Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    AMEA-nın Xarici əlaqələr şöbəsinin rəisi Ədalət Həsənov Ukraynaya gedib
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Xarici əlaqələr şöbəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru Ədalət Həsənov Ukraynaya səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Səfərdə məqsəd bu ölkənin Elm Texnoloji Mərkəzinin Kiyev şəhərində keçiriləcək illik iclasında iştirak etməkdir.
    02.12.09 Məqaləni oxumaq
     
    Noyabrda 2, 618, 691 kvadratmetr ərazi mina və PHS-dən təmizlənib
    Cari ilin noyabr ayında Azərbaycanın 2, 618, 691 kvadratmetr ərazisi mina və partlamayan hərbi sursatlardan (PHS) təmizlənib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) veriblər. Məlumata görə, əməliyyatlar zamanı 26, 395 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Noyabr ayında mina/PHS hadisəsi baş verməyib. Qeyd edək ki, ümumilikdə ANAMA tərəfindən indiyədək 118, 320, 758 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 530, 787 olub. Hazırda təşkilat tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunun ərazisində aparılır.
    02.12.09 Məqaləni oxumaq
     
    İsveçrə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir
    İsveçrə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir. KƏLAMİNFO xəbər verir ki, Bu sözləri İsveçrənin xarici işlər naziri Mişlin Kalmi-Rey Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında deyib. M.Kalmi-Rey İsveçrənin regiondakı “dondurulmuş münaqişələr”in həlli prosesini təqdir etdiyini vurğulayıb.
    02.12.09 Məqaləni oxumaq
     
    Gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər
    Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Təmsilçilərimiz Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova və truba ixtisası üzrə şagirdləri Prezident təqaüdçüsü Tural Quliyev və İsrafil Rəsulov olublar. Müsabiqədə İsrafil Rəsulov festivalın QRAN - PRİ mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüb.
    01.12.09 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək
    Sabah Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-dən veriblər. Tədbirdə BMT, Avropa Şurası, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirli, Respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masaya həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunub. Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir.
    01.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkilərində Ümid Partiyası ölkə üzrə 400 nəfər namizədlə iştirak edəcək
    Qarşıdan gələn bələdiyyə seçkilərinə Ümid Partiyasının təqdim etdiyi 1300 nəfər namizəddən yekun olaraq 400 nəfər rəsmi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində partiyanın sədr müavini Ənvər Ağazadə verib. Onun sözlərinə görə, qeydə alınan namizədlərin hamısı sırf partiya xətti ilə irəli sürülən partiya üzvləridir. Ə.Ağazadə qeyd edib ki, partiya tərəfindən namizədlər respublika ərazisində 100 seçki dairəsində 350 bələdiyyə üzrə namizəd kimi iştirak edəcəklər. Partiyanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq noyabrın 26-dan təbliğat-təşviqat kampaniyasına başladığını deyən Ə.Ağazadə müvafiq olaraq bu prosesin partiyanın yerli təşkilatları tərəfindən həyata keçirilidiyini vurğulayıb. O, bildirib ki, bununla bağlı partiya sədri, millət vəkili İqbal Ağazadənin rəhbərliyi ilə partiya tərəfindən dəstək alan müvafiq bələdiyyə üzrə hər bir namizəd təbliğat-təşviaq kampaniyasını öz regionu üzrə sərbəst həyata keçirir.
    01.12.09 Məqaləni oxumaq
     
    Qurban Bayramı ilə əlaqədar ətin qiymətində artım qeydə alınmayıb
    İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla gündəlik monitorinqlər keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İqtisadi İnkişaf Nazirliyindən veriblər. Paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər zamanı satışda olan ətin qiymətində artım qeydə alınmayıb.
    01.12.09 Məqaləni oxumaq
     
    KİV DDF fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini uzadıb
    Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini dekabrın 12-si saat 16:00-dək uzadıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan veriblər. Qeyd edək ki, əvvəl yazıların təqdim olunması vaxtı dekabrın 5-dək idi.
    01.12.09 Məqaləni oxumaq
     
    Bu gün Ümumdünya AİDS-lə Mübarizə Günüdür
    Bu gün “Hyatt Regency” mehmanxanasında Ümumdünya AİDS Gününə həsr olunan Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfrans Respublika Səhiyyə Nazirliyi, UNAİDS, UNHCR və digər təşkilatların birgə dəstəyi ilə baş tutub. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Azərbaycanda BMT HİV üzrə birgə qrupun sədri Cəmilə Cərrahova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Nazarova, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi Rəfail Mehdiyev və digər rəsmilər çıxış ediblər. Konfransda Azərbaycanda HİV/AİDS-lə bağlı epidomoloji vəziyyət, Pentensiar xidməti və bir sıra xidməti müəssisələrdə HİV infeksiyası/AİDS-in diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunub.
    01.12.09 Məqaləni oxumaq
     
    Fransanın xarici işlər naziri Bernar Kuşner Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb
    Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Bernar Kuşner Yunanıstanın paytaxtı Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında səsləndirib B.Kuşner ATƏT-in Minsk Qrupu, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib. “Ümid edirik ki, bu tərəqqiyə Afinada da nail olunacaq, münaqişə tezliklə həllini tapacaqdır”,-deyən B.Kuşner Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu yazılı şəkildə əks etdirməyə çağırıb.
    01.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031