Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    YAP Qadınlar Şurası Şamaxıda bölgə müşavirəsi keçirib
    Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının Şamaxı şəhərində bölgə müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müşavirədə YAP Qadınlar Şurasının Şamaxı, İsmayıllı, Kürdəmir, Ağsu, Ağdaş, Qəbələ, Göyçay, Zərdab və Qobustan rayon təşkilatlarının nümayəndələri iştirak ediblər. YAP Qadınlar Şurasının bölgə müşavirəsində təşkilatın fəaliyyətinin yeni istiqamətlərinin müəyyənləşməsi istiqamətində geniş müzakirələr aparılıb.
    09.12.09 Məqaləni oxumaq
     
    Z.Əsgərov: “R.T.Ərdoğanın ABŞ prezidenti qarşısında qaldırdığı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycanın haqq işinin qələbəsi ilə nəticələnəcək”
    Biz Dağlıq Qarabağla bağlı aparılan bütün danışıqları alqışlayırıq. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və müdafiə komitəsinin sədri, birinci vitse-spiker Ziyafət Əsgərov söyləyib.
    09.12.09 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir”
    Azərbaycan ordusunun döyüş qabiliyyəti istənilən təcavüzkara ən yüksək səviyyədə cavab verməyə qadirdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Təhülükəsizlik və Müdafiə Komitəsinin sədri, vitse-spiker Ziyafət Əsgərov Gənc Tamaşaçılar Teatrında “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin monumental hərbi abidəsidir” mövzusunda keçirilən tədbirdə bildirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% artaraq 1 631 479 nəfərə çatıb
    Cari ilin 11 ay ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində sığortaolunanların sayı 8,6% yəni, 140 029 nəfər artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan veriblər. Cari il dekabrın əvvəlinə fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 631 479 nəfərə çatıb. Onlardan 54,8% (894 988 nəfər) kişi, 45,2% (736 491 nəfər) isə qadındır.
    09.12.09 Məqaləni oxumaq
     
    Mahmud Məmmədquliyev Vyanada BMSİT-in Baş Konfransının 13-cü sessiyasında iştirak edir
    Avstriyanın paytaxtı Vyanada BMT Sənaye İnkişafı Təşkilatının (BMSİT) Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, sessiyada Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Tədbirin əsas mövzusu “yaşıl sənaye“ və onun ölkələrin mövcud iqtisadi vəziyyəti üçün verə biləcəyi şanslara həsr olunub. Sessiyada təşkilata üzv olan 173 ölkənin nümayəndələri iştirak edir.
    09.12.09 Məqaləni oxumaq
     
    Deputat Gültəkin Hacıbəyli Avstriyaya gedib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Avstriyaya səfərə yola düşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Səfər zamanı G.Hacıbəyli Vyana Diplomatiya Akademiyasında Avstriya Beynəlxalq Sülh və Siyasət İnstitutu və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90-cı ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcək. Tədbir çərçivəsində “Avropa və Xəzər regionu arasında əlaqələrin genişləndirilməsində Azərbaycanın rolu” mövzusunda konfransın keçirilməsi də nəzərdə tutulub. G.Hacıbəyli tədbirdə “Azərbaycan və Avroatlantik inteqrasiya siyasəti” mövzusunda məruzə ilə çıxış edəcək. Dekabrın 10-dan 12-dək isə deputat G.Hacıbəyli Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə səfər edəcək.
    09.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanında kimya fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi olub. Təqdim olunmuş test tapşırıqlarının hər biri məzmuna, mürəkkəblik dərəcələri və qabiliyyət göstəricilərinə görə təhlil edilib. Müzakirələr nəticəsində test tapşırıqları ilə bağlı irad və təkliflər bildirilib. Müəyyən düzəlişlər edilməklə, kimyanın ilk anlayışları, kimyəvi rabitə, məhlullar, metallar, azot və onun birləşmələri, oksidləşmə-reduksiya reaksiyaları, kükürd və onun birləşmələri və elektroliz mövzularına dair məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş test tapşırıqları qəbul olunub. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
    09.12.09 Məqaləni oxumaq
     
    Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
    Cari ilin dekabr ayının 11-dən 18-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhərində “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir. Qeyd edək ki, biennale artıq dördüncü dəfə təşkil olunur. Bu il təşkil olunacaq silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edəcək. Bir həftə ərzində Bakı şəhərindəki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunacaq.
    09.12.09 Məqaləni oxumaq
     
    ABŞ prezidenti Barak Obama Nobel Sülh mükafatını almaq üçün Norveçin paytaxtı Osloya səfər edəcək
    Dekabrın 10-da ABŞ prezidenti Barak Obama Nobel Sülh mükafatını almaq üçün Norveçin paytaxtı Osloya səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, Barak Obama Nobel Sülh mükafatını “Müharibə lideri” qismində alacaq və çıxışı zamanı Əfqanıstandakı son vəziyyət haqqında danışacaq.
    09.12.09 Məqaləni oxumaq
     
    İmişli və Biləsuvar rayonlarında “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimlər keçirilib
    “İrəli” İctimai Birliyinin “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi çərçivəsində yeni təlimləri İmişli və Biləsuvar rayonlarında keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi İmişli rayonu 2 saylı orta məktəbin akt zalında qeyd olunub. Mərasimdə İcra Hakimiyyəti başçısının müavini Səlim Məhərrəmov, 2 saylı orta məktəbin direktoru Famil Fərəcov və layihənin rəhbəri Rauf Mərdiyev iştirak ediblər. Qeyd edək ki, “İnformasiya Texnologiyaları Akademiyası” layihəsi Biləsuvar rayonu 4 saylı orta məktəbin akt zalında keçirilib. Mərasimdə Rayonun Gənclər və İdman İdarəsinin rəisi Mütəllim Əhmədov, Mədəniyyət şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov və “İrəli”nin nümayəndəsi İmam Quliyev iştirak ediblər.
    09.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031