|
Səhifələr : 1 2 3 4 5 » #
Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş prosesə çevrilməsinə yol verə bilmərik”
|
“Bu ili Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından müsbət səciyyələndirərdim. Lakin o, daha müsbət ola bilərdi”. Bu fikirləri Rusiyanın “Vesti” telekanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev söyləyib. KƏLAMİNFO-nun “AzərTAC”a istinadən yaydığı məlumata görə, dövlət başçısı hələ ötən ildə Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqlar aparıldığını və münaqişənin tənzimlənməsi haqqında birgə Bəyannamə imzalandığını bildirib. “Həmin sənəddə dəqiq müəyyən edilib ki, münaqişə beynəlxalq hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında tənzimlənməlidir. Bunlar hansı qərar və qətnamələrdir? Təbii ki, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni əsas məsələ budur - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması, köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtması üçün imkan yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən ümidlər bizim güman etdiyimiz dərəcədə doğrulmadı”,-deyə prezident söyləyib.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Milli Məclis Dünya Azərbaycanlılarına müraciət qəbul etdi
|
Bu gün Milli Məclis adından Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul olundu. KƏLAMİNFO xəbər verir ki, müraciətin mətnini millət vəkili Jalə Əliyeva oxudu.
Müraciətdə Azərbaycan xalqını təbrik edən millət vəkilləri azərbaycanlıları həmişə vahid mövqedən çıxış etməyə dəvət etdilər.
Müraciətdə, həmçinin Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının böyük rolu olduğu və bu yöndə fəaliyyətin davam etdirilməli olduğu bildirilib. Müraciət səsə qoyularaq qəbul olundu.
Spiker Oqtay Əsədov seçiciləri və millət vəkillərini həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il münasibətilə təbrik etdi. Sonra Oqtay Əsədov Milli Məclisin payız sessiyasını bağlı elan etdi.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
İngilis vandallar məscidi yandırdılar
|
İngiltərədə vandallar məscidi yandırıblar. KƏLAMİNFO xəbər verir ki, Qərbi Midlands bölgəsindəki Plant küçəsində yerləşən İslam Mərkəzinin bir hissəsi olan "Cradley Heath" adlı məscid hücuma məruz qalıb.
Gecə naməlum şəxslər tərəfindən yandırılan ibadət ocağı tamamilə yararsız hala düşüb.
Hadisə ilə bağlı İngiltərə polisi araşdırmaya başlayıb.
Xatırladaq ki, 400 nəfərin namaz qıldığı məscid 5 il əvvəl də hücuma məruz qalmışdı.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
|
Bu gün Bakıda, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin ilin sonu ilə əlaqədar kollegiya iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda çıxış edən nazir Əbülfəs Qarayev başa çatmaqda olan 2009-cu ilin Azərbaycan üçün mədəniyyət sahəsində də əlamətdar olduğunu bildirdi.
O, qeyd etdi ki, hər şeydən əvvəl cari il Bakının İslam Mədəniyyəti paytaxtı elan olunması ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Cari il həyata keçirilən bu kimi proqramların iclasda müzakirə olunacağını diqqətə çatdıran Ə.Qarayev eyni zamanda növbəti il üçün də iş planının təsdiq ediləcəyini vurğuladı. Nazirin çıxışından sonra iclas öz proqramına uyğun olaraq mətbuatın iştirakı olmadan davam etdirildi.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Təhsil Nazirliyi 2009-cu ilin yekunlarını təqdim etdi
|
Bu gün Təhsil Nazirliyində 2009-cu ilin yekunlarına dair tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, hesabatı təqdim edən təhsil naziri Misir Mərdanov öncə prezident İlham Əliyev tərəfindən təhsillə bağlı imzalanan sərəncamları xatırlatdı.
M.Mərdanov cari ilin yekunları ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilir ki, Azərbaycanda bu il 312 nəfər fəxri adlarla mükafatlandırılıb. 11 gəncin adı gənc istedadların qızıl kitabına daxil olub. İlin ən vacib hadisələrindən biri də “Təhsil haqqında” Qanunun qəbuludur. Qanunun icra mexanizmləri ilə əlaqədar nazirlik tərəfindən işçi qrupu yaradılıb və 35 adda sənəd imzalanaraq təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. Bu il təhsilə 1,3 mlrd. manat vəsait ayrılıb. Son beş ildə 450 minlik 2000 məktəb tikilərək şagirdlərin istifadəsinə verilib. Son iki ildə 28 uşaq bağçası inşa edilib, 30-u isə təmir olunub. Bu illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə 300-dək, o cümlədən cari il 6 məktəb istifadəyə verilib. İkipilləli məktəblərin faizi 73-dən 49-a enib. Təhsilin informasiyalaşdırılması diqqət mərkəzində olub.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib
|
Bu gün Təhsil Nazirliyində “Azərbaycan məktəbi” jurnalının 85 illik yubileyi qeyd edilib. KƏLAMİNFO xəbər verir ki, yubiley mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, təhsil mətbuatının tarixini öyrənmək, fəaliyyətlərini təhlil etmək və gələcək perspektivlərini müzakirə etmək çox vacibdir.
Təhsilin inkişafında jurnalın mühüm rol oynadığını vurğulayan M.Mərdanov əlavə edib ki, son 20 ilin hadisələri təhsillə bağlı olan mətbuatın istiqamətini mənfiyə doğru dəyişə bilmədi. Onun sözlərinə görə, bu mətbuat öz durumunu saxlaya və Azərbaycan məktəbinə xidmət edə bildi. Təhsil mətbuatı ilə bağlı müəyyən iradların da mövcudluğunu söyləyən nazir qeyd edib ki, hər bir mətbuat orqanı öz mövqeyini çəkinmədən bildirməlidir. O, jurnalın işinin bundan sonra daha da güclənəcəyinə, Azərbaycan təhsil tarixinin araşdırılmayan məqamlarını işıqlandırılacağına ümid etdiyini bildirib.
Sonda M.Mərdanov jurnalın iki əməkdaşını “Qabaqcıl təhsil işçisi” döş nişanı, səkkiz nəfərini isə Fəxri Fərmanla təltif edib.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Avropada Azərbaycan mədəniyyəti günləri qeyd olunacaq
|
Gələn il bəzi Avropa ölkələrində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, eyni zamanda gələn il 10-15 nüfuzlu turizm sərgisinin keçirilməsi də planlaşdırılır. Ə.Qarayev qeyd edib ki, həm mədəniyyət, həm də turizm sahəsində qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilməlidir. Nazir bildirib ki, yeni iqtisadi qanunların tətbiq olunmasına mədəniyyət sahəsi daha ciddi əməl etməlidir.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Müəllimlərin sayı 173 mindən 170-ə enib
|
Son iki ildə müəllimlərin sayı azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib.
M.Mərdanov bildirib ki, müəllimlərin sayı 173 mindən 170 minə enib. Müəllimlərin işə qəbulunun elektron vasitələrlə həyata keçirildiyini diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, bu proses 2009-2010-cu tədris ilində bütün ölkəni əhatə edəcək.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
Gələn il bir neçə mədəniyyət ocaqlarının yenidən qurulması planlaşdırılır
|
Gələn il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Musiqili Komediya Teatrı və M.F.Axundov adına Milli Kitabxanada yenidənqurma işləri aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib.
O, qeyd edib ki, gələn il eyni zamanda əsaslı təmirdən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Mingəçevir Dövlət Dram Teatrının açılışı olacaq. Nazir gələn ilin sonuna kimi “Nizami” kinoteatrının təmir-bərpa işlərini tamamlanmasının, Qobustan qoruğunun yeni muzeyi və ekspozisiyasının yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.
Ə.Qarayev Qobustan qoruğunun YUNESKO-nun siyahısında olmasını nəzərə alaraq bununla bağlı təqdimatın keçirilməsini planlaşdırdıqlarını bildirib. “2011-ci ilə Xalça Muzeyinin yeni binasının tikintisinin yekunlaşması, Şəkidə Karvansaranın bərpası, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Opera və Balet Teatrı, eləcə də Musiqili Komediya Teatrının yenidən qurulmasının başa çatdırılması nəzərdə tutulur”,-deyə Ə.Qarayev söyləyib.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
TQDK-da növbəti elmi-metodiki seminar keçirildi
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirildi. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
İclasda 2010-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanında kimya fənnindən tətbiq ediləcək test modelinin müzakirəsinin davamı olub. Müzakirəyə təqdim olunan test tapşırıqlarının hər biri ixtisas qrupunun peşə xüsusiyyətləri nəzərə alınmaqla, məzmuna, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə elmi-metodiki baxımdan təhlil edilib.
Müzakirələr nəticəsində test tapşırıqları ilə bağlı iradlar və təkliflər bildirilib. Müəyyən düzəlişlər edilməklə, qəbul olunmuş test tapşırıqları daha çox məntiqi düşüncəyə, nəzəri biliklərin tətbiqinə əsaslanan, kimyəvi proses və hadisələrin mahiyyətinin açılmasına yönəlmiş, əsasən sxem, qrafik və cədvəl tiplidir. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
|
30.12.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : 1 2 3 4 5 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|