Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Azərbaycanda 1 milyon 831 min 100 ailə var
    Hazırda respublikamızda 1 milyon 831 min 100 ailə var. Bu ailələrin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova verib. “Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşırlar. Komitə tərəfindən ailədaxili münasibətlərdə milli mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində tədbirlər keçirilir”,-deyə AQUDK-nın sədri bildirib.
    08.12.09 Məqaləni oxumaq
     
    AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Özbəkistana gedib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov Özbəkistana səfərə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-a AMEA-dan veriblər. Səfərdə məqsəd Bitki Genetik Ehtiyat üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin Koordinasiya Komitəsinin 8-ci müşavirəsində iştirak etməkdir.
    08.12.09 Məqaləni oxumaq
     
    Ukrayna Azərbaycandan protest notası aldı
    Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə “İnter” kanalında Dağlıq Qarabağ haqqında göstərdiyi filmə görə nota verib. KƏLAMİNFO xəbər verir ki, Ukrayna telekanalı olan “İnter” Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirləri olan film nümayiş etdirib. Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə “İnter” müstəqil kanaldır və o Ukraynanın rəsmi mövqeyini əks etdirmir. Azərbaycan səfirliyi Dağlıq Qarabağ haqqında gedən filmlə bağlı araşdırmalar aparır. Məsələ ilə bağlı Ukraynanın Xarici İşlər Nazirliyinə və “İnter” telekanalına müraciət ünvanlanacaq. Xatırladaq ki, “İnter” kanalından əvvəl Euronews Dağlıq Qarabağ haqqında antiazərbaycan fikirli film nümayiş etdirmişdi.
    07.12.09 Məqaləni oxumaq
     
    Gənc alimlərin elmi əsərlərinin sərgisi və internet portallarının təqdimatı keçirildi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində gənc alimlərin elmi əsərlərinin sərgisi və internet portallarının təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, iştirakçılara mərasim haqqında məlumat verən AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin sədri İlqar Orucov bu tədbirin eyni zamanda “Gənc alimlərin elm həftəliyi” çərçivəsində həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, bu həftə həmçinin gənc elmi tədqiqatçıların həftəsi kimi qeyd olunur. İ.Orucov sərgidə AMEA-nın müxtəlif insitutlarından olan gənc tədqiqatçıların elmi əsərləri və beynəlxalq sertifkatların nümayiş olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu kimi sərgilər bundan belə mütəmadi olaraq keçiriləcək. İ.Orucov həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən AMEA-nın dəstəyi ilə gənc alimlər üçün www.youngscientists.az adlı yeni internet səhifəsinin də istifadəyə verildiyini elan etdi. “Artıq bu sayt vasitəsilə gənc tədqiqatçılar istənilən istiqamətdə öz əlaqələrini daha intensiv qura biləcəklər”,-deyə, İ.Orucov vurğuladı.
    07.12.09 Məqaləni oxumaq
     
    “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb
    Bu gün Bakıda “Müəlliflik hüququ və rəqəmli mühit: piratçılığa qarşı mübarizə və əlaqəli problemlər” mövzusunda ikigünlük beynəlxalq seminar işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) təşəbbüsü ilə keçirilib.
    07.12.09 Məqaləni oxumaq
     
    “Gənc alimlərin əsərləri” adlı üç dildə dərc olunan jurnalın təqdimatı keçirildi
    Bu gün Azərbaycanın gənc elmi tədqiqatçıları üçün AR Milli Elmlər Akademiyasının nəzdində “Gənc alimlərin əsərləri” adlı üç dildə dərc olunan jurnalın təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, jurnal Gənclər və İdman Nazirliyi, AMEA Gənclərin İntellektul İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən təsis olunur. Jurnalın baş redaktoru AMEA-nın prezidenti Mahmud Kərimov, elmi məsləhətçiləri isə görkəmli alimlərdən Akif Hacıyev, Nadir Seyidov, Arif İsmayılzadə, Əhliman Əmiraslanov və Ağamusa Axundovdur. Azərbaycan, igilis və rus dillərində çap olunan jurnalda gənc alimlərin məqalə və tezisləri yer alacaq. Jurnal hər ayın əvvəli bir dəfə olmaqla çap olunur.
    07.12.09 Məqaləni oxumaq
     
    “Dövlət ailə, qadın və uşaq siyasəti” mövzusunda qısamüddətli ixtisasartırma kursları başlayıb
    Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və DİA-nın birgə təşkilatçılığı ilə “Dövlət ailə, qadın və uşaq siyasəti” mövzusunda qısamüddətli ixtisasartırma kursları başlayıb. KƏLAMİNFO xəbər verir ki, açılış mərasimində çıxış edən DİA-nın rektoru, professor Seyfəddin Qəndilov bildirib ki, ailə, qadın və uşaq problemlərinin həlli Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.
    07.12.09 Məqaləni oxumaq
     
    Son 9 ayda İrana gedənlərin sayı 35000 nəfər olub
    İran İslam Respublikası (İİR) Azərbaycanla olan viza rejimini aradan qaldırdı. Bundan sonra İrana gedən azərbaycanlılar bir ay müddətində orada qala biləcək, yenidən getmək üçün isə vətənə qayıtmalı olacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami jurnalistlərə açıqlamasında bildirib. Yaxın gələcəkdə bu müddətin 3 aya qədər uzadıla biləcəyini söyləyən səfir, hələlik bu qərarın üzərində iş getdiyini söyləyib. Statistikaya görə, son 9 ayda Azərbaycandan İrana 35000 nəfər adam gedib. Qaydalarda heç bir dəyişiklik edilməyib. İrana getmək istəyənlər yenə də qan analizi verməli olacaqlar. Qeyd edək ki, qanun yanvar ayından icra edilməyə başlanılacaq. Yalnız öz tərəfindən viza rejimini ləğv edən İran Azərbaycandan başqa Türkiyə ilə də viza rejimini aradan qaldırıb.
    07.12.09 Məqaləni oxumaq
     
    KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçə gedib
    Bu gün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndə heyəti İsveçin paytaxtı Stokholm şəhərinə işgüzar səfərə gediblər. Bu barədə məlumatı KƏLAMİNFO-a Fonddan veriblər. Səfərdə məqsəd Fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Stokholm şəhərində İsveçin Mətbuata Maddi Yardım Təşkilatının rəhbərləri ilə görüşmək, yardım alan media qurumlarının təcrübəsi ilə tanış olmaq və gələcəkdə bu təcrübədən faydalanmaqdan ibarətdir. Qeyd edək ki, Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik etdiyi heyətin tərkibinə Müşahidə Şurasının üzvləri, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin aparıcı məsləhətçisi Zöhrə Əliyeva və Fondun əməkdaşı Vüsal Heydərov daxildir. Səfər dekabrın 13-də başa çatacaq.
    07.12.09 Məqaləni oxumaq
     
    İran Azərbaycanla viza rejimini ləğv etdi
    İranla Azərbaycan arasında bağlanan razılaşmalar öz nəticələrini verməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gün İran Mədəniyyət Mərkəzində İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında bu nəticələr barədə məlumat verib. 10 ay öncə prezident İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında münasibətlərdə yeni dönəmin başlandığını vurğulayan səfir viza məsləsinin də öz müsbət həllini tapdığını söyləyib.
    07.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031