Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    AZADİNFORM-un layihəsi başa çatdı
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini uğurla başa çatdırdı.
    24.12.09 Məqaləni oxumaq
     
    Bir qrup dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamələri verildi
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yenidən dövlət qeydiyyatından keçən dini icmalara şəhadətnamələrin verilməsi ilə bağlı tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən qurumun sədri Hidayət Orucov bu gün 29 dini icmaya dövlət qeydiyyatı haqqında şəhadətnamənin veriləcəyini söylədi. Bu gün qədər 120-ə yaxın dini icmaya şəhadətnamənin verildiyini diqqətə çatdıran H.Orucov bunun üçün DQİDK-də üç dəfə toplantı keçirildyini qeyd etdi. Onun sözlərinə görə, dini icmaların yenidən dövlət qeydiyyatından keçmələrində məqsəd onların əhatə dairəsini genişləndirməkdən ibarətdir. H.Orucov ölkədəki dini tolerantlıqdan da geniş bəhs etdi. Qeyd edək ki, sonda o, Lənkəran, Masallı, Ağdam, Oğuz, Neftçala, Abğcəbədi, Gəncə, Quba, Göyçay, Bərdə Yasamal, Zaqatala, Şamaxı, Səbail, Ağdaş və Biləsuvarda fəaliyyət göstərəcək dini icmalara şəhadətnamələri təqdim etdi və onlara müvafiq tövsiyyələr verdi.
    24.12.09 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “İlahiyyat məscidinin qeydiyyatı ilə bağlı DQİDK müraciət olunmayıb”
    Bakı Dövlət Universitetinin ərazisindəki İlahiyyat məscidinin qeydiyyatı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) müraciət olunmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı DQİDK-nin sədri Hidayət Orucov söyləyib. Qeydiyyat prosesi ilə bağlı sənədlərin təqdim olunması vaxtının dekabrın sonunda başa çatacağını diqqətə çatdıran H.Orucov qeyd edib ki, bunu nəzərə alaraq həmin məscidin sahibləri özləri düşünməlidir.
    24.12.09 Məqaləni oxumaq
     
    Rusiya Elmlər Akademiyası İqtisadi Strateji İnstitutunun Baş direktoru Strateji Araşdırmalar Mərkəzində olub
    Bu gün Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strateji İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev Azərbaycan Respublikasının Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. KƏLAMİNFO xəbər verir ki, A.Ageyev tədbirdə “Qlobal enerji təhlükəsizliyi və nativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edib. Bazarın müxtəlif seqmentlərinin qəbul edilən siyasi qərarlardan asılı olduğunu deyən A.Ageyev mövcud iqtisadi böhranın daha çox orta təbəqəyə zərbə vurduğunu bildirib. Rusiya Elmlər Akademiyasının rəsmisi korporativ, regional və dövlət səviyyəsində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları sahələri üzrə tədbir iştirakçılarına məlumat verib. Mərkəzin konfrans zalında təşkil edilən tədbirdə SAM-ın əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak ediblər.
    24.12.09 Məqaləni oxumaq
     
    “Keçid dövrü başa çatdı: gələcəyə baxışвЂќ adlı konfrans keçirilib
    Bu gün Yeni Azərbaycan Partiyası (YAP) “Keçid dövrü başa çatdı: gələcəyə baxışвЂќ adlı konfrans keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və hökumət nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini Əli Əhmədov Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə prezident İlham Əliyevin Azərbaycanda keçid dövrünün başa çatdığını elan etdiyini bildirib. “Qlobal iqtisadi böhran Azərbaycanın iqtisadiyyatının nə qədər dayanıqlı olduğunu göstərdi. Keçid dövrünün başa çatması həm iqtisadiyyat, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin öz hədəfləri və vəzifələri var”,-deyə Ə.Əhmədov vurğulayıb. YAP funksioneri qeyd edib ki, keçid dövrünün başa çatması Azərbaycanda islahatların əhəmiyyətli keyfiyyət mərhələsinə gəlib çatmasından xəbər verir. “İqtisadiyyatda bazar münasibətləri tam formalaşıb. Digər tərəfdən, keçid dövrünün başa çatması sosial və iqtisadi inkişaf göstəriciləri sırasında əhəmiyyətli yer tutan orta təbəqənin formalaşmasını da özündə ehtiva edir. Azərbaycanda keçid dövrünün başa çatması ölkəmizdə çox əhəmiyyətli bir nailiyyət olan orta təbəqənin formalaşdığını və bu prosesin keyfiyyət mərhələsinə çatdığını sübuta yetirir”,-deyə Ə. Əhmədov əlavə edib. Konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev çıxış edərək keçid dövrünün özəlliklərindən, son illər iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs ediblər.
    24.12.09 Məqaləni oxumaq
     
    MTN dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsini elan edir
    Mədəniyyət və Turizm Nazirliyinin Kino üzrə Ekspert Şurası 2011-ci ildə dövlət vəsaiti hesabına istehsala buraxılacaq tammetrajlı bədii filmlərin ssenarilər müsabiqəsini elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindənveriblər. Müsabiqədə ayrı-ayrı müəlliflər və Nazirliyin tabeçiliyində olan dövlət studiyaları tərəfindən təqdim olunan işlər iştirak edə bilər. Müsabiqə iki mərhələdə keçiriləcəkdir: - 2010-cu il yanvarın 5-dən fevralın 28-dək kinossenarilərin sinopsisi (10 səhifəyədək) üç nüsxədə Ekspert Şurasına təqdim edilməlidir. Qaliblərinin adları 2010-cu il martın 12-dək açıqlanacaq və onlara ədəbi ssenarilər üzərində işlənməsi təklif olunacaq. Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlər şərh olunmur və geri qaytarılmır.
    24.12.09 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə rəsmi səfərinin proqramı açıqlanıb
    Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ankaraya rəsmi səfəri ilə bağlı açıqlama yayıb. KƏLAMİNFO xəbər verir ki, açıqlamada E.Məmmədyarovun dekabrın 25-26-da Türkiyədə rəsmi səfərdə olacağı bildirilir. Məlumatda E.Məmmədyarovun səfər zamanı həmkarı Əhməd Davudoğlu ilə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirəcəyi vurğulanıb. E.Məmmədyarovun Türkiyə prezidenti Abdulla Gül, Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin və baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi qeyd olunub. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, Dağlıq Qarabağ münaqişəsi, hər iki ölkəni maraqlandıran regional problemlər haqında fikir mübadiləsi aparılacaq.
    23.12.09 Məqaləni oxumaq
     
    A.Məhərrəmov: “Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmaq lazımdır”
    Elmin inkişafı üzrə strategiyanı müəyyənləşdirmək üçün çoxfunksiyalı fəaliyyət lazımdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib. Elmin inkişafı üçün ilk növbədə maliyyə imkanlarını artırmağın lazım olduğunu söyləyən A.Məhərrəmov dövlət tərəfindən bu sahəyə vəsaitin ayrıldığını qeyd edib. O, qeyd edib ki, cari ildə ölkə başçısının göstərişinə uyğun olaraq bu islahatları həyata keçirmək üçün 17 mln. manat vəsait ayrılıb. A.Məhərrəmov bunun 10 milyonunun cihazların alınması, 7 milyonunun isə elmin inkişafı istiqamətində Dövlət Proqramlarının həyata keçirilməsinə ayrıldığını söyləyib. O, bu məbləğin bir qisminin xərclənsə də, digər bir qisminin hələ də istifadə olunmadığını vurğulayıb. “Amma mən hesab edirəm ki, 2010-cu ildə ayrılan bu vəsaitlərin hamısı xərclənməlidir. Əgər xərclənməsə, biz inkişaf edə bilmərik. İslahatları həyata keçirmək üçün bu maliyyə vəsaitindən səmərəli istifadə etmək lazımdır”,-deyə A.Məhərrəmov söyləyib.
    23.12.09 Məqaləni oxumaq
     
    Barak Obama Pentaqona 626 mlrd. dollar ayırdı
    ABŞ prezidenti Barak Obama 2010-cu il üçün ölkəsinin hərbi büdcəsini təsdiqləyib. KƏLAMİNFO xəbər verir ki, B.Obama dövlət büdcəsindən İraq və Əfqanistanda hərbi əməliyyatların davam etdirilməsi də daxil olmaqla Pentaqona 626 mlrd. dollar vəsait ayrılmasını təsdiqləyib. Qeyd edək ki, prezident seçkisi öncəsi, təbliğat-təşviqat kampaniyası dövründə Barak Obama prezident seçiləcəyi təqdirdə hərbi büdcənin həcmini azaldacağını bildirmişdi.
    23.12.09 Məqaləni oxumaq
     
    Ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb
    Ödənişli əsaslarla oxuyan ali məktəb tələbələrinin təhsil haqlarında ciddi artım olmayıb və yaxın gələcəkdə də gözlənilmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, təkcə BDU-da özəl ali məktəblərlə müqayisədə ödəniş haqqı olduqca aşağıdır. A.Məhərrəmov BDU-da ödənilən təhsil haqqının əsas hissəsinin də tədris prosesinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiyini söyləyib. Təhsil haqqında artımın çox cüzi olduğunu diqqətə çatdıran A.Məhərrəmov bunun da əsasən ali məktəbə avadanlıqların gətirilməsinə və digər tədris xərclərinə sərf olunduğunu bildirib. “Universitetdə nə qədər maddi-texniki baza güclü olsa, təhsilin keyfiyyəti də bir o qədər yüksək olar”,-deyə A.Məhərrəmov vurğulayıb.
    23.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031