Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2010
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında AMEA-nın Fizika İnstitutunun əməkdaşı Q.Mehdiyev və 160 saylı orta məktəbin müəllimi R.Qasımova hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi düşüncə tələb edən, fiziki hadisələrin mahiyyətinin açılmasına yönəlmiş tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    14.01.10 Məqaləni oxumaq
     
    Moskva Patriarxlığının rəsmisi Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb
    Bu gün Moskva Patriarxlığının Ermənistanda 3 kilsəsi var. Onlardan biri İrəvanda, digəri Rusiya hərbi bazası yerləşən Gümrüdə, üçüncüsü isə Dağlıq Qarabağda yerləşir. Bu barədə açıqlamanı Moskva Patriarxlığının Xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavini, iyeromonax Filipp (Ryabıx) keçirdiyi mətbuat konfransında söyləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, o bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin Ermənistana mart ayında nəzərdə tutulan səfəri barədə danışarkən deyib. Qeyd edək ki, bu açıqlaması ilə Moskva Patriarxlığının rəsmisi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı Ermənistan ərazisi sayıb.
    14.01.10 Məqaləni oxumaq
     
    Ermənistanın müdafiə naziri Seyran Ohnayan Rusiyaya gedib
    Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyaya işgüzar səfərə yollanıb. KƏLAMİNFO erməni mətbuatına istindən xəbər verir ki, S.Ohanyan Moskvada rusiyalı həmkarı Anatoli Serdyukov və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.
    13.01.10 Məqaləni oxumaq
     
    İsrail Türkiyədən üzr istədi
    İsrail Xarici İşlər Nazirliyi Türkiyənin bu ölkədəki səfiri Oğuz Çelikkoldan üzr istəyib. KƏLAMİNFO Türkiyənin “Hüriyyət” qəzetinə istinadən xəbər verir ki, iki ölkə arasında yaranan qalmaqalın əsas səbəbkarı olan İsrail xarici işlər nazirinin müavini Dani Ayalon məsələ ilə bağlı açıqlama verib. O, xarici səfirləri təhqir etməyin onun ənənəsinə zidd olduğunu bildirib. D.Ayalon qeyd edib ki, gələcəkdə öz mövqeyini daha uyğun diplomatik metodlarla açıqlayacaq. Rəsmi Ankara bunu tam üzr istəmək kimi qəbul etməsə də, cavab notasında “İsrailin xarici işlər naziri Dani Ayalonun üzr istəməsindən məmnunluq duyur”, - deyə bildirib.
    13.01.10 Məqaləni oxumaq
     
    Bu gün S.Lavrovun Ermənistana səfəri başlayır
    Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanın dəvəti ilə Ermənistana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, S.Lavrov səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı E.Nalbandyanla görüşəcək. Görüşlər zamanı tərəflər iki ölkə arasındakı mövcüd vəziyyəti, habelə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələri, regiondakı problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə edəcəklər. Sonda iki ölkənin xarici işlər nazirləri birgə mətbuat konfransı təşkil edəcək.
    13.01.10 Məqaləni oxumaq
     
    “20 Yanvar” faciəsinə həsr olunmuş poçt markası buraxılıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka’ şirkəti dövriyyəyə “20 Yanvar” faciəsinin 20-ci ildönümünə həsr olunmuş poçt markası buraxıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər. İyirmi min tirajla çap olunmuş markanın nominal dəyəri 1 manat təşkil edir. Qeyd edək ki, 20 Yanvar xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
    13.01.10 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətərə rəsmi səfəri başa çatıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Qətər Dövlətinə rəsmi səfəri başa çatıb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Qətər Dövlətinin Baş Naziri və xarici işlər naziri Şeyx Hamad Bin Casim Bin Cəbr Əl-Təni ilə görüşüb. Görüşdə Azərbaycan və Qətərin dövlət başçıları arasındakı dost münasibətlərin iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasına şərait yaratdığı vurğulanıb. Əməkdaşlığın dərinləşdirilməsi üçün iqtisadi sahədə əlaqələrin təşviqinə ehtiyac və geniş imkanların olduğu bildirilib, bu istiqamətdə aidiyyəti üzrə dövlət qurumlarının və iş adamlarının səfərlərinin mübadiləsi, müştərək sərmayə layihələrinin həyata keçirilməsi, habelə birbaşa hava xəttinin açılmasının əhəmiyyəti qeyd olunub.
    13.01.10 Məqaləni oxumaq
     
    Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    “Qətər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin həllinin Ermənistan üçün də müsbət nəticələr verəcəyinə inanır”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Xəlifə Əl-Təni Azərbaycanın xarici işlər nazri Elmar Məmmədyarovla görüşündə səsləndirib.
    13.01.10 Məqaləni oxumaq
     
    ABŞ və Norveç səfirliyininin nümayəndələri Naxçıvana Bənəniyar kəndində baş verən hadisələrlə bağlı getmirlər
    ABŞ səfirliyinin müşaviri Conna Qenson və Norveç səfirliyinin birinci katibi Lars Hansen Naxçıvana bir günlük səfərə gediblər. Bu barədə KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Diplomat C.Qensonun Naxçıvana səfərində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qurmaqdır. Səfər adi tanışlıq məqsədi daşıyır, belə səfərlər tez-tez keçirilir. “Nümayəndələrin Naxçıvana getməsində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslərlə görüşməkdən ibarətdir”,-deyə ABŞ səfirliyindən bildirilib. Qeyd edək ki, səfərin Bənəniyar kəndində olan hadisələrlə heç bir əlaqəsi yoxdur və qonaqların kəndə gedəcəyi faktı təsdiqlənmir.
    13.01.10 Məqaləni oxumaq
     
    Səməd Seyidov: “Mövlud Çavuşoğlu AŞ PA-nın prezidenti seçilsə, bu tarixi hadisə olacaq”
    “Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında təşkilatın yeni prezidenti seçiciləcək. İndiki prezident Luis Mariya de-Puçun səlahiyyət müddəti artıq başa çatır. Bu vəzifəyə yeganə namizəd isə AŞ PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri Mövlüd Çavuşoğludur”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. S.Seyidov qeyd edib ki, əgər M.Çavuşoğlu AŞ PA-nın prezidenti seçilsə, bu tarixi hadisə olacaq. “Çünki ilk dəfədir ki, türk mənşəli şəxs bu qurumun rəhbərliyinə gələcək”.-deyən S.Seyidovun sözlərinə görə, Türkiyə nümayəndəsinin namizədliyinə qarşı çıxan qüvvələr də var.
    13.01.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2010»
    Yanvar(152)
    Fevral(165)
    Mart(142)
    Aprel(155)
    May(211)
    İyun(184)
    İyul(187)
    Avqust(141)
    Sentyabr(213)
    Oktyabr(179)
    Noyabr(153)
    Dekabr(220)
    Arxiv
     
    « Yan.2010»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031