Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Ermənistanın turizm imkanları Türkiyədə nümayiş olunacaq
    Sabah Türkiyədə Hannover-Messe İnternational İstanbul, Türkiyə Səyahət Agentləri Birliyi (TÜRSAB) və İZFAŞ-ın birgə təşkilatçılığı ilə üçüncü Travel Turkey Sərgisi keçiriləcək. Sərgiyə 17 ölkədən 430 şirkət qatılacaq. KƏLAMİNFO xəbər verir ki, sərgi Türkiyənin Travel Turkey Sərgisi ilə birgə təşkil ediləcək. Sərgidə Ermənistanın Səyahət Agentlikləri Birliyinin rəhbəri Yeğişe Tanaşyanın başçılıq etdiyi 6 turizm agentliyi də iştirak edəcək.
    10.12.09 Məqaləni oxumaq
     
    Qanunla qadağan olunan dini kitablar və materialların yayılmasının qarşısı alınıb
    Balakən rayonunda qanunla qadağan olunan dini kitablar və materiallar götürülüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. Balakən RPŞ və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rayon şöbəsi əməkdaşları tərəfindən şübhəli bilinən Qullar kənd sakinləri İlfan və Kənan Mahmuyevlərin yaşadıqları evə baxış zamanı qanunla qadağan olunan, müxtəlif dillərdə çap edilən 47 adda dini kitab, 33 ədəd kompyuter diski, 2 ədəd videokaset və 6 ədəd dini məzmunlu şəkil aşkar edilərək götürülüb.
    10.12.09 Məqaləni oxumaq
     
    Xaqani Şirvaninin vəfatının 810 illiyi ilə əlaqədar milli seminar keçiriləcək
    Dekabrın 11-də dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin vəfatının 810 illiyi və “Bakı- İslam mədəniyyətinin paytaxtı” tədbirlər planına əsasən M. F. Axundov adına Milli Kitabxanada şairin yaradıcılığına həsr olunan milli seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbir İSESKO-nun Regional Mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə təşkil ediləcək.
    10.12.09 Məqaləni oxumaq
     
    Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar kütləvi tədbirlər keçiriləcək
    Yeni Azərbaycan Partiyası (YAP) ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar bir sıra kütləvi tədbirlər keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Dekabrın 12-də YAP İdarə Heyəti, Siyasi Şurasının üzvləri və Milli Məclisin deputatları Fəxri Xiyabana gələrək ulu öndərin məzarını ziyarət edəcək, onun əziz xatirəsinə ehtiramlarını ifadə edəcəklər. Həmin gün YAP-ın təşkilatçılığı ilə “Hyatt Regency” otelində xalq yazıçısı Anarın ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının təqdimat mərasimi keçiriləcək.
    10.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Fransada rəsmi səfərdədir
    Prezident İlham Əliyev Fransa Respublikasında rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Daha sonra hərbi orkestrin ifasında Azərbaycan və Fransanın dövlət himnləri səslənib, fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Dövlət başçısı fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Hava Limanından onun üçün ayrılan iqamətgaha yola düşüb.
    10.12.09 Məqaləni oxumaq
     
    В«Bizim məktəbimizin əsas məqsədi şagirdlərimizi hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaqdırВ»
    Budaqova Sevinc Budaq qızı: В«Biz məktəbimizdə təhsil alan şagirdlərlə yanaşı, bu və ya digər səbəbdən cəzaçəkmə müəssisələrində olan uşaqların gələcək taleləri ilə yaxından maraqlanmalıyıqВ»

    Şəxsiyyətin formalaşmasında təhsil ocaqlarının rolu böyükdür. Məhz, orta məktəbdə oxuyarkən, insan gələcək təhsilinin, fəaliyyətinin və ümumiyyətlə bütün həyatının əsas istiqamətlərini müəyyənləşdirir. Buna görə də, dövlət məktəblərə xüsusi diqqət və qayğı ilə yanaşır. Danılmaz faktdır ki, bir neçə il bundan öncəki dövrlə müqayisədə, bu gün orta təhsilin səviyyəsi daha yüksəklərə qalxmışdır. Təhsil sisteminin uşaqlara verdiyi imkanlar sayəsində, şagirdlərimizin hansı nailiyyətlərə nail olduğunu В«AzadİnformВ» İnformasiya Agentliyinin əməkdaşı ilə müsahibəsində 46 saylı orta məktəbin direktoru, Valideynlər-Müəllimlər Assosiasiyasının üzvü, Ədliyyə Nazirliyinin Himayəçilik Şurasının üzvü, tarix elmləri namizədi Budaqova Sevinc Budaq qızı məlumat vermişdir.


    - Bildiyimizə görə, direktoru olduğunuz məktəb 2008-ci ilin ən yaxşı məktəbi seçilmiş, eyni zamanda Siz özünüz 2004-cü ildə В«İlin ən yaxşı direktoruВ» müsabiqəsinin qalibi olmusuz. Sizin məktəbiniz bu qədər nailiyyətləri necə əldə edib?

    - 2003-cü ilin aprel ayında mən 46 saylı məktəbin direktoru vəzifəsinə təyin olundum. Həmin gündən etibarən, mənim fəaliyyətimin əsas istiqamətləri müəyyən olundu. İlk növbədə, sözügedən təhsil müəssisənin maddi-texniki bazasını mükəmməlləşdirməyi qarşımıza məqsəd qoymuşduq.
    09.12.09 Məqaləni oxumaq
     
    Ermənistan siyasətinin ağıl testinə ehtiyacı var
    Ermənistan siyasətinin gedişatını izlədikcə bu dövlətin hakim dairələrinin artıq ağıl testinə ehtiyacı olduğunu aydın müşahidə etmək olar. KƏLAMİNFO xəbər verir ki, bu barədə Mübariz Əhmədoğlu jurnalistlərə açıqlamasında bildirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağ münaqişəsinin həlli artıq real mərhələdədir
    Dağlıq Qarabağ münaqişəsinin həlli artıq virtual mərhələdən real mərhələyə keçid ərəfəsindədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi Dəyirmi masada bildirib. M.Əhmədoğlu son dövrlər bu istiqamətdə iri dövlətlər, o cümlədən Fransa, ABŞ və Rusiyanın aktiv siyasət sürdüyünü diqqətə çatdıraraq, əsas maraqlı cəhətin bu dövlətlərin aktiv siyasətinin arxasında nəyin durmasının olduğunu vurğulayıb. O, bununla əlaqədar son zamanlar Türkiyənin baş naziri R.T.Ərdoğanın Rusiya dövlət və hökümət başçıları ilə görüşünü və ölkə başçısı İlham Əliyevin Fransa səfərini də həlledici işgüzar səfər kimi dəyərləndirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanan protokollara baxacaq
    Gələn il yanvarın 12-də Ermənistanın Konstitusiya Məhkəməsi erməni-türk protokolunu müzakirə edəcək. KƏLAMİNFO xəbər verir ki, Surixdə imzalanan protokol noyabrın19-da Konstitusiya Məhkəməsinə təqdim edilib. Ermənistan Konstitusiyasına uyğun olaraq parlament tərəfindən beynəlxalq sənədlərin ratifikasiyasına qədər, Konstitusiya Məhkəməsi ölkələrin əsas qanunlarına uyğun olaraq öhdəlikləri müəyyən edəcək.
    09.12.09 Məqaləni oxumaq
     
    “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edilib
    Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Bakı şəhərinin 2009-cu ildə Islam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Milli Kitabxanada “Azərbaycan teatrında İslam” mövzusunda Dəyirmi masa təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Dəyirmi masada çıxış edən Mərkəzin direktoru Vilayət İsmayılov qeyd edib ki, İslam qardaşlıq və tolerantlıq dinidir. İslam dünyası böyük mədəni irsə malikdir. Vaxtilə məhz sosial-dini qadağalar, mənəvi-əxlaqi yasaqlar, şəriətə bağlı təpkilər Azərbaycan teatr mədəniyyətinin də genotipini müəyyənləşdirib.
    09.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031