Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    MSK bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb
    Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində qalib olan namizədlərin statistikasını açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətindən veriblər. Səsvermə nəticəsində 15591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir. Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının (BQP) namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) namizədlərindən 81-i, Ana Vətən Partiyasının (AVP) namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədlərindən 61-i, Ümid Partiyasının (ÜP) namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyası (VBP) namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyası (SRP) namizədlərindən 5-i, Müsavat Partiyası (MP) namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib.
    13.01.10 Məqaləni oxumaq
     
    “Qarabağ gündəliyi” adlı kitabın təqdimatı keçirilib
    Bu gün Qarabağ Azadlıq Təşkilatının “Qarabağ gündəliyi” adlı kitabının təqdimatı mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, bulleten şəkilində çap olunan kitabda son 6 ay ərizində Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələrin, həyata keçirilən tədbirlərin, irəli sürülən fikir və mülahizələrin öz əksini tapdığını vurğulayıb. O, qeyd edib ki, kitabın nəşri 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılacaq. Tədbirdə politoloq Qabil Hüseynli, QHT Forumunun sədri Rauf Zeyni, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva kitab haqqında öz fikir və mülahizələrini bildiriblər.
    13.01.10 Məqaləni oxumaq
     
    BMT katibliyinin yeni müvəqqəti binasının açılış mərasimi keçirilib
    Nyu-Yorkda BMT katibliyinin yeni müvəqqəti binasının rəsmi açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytında məlumat verilib. Bina 2012-ci ilə kimi əsaslı təmirə dayanan baş qərargahın şimal hissəsində inşa edilib. İclaslar keçirmək üçün müasir konfrans elektronikası ilə təchiz olunmuş 4 iri zaldan ibarət yeni bana yeni ilin ilk iş günündən işçilərin üzünə açılıb. Yaxın günlərdə baş katib Pan Gi Mun və 270 əməkdaş oraya köçəcəklər. Qeyd edək ki, yeni binanın inşasına 2008-ci ilin mayında başlanıb və 140 mln dollar xərclənib. BMT katibliyinin bütün işçiləri bu binaya yerləşə bilməyəcəyi üçün Nyu-Yorkun Manhetten və Kvins rayonlarında yerləşən 16 ofis kompleksində çalışacaqlar.
    13.01.10 Məqaləni oxumaq
     
    “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirilib
    Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Kütləvi İinformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) layihəsi çərçivəsində “Trend” Xəbərlər Şirkətinin hazırladığı “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən “Trend”in Baş direktoru İlqar Hüseynov bildirib ki, film ermənilərin tarix boyu xalqımıza qarşı apardığı soyqırım hadisələrinin xronologiyasını özündə əks etdirir.
    12.01.10 Məqaləni oxumaq
     
    AMEA-nın yaradılmasının 65 ili tamam olur
    Bu ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 65 ili tamam olur. KƏLAMİNFO xəbər verir ki, 1945-ci ilin martında Azərbaycanda Elmlər Akademiyasının təsis edilməsi Azərbaycan xalqının ictimai fikir tarixində ilk dəfə olaraq elmi fəaliyyətin mükəmməl təşkilati struktura malik olmaqla sistemli xarakter alması baxımından mühüm bir hadisə olub. Bu dövrlər ərzində Akademiya zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsna rol oynayıb. Qurumun 65 illik tarixinin son iyirmi ili respublikamızın müstəqillik qazandığı dövrə təsadüf edir. Yarandığı dövrdən nailiyyətləri ilə Azərbaycanda elmin mərkəzinə çevrilən AMEA-nın fəaliyyətində ötən əsrin 90-cı illərində ictimai-siyasi həyatda baş verən dəyişikliklərlə bağlı olaraq durğunluq müşahidə olunub. Lakin ümummilli lider Heydər Əliyevin qayıdışı nəticəsində 90-cı illərin sonlarından digər sahələrdə olduğu kimi, Azərbaycanın elmi potensialı və AMEA da tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
    12.01.10 Məqaləni oxumaq
     
    Ermənistanın Konstitusiya Məhkəməsi protokolları müzakirə edir
    Ermənistan Konstitusiya Məhkəməsində İrəvanla Ankara arasında İsveçrənin Surix şəhərində imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair dinləmələr başlayıb. KƏLAMİNFO xəbər verir ki, məhkəmədə dinləmələr hələlik açıq keçirilir, lakin müvafiq qərar qəbul ediləcəyi təqdirdə iclas fəaliyyətini qapalı şəkildə davam etdirə bilər. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qapalı iclasında yalnız qurumun üzvü olan hakimlər iştirak edə bilərlər. Burada qərarlar üzvlərin böyük əksəriyyətinin səs çoxluğu ilə qəbul olunur. Məhkəmənin sədri Qaqik Qrutyunyan imzalanan protokolların Əsas Qanuna uyğun olub-olmadığına dair arayış hazırlamağı hakim Vladimir Ovannisyana tapşırıb.
    12.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan vətəndaşı Nijni Novqoroddakı xüsusi qəbul məntəqəsində keçinib
    Rusiya ərazisində yaşamaq rejimini pozduğuna görə saxlanılan Azərbaycan vətəndaşı Nijni Novqorod vilayətinin Daxili İşlər Baş İdarəsinin (DİBİ) xüsusi qəbul kamerasında vəfat edib. K LAMİNFO-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarındakı mənbə saxlanılanın ölümünün səbəbinin məlum olmadığını bildirib. Qeyd edək ki, hadisə yanvarın 11-nə keçən gecə baş verib. Mənbə bildirib ki, saxlanılan şəxs 1956-cı ildə doğulub. Azərbaycan vətəndaşının ölüm səbəbləri araşdırılır. DİBİ-nin əməkdaşları olaya rəsmi münasibət bildirməyiblər.
    12.01.10 Məqaləni oxumaq
     
    Milli Qəhrəmanlarla bağlı saytın təqdimatı keçiriləcək
    Qənirə Paşayeva: "Gənclərimiz öyrənməlidir ki, Vətən, torpaq hər şeydən üstün olmalıdır"

    Ötən həftənin şənbə günü Hökumət evində mərhum Milli Qəhrəman Naiq Yusifova həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Qeyd edək ki, ssenari müəllifi tanınmış teleyurnalist olan Etibar Məmmədovun çəkdiyi bu film millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə araya-ərsəyə gətirilib. Onu da qeyd edək ki, bu filmdən təxminən ayyarım öncə mərhum Milli Qəhrəman Samir Xasıyevə həsr olunmuş "Samirin vəsiyyəti" adlı filmin də təqdimatı olub. Təqdimat mərasimindən sonra isə millət vəkili Q.Paşayeva media mənsublarının sözügedən filmlə və bu yöndə digər məsələlərlə bağlı suallarını cavablandırıb:

    - Bir müddət öncə elə bu məkanda Azərbaycanın Milli Qəhrəmanı mərhum Samir Xasıyev haqqında filmin təqdimatı olmuşdu. Bu gün isə Azərbaycanın digər Milli Qəhrəmanı və çox böyük qəhrəmanlıqlar göstərmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilərin işğalına məruz qalan zaman bu işğala qarşı vuruşaraq çox böyük igidliklər nümayiş etdirmiş, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş Milli Qəhrəmanımız Naiq Yusifovla bağlı filmin təqdimatı oldu. Qeyd edim ki, Naiq Yusifov Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Ağdam kəndində doğulub. Vaxtilə - müharibənin ən qızğın dövründə orada çox ağır döyüşlər gedib və ermənilər bir çox yüksəkliyi ələ keçirmək istəyiblər. Çünki bu yüksəklikləri ələ keçirmək o demək idi ki, böyük bir regionda - təkcə Tovuzdan söhbət getmir - insanların həyatı cəhənnəmə çevrilə bilərdi. Tovuzun bir qarış torpağının verilməməsi, o yüksəkliklərin ələ keçirilməməsi üçün çox ağır, ölüm-qalım döyüşləri gedib və Naiq Yusifov da bu döyüşlərdə çox böyük fədakarlıqlar göstərib.
    12.01.10 Məqaləni oxumaq
     
    Hafiz Paşayev: “Konqresin qərarı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil”
    ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejimə 8 mln. dollar əvəzsiz yardım ayırmasına Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında konqresin qərarının ölkəmiz tərəfimizdən kəskin surətdə pislənildiyini söyləyib. “Biz bunun təkrar olunmaması üçün çalışırıq, amma təəssüf ki, Konqres öz iddiasına davam edir. Bütün bunlar lobbiçilərin fəaliyyəti nəticəsində baş verir”, - deyən H.Paşayev Azərbaycan dövlətinin mövqeyinin ABŞ-a verilən rəsmi etiraz notasında ifadə olunduğunu xatırladıb. “Biz qarşı tərəfə çatdırmışıq ki, bu qərar ən azı Azərbaycan-Amerika münasibətlərinə müsbət təsir edən addım deyil, hətta Amerikanın özünün maraqlarına ziddir. ABŞ administrasiyasında da bunu başa düşürlər”, - deyə H.Paşayev vurğulayıb.
    12.01.10 Məqaləni oxumaq
     
    Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sərgi təşkil olunacaq
    Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində fotoqraf Oqtay Məmmədova həsr olunan və 20 Yanvar faciəsi ilə əlaqədar sərgi təşkil olunacaq. Azərbaycan İstiqlal Muzeyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgi 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar keçiriləcək və burada fotoqrafın 30-a yaxın əsəri nümayiş olunacaq. Sərgidə həmçinin O.Məmmədovun şəxsi əşyaları da nümayiş olunacaq. Tədbirdə incəsənət işçiləri, Milli Məclisin deputatları, hökumət nümayəndələri və fotoqrafın yaxınları iştirak edəcəklər.
    12.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031