Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    RİTN Cəlilabad, Lerik və Lənkəranda televiziyaların yayım keyfiyyətini gücləndirib
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.3.6-cı (Lənkəran qtisadi rayonu) bəndinə uyğun olaraq Cəlilabad, Lerik və Lənkəran rayonlarında bir sıra işlər görülüb.  Bu barədə məlumatı AZADİNFORM-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. 
    Məlumatda Cəlilabad rayon mərkəzi ATS-nin rekonstruksiyasının başa çatdırıldığı, mövcud ATS-lərin elektron tipli ATS-lərlə əvəz olunduğu bildirilib. Rekonstruksiya layihəsi çərçivəsində Cəlilabad rayon mərkəzi ATS-nin tutumu 1692 nömrə artırılıb.
    04.12.09 Məqaləni oxumaq
     
    AZADİNFORM İA “Lerik” qəzetində treninq keçirib
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lerik rayonunda nəşr olunan “Lerik” qəzetinin redaksiyasında monitorinq aparıb və qəzet əməkdaşları üçün treninq keçirib. 
    04.12.09 Məqaləni oxumaq
     
    AZADİNFORM İA “Lənkəran” qəzetində Dəyirmi masa keçirib
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Lənkəran rayonunda nəşr olunan “Lənkəran” qəzetində Dəyirmi masa keçirib. Dəyirmi masada qəzetin kollektivi, ictimaiyyətin nümayəndələri iştirak edib.
    04.12.09 Məqaləni oxumaq
     
    AZADİNFORM-un “Astara” qəzetində görüşü baş tutmadı
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində Astara rayonunda nəşr olunan “Astara” qəzetində monitorinq aparmaq və qəzet əməkdaşları üçün treninq keçirmək istəyi baş tutmadı.
    04.12.09 Məqaləni oxumaq
     
    Meliorasiya və Su Təsərrüfatı ASC Astara çayında sahilbərkitmə işlərini davam etdirir
    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası pegionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planınına uyğun olaraq Astara çayında sahilbərkitmə işlərini davam etdirir. Bu barədə məlumatı AZADİNFORM-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən veriblər.  Səhmdar Cəmiyyət tərəfindən 2006-ci ilin İnvestisiya Proqramına daxil edilmiş “Astara çayı boyunca 4 km uzunluğunda sahilbərkitmə işlərinin  aparılması” obyekti üzrə Astaraçayda sahilbərkitmə işlərinin aparılmısı üçün layihə-smeta Azərbaycan və İran sərhədi boyunca uzanan Astaraçayda ümumi uzunluğu 3816 pm olan sahilmühafizə qurğularının və çayda 6750 kbm həcmində məcranın təmizlənməsi işləri nəzərdə tutulub.
    04.12.09 Məqaləni oxumaq
     
    Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsi ilə bağlı Dəyirmi masa keçirildi
    Bu gün Mətbuat Şurasında “Qarabağ mövzusu və Xocalı Soyqırımı”nın mediada təbliğinə dəstək layihəsinə başlanılması ilə bağlı Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mediasının “Qarabağ həqiqətləri və Xocalı Soyqırımı”nın təbliğinə həmişə diqqət ayırdığını bildirdi. O, bu diqqəti bir qədər artırmağa, kütləvi informastiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac olduğunu söylədi. Ə.Amaşov elan edilən mövzuların təbliğində iştirak edən ən yaxşı bir xarici KİV-ə xüsusi diplom təqdim olunacağını vurğuladı. Ə.Amaşov qalib yazıların ingilis dilində tərcümə edilərək müxtəlif KİV-lərdə dərci, informasiya portallarında və VEB səhifələrdə yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirdi. Tədbirdə cıxış edən “Xocalı Soyqrımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Babayev Qarabağ və Xocalı həqiqətlərini bir daha bütün dünyaya çatdırmağın vacib və əhəmiyyətli olduğunu vurğuladı. O, bu işin bir hissəsinin də KİV-in üzərinə düşdüyünü bildirdi.
    04.12.09 Məqaləni oxumaq
     
    Bakıda I Milli İnternet Forumu keçirilir
    Bu gün Bakıda I Milli İnternet Forumu öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, forumda açılış nitqi ilə “YUMROO” Şirkətinin baş direktoru Anar Yolçiyev çıxış edib. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxışında bildirib ki, bu forum Azərbaycanın İKT sektorunun inkişafı istiqamətində görülən işlər arasında növbəti addımdır. E.Vəlizadə forumun əsas məqsədinin bu sahədə gedən proseslərin qiymətləndirilməsi və ölkənin İKT sahəsində gələcəkdə görüləcək işləri müəyyən etməkdən ibarət olduğunu vurğulayıb. Nazir müavini 1994-cü ildə ABŞ-da ilk internet saytının fəaliyyətə başladığını, Azərbaycanda isə ilk internet saytının 1995-ci ildə yaradıldığını və bunun Azərbaycan Milli Elmlər Akademiyasına mənsub olduğunu qeyd edib.
    04.12.09 Məqaləni oxumaq
     
    Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirildi
    Bu gün Bakıda, “Buta Palace” Mərkəzində 49 ölkənin iştirakı ilə 15 yaşlı Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasının açılış mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu, İJSO (Beynəlxal Elm Olimpiadası) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən beynəlxalq tədbirin iştirakçı ölkələrinin nümayəndələri təqdim olunduqdan sonra rəsmi açılış başladı. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov YUNESKO-nun xoş məramlı səfiri, HƏF-nun prezidenti, millət vəkili Mehriban Əliyevanın təbrik məktubunu iştirakçıların nəzərinə çatdırdı. Azərbaycan Diplomatik Akademiyasının rektoru, Olimpiadanın Elm Komitəsinin sədri Hafis Paşayev müxtəlif ölkələrdən olan uşaqların Azərbaycanda belə bir yarışa qatılmalarını, onların şəxsi həyat perspektivləri üçün müstəsna əhəmiyyət hesab etdi. Elm Olimpiadasının ölkəmizdə keçirilən VI mərhələsinin dövlət başçısı tərəfindən də yüksək dəstəkləndiyini diqqətə çatdıran H.Paşayev yarışmanın ölkəmizin elmi və ictimai sahəsi üçün ciddi əhəmiyyət daşıdığını vurğuladı.
    04.12.09 Məqaləni oxumaq
     
    Azərbaycanda internetin inkişafında özəl şirkətlərin fəaliyyəti çox genişdir
    Azərbaycanda internetin dəyərinin 2008-ci ildən başlayaraq dəfələrlə aşağı salınmasına başlanılıb. Bu isə sonsuzluğa qədər aşağı salına bilməz. Bunun müəyyən dəyəri var və bu həmin dəyərdə qalmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib. E.Vəlizadə internet tariflərini müəyyən dərəcədə bazarın özünün tənzimlədiyini bildirib. “Lakin ümumilikdə sözügedən sahədə azalma tendensiyası mövcuddur və bu gələcəkdə də davam etdiriləcək.
    03.12.09 Məqaləni oxumaq
     
    Nazir müavini Elmir Vəlizadə: “Dünyada orta hesabla 30% insan internetdən istifadə etmək istəmir”
    Hazırda dünyada internet istifadəçilərinin sayı 1,4 mlrd. nəfər təşkil edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır və internet istifadəçilərinin sayının artırılması, geniş zolaqlı internetin inkişafı üçün addımlar atır. KƏLAMİNFO xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə I Milli İnternet-forumunda bildirib. E.Vəlizadənin sözlərinə görə, bu gün internet istifadəçiləri arasında 18-24 yaş arasında olan gənclər üstünlük təşkil edir. O, həmçinin 18-45 yaş arası insanların da ən fəal internet istifadəçiləri hesab olunduqlarını söyləyib.
    03.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Dek.2009
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031