|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
“Beynəlxalq hüquqda fəxri konsul institutu” kitabının təqdimat mərasimi keçirildi
|
Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Beynəlxalq hüquqda fəxri kosul institutu” kitabının təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, təqdimat mərasimində ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və nazir müavini Vaqif Sadıxov iştirak edib. Onlar kitab haqqında məlumat verib və jurnalistlərin suallarını cavablandırıblar.
Kitabda Azərbaycanda fəxri konsul institutunun yaranması və inkişaf mərhələləri, fəxri konsulları adi konsullardan fərqləndirən cəhətlər, onların fəaliyyəti və hüquqi vəziyyəti gözstərilir və bu sahədə beynəlxalq təcrübəyə müraciət olunmaqla, fəxri konsulun fəaliyyətinin normativ hüquqi əsasları təhlil edilir. Dərs vəsaitində fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər də öz əksini tapıb.
Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan XİN-in İnsan hüquqları, demokratikləşmə və humanitar problemlər idarəsinin rəisi Əlimirzamin Əsgərov və XİN-in attaşesi Pərvin Məmmədovadır.
|
12.01.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəliyi açılacaq
|
Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 65 diplomatik nümayəndəliyi fəaliyyət göstərir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov söyləyib. O, yaxın gələcəkdə Azərbaycanın daha 10 ölkədə diplomatik nümayəndəlik açacağını bildirib. Nazir müavini bu ölkələr sırasında Serbiya, Oman, Argentina, Tailand, Xorvatiya, Liviya, Livan, Estoniyanın olduğunu vurğulayıb.
V.Sadıxov qeyd edib ki, Gürcüstanın Batumi şəhərində isə diplomatik nümayəndəliyin açılması planlaşdırılır. V.Sadıxov Fələstinin Azərbaycanda səfirlik açmasının da gündəmdə olduğunu bildirib.
|
11.01.10 Məqaləni oxumaq
|
|
|
Qırğızstanın Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək
|
Yanvarın 18-də Qırğızstanda azərbaycanlıların kompakt yaşadığı Kant şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı böyük mərasim keçiriləcək. Qırqızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu və “Azəri” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə Türkiyə, Qazaxstan, Özbəkstanın Qırğızstandakı səfirləri, Kant rayonu icra başçısı, Qırğızstan parlamentinin deputatları, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qırğızstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan veriblər.
|
11.01.10 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyində müşavirə keçirilib
|
Bu gün Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
Müşavirədə “2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi barədə”, “Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı”, “2009-2013-cü illərdə Azərbaycanın ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının icrası”, “Ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında” məsələlər müzakirə olunub.
Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, “Qaynar xətt” xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, QHT-lərin nazirliklə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb.
|
09.01.10 Məqaləni oxumaq
|
|
|
Millət vəkili S.Rüstəmxanlı Yardımlı rayon sakinləri ilə görüşüb
|
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bir neçə gün əvvəl baş verən qasırğa nəticəsində ziyan çəkən Yardımlı rayon sakinlərilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dünya Azərbaycanlıları Konqresindən (DAK) veriblər.
S.Rüstəmxanlı daha çox dağıntılara məruz qalan kəndlərdə təbii fəlakətin ziyan vurduğu tikililərlə tanış olub. S.Rüstəmxanlı bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yerli şöbəsləri qasırğanın törətdiyi fəsadları aradan qaldırmaq üçün çalışmalarına baxmayaraq, hələ də bəzi kəndlərin enerji təminatı, telefon rabitə sistemi təmin edilməyib və elektrik dirəklərinin bərpası başa çatmayıb. Evləri daha çox dağıntıya məruz qalan sakinlər isə bərpa işlərinin gecikməsindən narahatlıqlarını ifadə ediblər.
Yerli icra strukturlarından isə bildirilib ki, dağıntıların miqyası böyük olduğu üçün fəlakətin qarşısını qısa müddətdə aradan qaldırmaq mümkün deyil və yalnız kommunikasiya xətlərinin bərpasından sonra dağıntıya məruz qalan evlərin sakinlərinə maddi və texniki yardımların göstərilməsinə başlanacaq.
|
09.01.10 Məqaləni oxumaq
|
|
|
Ötən il idman məktəblərinin yetirmələri beynəlxalq yarışlardan 168 medal əldə ediblər
|
Ötən il Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300-dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və digər mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər.
Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal əldə ediblər. Onlardan 57-si qızıl, 51-i gümüş, 60-ı isə bürünc medal olub.
|
09.01.10 Məqaləni oxumaq
|
|
|
ABŞ viza qaydalarında dəyişiklik edə bilər
|
ABŞ prezidenti Barak Obama Dövlət Departamentinə ölkəyə giriş vizası verilməsi qaydalarına yenidən baxılmasını tapşırıb. KƏLAMİNFO-nun Qərb mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısının bu tapşırığı ABŞ-a uçan təyyarədə baş tutmayan terror aktından sonra təhlükəsizlik sisteminin yenidən qurulması üçün görüləcək kompleks tədbirlərin bir hissəsidir. Digər tədbirlər sırasında nəqliyyat və aviasiya sektorunda təhlükəsizliyin gücləndirilməsi, işçilər üçün bu sahəyə dair treninqlərin təşkili daxildir.
|
09.01.10 Məqaləni oxumaq
|
|
|
Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi
|
Bu gün Mətbuat Şurasında (MŞ) jurnalistələr arasında Qarabağ və Xocalı soyqırımı ilə bağlı elan edilən müsabiqə ilə əlaqədar Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov bildirdi ki, Azərbaycan mətbuatı sözügedən məsələlərin işıqlandırılmasına daim böyük önəm verib.
Qarabağ və Xocalı soyqırımı məsələsinin ictimai yükünün böyük olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, bu baxımdan müsabiqəyə təqdim olunan məqalələr peşəkarlıqla yazılmalı və orada əks olunan faktların dəqiqliyi nəzərə alınmalıdır. MŞ-yə təqdim olunan məqalələrin 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyini söyləyən Ə.Amaşov qalib olan məqalələrin bir neçə dildə kitab şəklində çap olunaraq beynəlxalq əlamə çıxarılacağını vurğuladı.
|
09.01.10 Məqaləni oxumaq
|
|
|
Bu gün Gürcüstan və Rusiya arasında uzun fasilədən sonra ilk çarter aviareysi həyata keçirilib
|
Bu gün uzunmüddətli fasilədən sonra Gürcüstan və Rusiya arasında ilk çarter aviasreysi həyata keçirilib. KƏLAMİNFO xəbər verir ki, 80 sərnişinin uçduğu Tiflis-Moskva çarter reysi Gürcüstanın “Airzena-Georgian Airways” şirkəti tərəfindən “Boeing-737” təyyarəsi ilə həyata keçirilib.
“Airzena-Georgian Airways” şirkətinin prezidenti Tamazi Qaiaşvili bildirib ki, çarter reysi Rusiya tərəfi ilə 1,5 il müddətində aparılmış danışıqlardan sonra baş tutub. Növbəti reyslər bu ayın 9-da və 10-da, həmçinin 16-sı və 24-də yerinə yetiriləcək. Həmin reyslər üçün artıq aviabiletlər də satılıb.
|
08.01.10 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|