Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub
    Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. Məhkəmənin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Almaniya Federal Konstitusiya Məhkəməsinin sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimlərlə keçirilmiş görüşlərdə konstitusiya ədalət mühakiməsi sahəsində hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Berlin şəhərində Almaniya İdarəçilik İnstututunda hazırlıq kursları keçən Qafqaz ölkələrinin dövlət qulluqçuları üçün Almaniyanın konstitusiya hüququ üzrə alim və mütəxəssislərin iştirakı ilə Azərbaycan Konstitusiya Məhkəməsinin son illərdəki fəaliyyətinə dair məruzə və mülahizələr təqdim edilib.
    17.12.09 Məqaləni oxumaq
     
    Vaşinqton Tehrana qarşı yeni sanksiyalar tətbiq edir
    ABŞ Konqresi yeni qanun layihəsi qəbul edib. KƏLAMİNFO xəbər verir ki, layihədə İrandan benzinin idxalı və ixracına məhdudiyyət qoyulması öz əksini tapıb. Yeni qanun İranın energetika sektoruna 20 mln dollardan çox investisiya yatıran kampaniyalara qarşı yönəlib. Qeyd edək ki, qanun layihəsinin məqsədi Tehranı özünün nüvə proqramından imtina etməyə məcbur etməkdən ibarətdir.
    17.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizka fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizka fənnindən tətbiq ediləcək test modelinin müzakirəsinin davamı olub. Seminar iclasında test modeli barədə təkliflər və iradlar bildirilib. Test modeli irad və təkliflər nəzərə alınmaq, müəyyən düzəlişlər edilməklə qəbul olunub. Növbəti seminar iclasında test tərtibi metodikası ilə bağlı müzakirə aparılacaq.
    17.12.09 Məqaləni oxumaq
     
    Hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib
    Bu gün Ədliyyə Akademiyasında ABŞ Ədliyyə Departamentinin və Azərbaycan Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə hakimliyə namizədlər üçün “Qərarların qəbulu, məhkəmə iclasının idarə olunması və məhkəmə çəkişməsi” adlı təlim keçirilib. KƏLAMİNFO xəbər verir ki, təlimdə ABŞ-ın Luiziana ştatının federal hakimi xanım Helen Berriqan ölkəsinin ədliyyə sistemi barədə ətraflı məlumat verib. H.Berriqan, həmçinin iş təcrübəsi müddətində qarşılaşdığı çətinliklərdən danışmış və onların həlli yollarını hakimliyə namizədlərlə bölüşüb. Xanım H.Berriqan Bakıda olmağından məmnunluğunu bildirib, Azərbaycanın məhkəmə sistemində görülmüş işləri yüksək qiymətləndirib. Təlim iştirakçıları işlərini qruplara bölərək davam etdiriblər.
    16.12.09 Məqaləni oxumaq
     
    “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi
    Bu gün Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu tərəfindən “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, Fondun prezidenti Rauf Sultanov bildirdi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dünyada və ölkəmizdə olan “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” problemini ictimaiyyətə çatdırmaq, bunun üçün görülən işlər və mövzuya aid müzakirələrə şərait yaratmaqdır. Tədbirdə Fondun ekoloq-eksperti Sadiq Rzayev Azərbaycanın ümumtəhsil məktəblərində də bu problemlə əlaqədar maariflədirici işlərin aparıldığını bildirdi.
    16.12.09 Məqaləni oxumaq
     
    İran Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının tərəfdarıdır
    İran Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanparast söyləyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana işgüzar səfəri barədə danışan R.Mehmanparast bu dəfəki səfər çərçivəsində regiondakı bütün ölkələrlə münasibətlərin inkişaf etdirlməsi məsələlərinin müzakirə olunduğunu bildirib.
    16.12.09 Məqaləni oxumaq
     
    Bolqarıstan türk dilinin qadağası ilə bağlı referendum keçirəcək
    Bolqarıstanın dövlət telekanalında türk dilində yayımlanan verilişlərin qadağan edilməsinə dair referendum keçilə bilər. KƏLAMİNFO xəbər verir ki, referendum məsələsini ATAKA Partiyasının lideri Volen Siderov baş nazir Boyko Borisov müzakirə edib. Rəsmilərin görüşündən sonra keçirilən mətbuat konfransında baş nazir sədri olduğu GERB Partiyasının ATAKA Partiyası tərəfindən türk dilində xəbər proqramının dövlət televiziyasında yayımının dayandırılmasını nəzərdə tutan referendumun keçirilməsi barədə təklifini parlamentdə dəstəkləyəcəyini bildirib. Boyko Borisov qeyd edib ki, referendum nəticəsində xalqın dövlət televiziyasında türk dilində xəbərə qulaq asıb-asmamaq istəməsi məlum olacaq.
    16.12.09 Məqaləni oxumaq
     
    Məmurlar məscidlərdən azanın səsgücləndiricilə verilməməsini tələb edirlər
    “Toyda, konfranslarda, şadlıq evlərində, Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, o zaman dindarlar məsciddə bundan niyə istifadə etməməlidirlər?” KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazilər Şurasının bu gün keçirilən iclasında çıxış edərkən deyib. A.Paşazadə bildirib ki, bəzən məsciddə 5 nəfər olur və çox güclü səs verirlər. “Buna da ehtiyac yoxdur. Yəni ehtiyac olan qədər səs vermək lazımdır. Heç kim buna etiraz edə bilməz”,-deyən Şeyxülislam bəzi müştəbeh məmurların heç bir göstəriş olmadan məscidlərdən azanın səsgücləndirici ilə verilməməsini tələb etdiklərini bildirib.
    16.12.09 Məqaləni oxumaq
     
    “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi
    Bu gün Azərbaycan Regional İnkişaf Mərkəzi tərəfindən “Bələdiyyələrin 10 illik fəaliyyəti, yaranması və inkişaf problemləri” mövzusunda konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, Regional İnkişaf Mərkəzinin sədri Çingiz İsmayılov bildirdi ki, bələdiyyələr respublikamızda ərazi idarəetmə sahəsində yeni institut olmasına baxmayaraq, qəbul olunmuş qanunlar onlara yerli səviyyədə müxtəlif sosial məsələlərin həlli üçün kifayət qədər səlahiyyətlər verib. O, Regional İnkişaf Mərkəzi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir çox rayonlarda sosioloji sorğu aparıldığını vurğuladı. Ç.İsmayılov sorğuda iştirak edən respondentlərin əksəriyyətinin bələdiyyələrin işindən narazı olduqlarını qeyd etdi. Ç.İsmayılov sorğu zamanı bələdiyyələrin 62%-nin binasının və internet resurslarının olmaması problemi ilə də üzləşdiklərini bildirdi.
    16.12.09 Məqaləni oxumaq
     
    Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək
    Sabah Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə Muzey Mərkəzində Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Rəsmi və bədii hissədən ibarət bu tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova,Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və digər ictimai xadimlər iştirak edəcəklər.
    16.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 3 4 5 6 7 8 9 10 11 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031