Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Bu gün Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək
    Bu gün Brüsseldə Avropa İttifaqının sammiti öz işinə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, sammitin əsas mövzusu Avropa İttifaqının gələcək xarici siyasət xidmətinin səlahiyyətlərini müəyyənləşdirmək, Avropa iqtisadiyyatının bərpası və iqlim dəyişməsinə qarşı mübarizə məsələləridir.
    10.12.09 Məqaləni oxumaq
     
    M.Mərdanov “Beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu məsələsi hələ müəyyənləşdirilməyib”
    Yeni qəbul olunan “Təhsil haqqında” qanunda beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu ilə bağlı məsələ yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. “Qanunda yazılıb ki, beynəxalq olimpiadaların qalibləri ali məktəblərə müsabiqədən kənar qəbul oluna bilərlər. Hansı olimpiadanın bu sıraya daxil olmasını isə hökumət müəyyənləşdirir. Düşünürəm ki, o, hələ müəyyənləşməyib və bu olimpiadanın o işə aidiyyatı yoxdur”,-deyən nazir şagirdlərin gələcək perspektivlərini belə şərh edib.
    10.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminarlar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ali məktəblərin magistratura pilləsi üçün xarici dillər (ingilis, alman, fransız və rus dilləri) və bakalavr pilləsi üçün rus dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Magistratura pilləsi üçün keçirilən seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edib. 2010-cu ilin qəbul imtahanlarında bakalavrlara təklif olunacaq test tapşırıqlarının əsasən hansı bölmələrini əhatə etməsi barədə fikir mübadiləsi aparılıb. Əsasən məntiqi düşünmə qabiliyyəti, öyrənilən dildə fikrini ifadə etmə və oxunulan materialı anlama səviyyəsi, dil və nitq sahəsində qazanılmalı olan bilik və bacarıqlar, bir sözlə, xarici dildən ünsiyyət məqsədilə istifadə etmək bacarığının yoxlanılmasına xidmət edən test tapşırıqlarına üstünlük vermək qərara alınıb. Növbəti seminarda yeni tipli test tapşırığı nümunələrinin təhlili davam etdiriləcək.
    10.12.09 Məqaləni oxumaq
     
    YAP Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçirib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçikləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçiriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən verblər. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatı Əhməd Vəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçicilər qarşısında çıxış edərək yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən bələdiyyələrlə sıx təmasda olmalı, yerli problemlərin həll olunmasında birgə çalışmalıdırlar. Səlahiyyətli nümayəndələr YAP-ın fəaliyyətinin əsas qayəsinin xalqa xidmət təşkil etdiyini deyərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
    10.12.09 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Məktəblərdən şəhid adlarının götürülməsi məlumatı həqiqətə uyğun deyil”
    Orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi məlumatı həqiqətə uyğun deyil. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib. Şəhid adlarının və onların lövhələrinin məktəblərdən götürülməsinin mümkün olmadığını vurğulayan nazir məsələnin araşdırılacağını söyləyib. Xatırladaq ki, sözügedən məsələ ilə bağlı Milli Qurtuluş Partiyası (MQP) dekabrın 8-də bəyanat yayıb. Məlumatda vurğulanıb ki, orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi prosesi başlayıb.
    10.12.09 Məqaləni oxumaq
     
    Eldar Sabiroğlu: “Prezident İlham Əliyevin müharibə ilə bağlı verdiyi son bəyanat Ermənistanı təşvişə salıb”
    Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, E.Sabiroğlu bu il Azərbaycan Ordusunun bir çox uğurlar qazandığını, Silahlı Qüvvələrin peşəkarlığının artırılması məqsədilə bütün ordu birləşmələri səviyyəsində təlimlər keçirildiyini bildirib. O, Müdafiə Nazirliyində keçirilən sonuncu kollegiyada ordunun fəaliyyətinə dair yeni qərarların qəbul olunduğunu vurğulayıb.
    10.12.09 Məqaləni oxumaq
     
    Təhsil naziri Misir Mərdanov PA-nın rəhbəri Ramiz Mehdiyevin məqaləsini təqdir edir
    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində qeyd edilən fikirləri təqdir edir və onu tamamilə doğru hesab edirik. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib. Məqalədən əvvəl məsələ ilə bağlı görüş keçirildiyini xatırladan M.Mərdanov həmin görüşdə iştirak etdiyini söyləyib. “Biz orada deyilənlərin hamısını doğru hesab edirik. Çalışacağıq ki, bundan sonra işimizdə belə problemlər olmasın”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib. Xatırladaq ki, dekabrın 8-i “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxışвЂќ mövzusunda məqaləsi çap edilib.
    10.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-ya müraciət edən 737 nəfər qeydə alınıb
    Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 737 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib. A.Sarıyev bildirib ki, MSK-da qeydə alınanların 569 nəfəri öz təşəbbüsü ilə müraciət edənlər, qalanları isə siyasi partiya və QHT nümayəndələridir. A.Sarıyev həmçinin dairə hüdudlarında seçkiləri müşahidə etmək üçün 29 min 851 nəfərin DSK-lara müraciət edərək qeydə alındıqlarını söyləyib. Qeyd edək ki, qeydiyyat prosesi seçkilərə 10 gün qalmışa qədər MSK-da, 5 gün qalmışa qədər isə DSK-larda davam edəcək.
    10.12.09 Məqaləni oxumaq
     
    Vyanada “Avropa və Xəzər dənizi regionu arasında inkişaf edən əlaqələrdə Azərbaycanın rolu” mövzusunda panel müzakirələr təşkil edilib
    Azərbaycanın Avstriyadakı səfirliyi Avstriya Beynəlxalq Siyasət İnstitutu və Sülh naminə Beynəlxalq İnstitut ilə birgə əməkdaşlıq çərçivəsində Vyana Diplomatiya Akademiyasında “Avropa və Xəzər dənizi regionu arasında inkişaf edən əlaqələrdə Azərbaycanın rolu” mövzusunda panel müzakirələr təşkil edib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Diplomatik Xidmətinin yaradılmasının 90 illik yubileyi münasibəti ilə keçirilən müzakirələri giriş sözü ilə Vyana Diplomatiya Akademiyasının direktoru Hans Vinkler və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıb.
    10.12.09 Məqaləni oxumaq
     
    TQDK-da fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda əsas məsələ, 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizika fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi olub. Müzakirəyə təqdim olunmuş test tapşırıqlarının hər biri elmi-metodiki baxımdan mürəkkəblik dərəcəsinə və nominasiyalara görə ciddi təhlil edilərək, məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasını tələb edən keyfiyyət və hesablama xarakterli yalnız 4 test tapşırığı qəbul edilib.
    10.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031