Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    YAP-ın sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının Bonn Konqresində iştirak edir
    Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər. Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə bu gündən dekabrın 10-dək Bonn şəhərində keçiriləcək Konqresdə AXP-nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq. Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edir.
    09.12.09 Məqaləni oxumaq
     
    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Məclisi keçirilib
    Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXII Baş Məclisi öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ötən ilin yekunlarına dair hesabatlar dinlənilib, Baş Məclis, İdarəetmə Şurası və Rəyasət Heyəti, müvafiq komissiyaların yeni tərkibi seçilib, cari məsələlər müzakirə edilib. Tədbirdə çıxış edən AzQAC-ın prezidenti Novruz Aslanov bildirib ki, hesabat dövrü təşkilat üçün uğurlu olub. Ötən müddət ərzində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edilib. Hazırda QAC sıralarında 265 min üzv, 16 mindən yuxarı könüllü fəaliyyət göstərir.
    08.12.09 Məqaləni oxumaq
     
    “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində (AMEA) ölkədə “Gənclik və elm həftəliyi” çərçivəsində AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda AMEA Gənclərin İntellektual Mərkəzinin sədri İlqar Orucov bildirib ki, “Gənclik və elm həftəliyi” və onun çərçivəsində keçirilən tədbirlər “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na müvafiq həyata keçirilir.
    08.12.09 Məqaləni oxumaq
     
    R.T.Ərdoğan: "Dağlıq Qarabağ problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar”
    "Azərbaycan-Ermənistan problemi həll edilərsə Türkiyə-Ermənistan problemi də həllini tapar. KƏLAMİNFO xəbər verir ki, bu barədə bəyanatla Vaşinqtonda Türkyənin Baş nazri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə iki saat davam edən görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edib.
    08.12.09 Məqaləni oxumaq
     
    Bakıda NATO-ya üzv ölkələrin təcrübəsinə həsr olunan seminar keçiriləcək
    Dekabrın 16-da Bakıda NATO-nun üzvü olan ölkələrin təcrübəsinə həsr olunmuş seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri məruzələrlə çıxış edəcəklər. Seminarda dövlətlərin NATO-ya üzvlük istiqamətində həyata keçirdikləri tədbirlər, islahatlar, nailiyyətlər barədə məlumat veriləcək.
    08.12.09 Məqaləni oxumaq
     
    Türkiyə şiələri Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işlərini sürətləndirib
    Türkiyənin Zeynəbiyə Məscidində Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işləri sürətlənib. KƏLAMİNFO xəbər verir ki, İstanbuldakı Aşura məclisləri bir çox xüsusiyyətləri ilə dünyada tək olma özəlliyi daşıyır. Yüz minlərcə insanın qatıldığı matəm məclislərində Ələvi, Sünni, Cəfəri təriqətindən olan insanlar eyni duyğu ilə bir araya gəlirlər. Bundan başqa mərasimlərdə İslam dünyasının ümumi məsələlərinə də diqqət yetirilir. Hər il Aşura danışıqlarında işğal altındakı Türk torpağı Dağlıq Qarabağla bağlı Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzün Ermənistana mesaj göndərilir. Qeyd edək ki, 2005-ci ildə Ginnesin Rekordlar Kitabına namizəd olan Aşura teatrı peyk vasitəsilə Bakıdan Kərkükə, Moskvadan Parisə qədər türkcə danışan insanların diqqətini cəlb edir.
    08.12.09 Məqaləni oxumaq
     
    Ermənistanın tədris müəssisələri bağlanır
    Bu gündən etibarən dekabrın 19-na qədər Ermənistanda məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə tədris dayandırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə qərar Ermənistanın Baş naziri, səhiyyə, həmçinin elm və təhsil nazirlərinin birgə müşavirəsi zamanı qəbul olunub. Səhiyə naziri Aratun Kuşkyan deyib ki, son 10 günlərin müşahidələri göstərir ki, ölkənin bağça və orta məktəblərində kəskin tənəffüs xəstəlikləri geniş yayılıb.
    08.12.09 Məqaləni oxumaq
     
    İstanbulda “Beynəlxalq seysmik risklərin azaldılması” mövzusunda konfrans keçirilir
    Bu gün İstanbulda “Beynəlxalq seysmik risklərin azaldılması” mövzusunda konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, İstanbul valiliyi və Türkiyə Nazirlər Kabineti yanında Fəlakətlər və Fövqəladə Hallar Nazirliyi, Dünya Bankının Qlobal Fəlakət Risklərini Azaldılması və Yaxşılaşdırma Proqramının dəstəyi ilə keçirilən tədbir dekabrın 10-da başa çatacaq. Türkiyənin dövlət naziri Cəmil Çiçəyin rəhbərliyi ilə keçirilən toplantıda Azərbaycan, Rusiya, Belarus, Xorvatiya, Rumıniya, Bolqarıstandan fövqəladə hallar nazirləri, Xorvatiya, İsveçrə, Meksika, Çin, Albaniya, İordaniya, Misir, Ermənistan, Pakistan, Hindistan, Yeni Zelandiya, Yaponiya, Portuqaliya, İtaliya, ABŞ, Makedoniya, Fransa, Fələstin, İndoneziya, Çili, Yəmən, Sudan, Bosniya, Cibuti, Gürcüstan, Qazaxıstan və Özbəkistandan elm adamları qatılıb.
    08.12.09 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Aİ-nın üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Bildirilib ki, “26+1” formatında keçirilən görüş cari ilin mayında Praqada “Şərq tərəfdaşlığı” Proqramı üzrə əməkdaşlıq Sazişi imzalandıqdan sonra nazirlər səviyyəsində keçiriləcək ilk rəsmi görüşdür.
    08.12.09 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında söyləyib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlərin müzakirə oluanacağı nəzərdə tutulub. Xəzərin statusu ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin 5 ölkə arasında həll edilməli olduğunu söyləyib: “Bu hüququ məsələdir. Hüququ məsələlər isə həll olunandır. Statusla bağlı məsələnin 70 faizi artıq həll edilib, 30 faizinin də yaxın gələcəkdə həll edilməsinə ümid edirik”,-deyə səfir bildirib. O, iki ölkə arasında 10 ay öncə bağlanan qaz müqaviləsinə də münasibət bildirib. “Qaz məsələləri ilə bağlı xüsusi mütəxəssis qrupu işləyir. İran tərəfi ümid edir ki, Azərbaycandan istədiyi həə qazı ala biləcək”. Qeyd edək ki, ölkə Azərbaycandan 5 mlrd. kubmetr qaz almaq fikrindədir. Hazırda səlahiyyətli orqanlar bunun üzərində işləyir.
    08.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031