimi Komitəyə qeydiyyatla bağlı 700 müraciətin daxil olduğunu diqqətə çatdıran H.Orucov qeyd edib ki, bu günə qədər ümumilikdə 155 dini icmaya şəhadətnamələrin verilib. Onun sözlərinə görə, hazırda digər müraciətlərə Komitənin müvafiq şöbəsində baxılır. Yeni qanunun qəbul edilməsinin ölkədə tolerantlığın bir nümunəsi olduğunu söyləyən H.Orucov bildirdi ki, hansı təmayüllü olmasından asılı olmayaraq Azərbaycanda qanuni fəaliyyət göstərmək istəyən dini icmalara normal şərait yaradılır. O, ölkədəki məscidlərin sayına da toxundu və bildirdi ki, sovet dövründə Azərbaycanda 18 məscid olub və indi bunların sayı 1802-dir. Sonra H. Orucov Ağdaş, Lənkəran, Zaqatala, Şamaxı, Dəvəçi, Quba, Göyçay, Xaçmaz, Astara, Qazax, İsmayıllı, Qəbələ, Balakən, Biləsuvar, Goranboy və Ucar rayonlarında fəaliyyət göstərən 35 dini icmaya yeni şəhadətnamələr təqdim etdi.
    16.01.10 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda coğrafiya fənni üzrə metodik vəsaitin yeni təkmilləşdirilmiş variantının son müzakirəsi aparılıb. Seminarda iştirak edən mütəxəssislər “Coğrafiya” vəsaitini elmi-metodiki baxımdan təhlil ediblər. Müzakirələdə qeyd olunub ki, vəsait müasir dövr baxımından təkmilləşdirilib, faktların sayı azaldılıb, xəritələr, sxemlər, illüstrasiya materialları ilə zənginləşdirilib, paraqrafların sonunda ümumiləşdirmə aparılıb və metodiki cəhətdən sadələşdirmə işləri görülüb.
    16.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031