Bu gün Brüsseldə Avropa İttifaqının sammiti keçiriləcək
|
Bu gün Brüsseldə Avropa İttifaqının sammiti öz işinə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, sammitin əsas mövzusu Avropa İttifaqının gələcək xarici siyasət xidmətinin səlahiyyətlərini müəyyənləşdirmək, Avropa iqtisadiyyatının bərpası və iqlim dəyişməsinə qarşı mübarizə məsələləridir.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
M.Mərdanov “Beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu məsələsi hələ müəyyənləşdirilməyib”
|
Yeni qəbul olunan “Təhsil haqqında” qanunda beynəlxalq olimpiadada qalib olan şagirdlərin birbaşa ali məktəbə qəbulu ilə bağlı məsələ yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib.
“Qanunda yazılıb ki, beynəxalq olimpiadaların qalibləri ali məktəblərə müsabiqədən kənar qəbul oluna bilərlər. Hansı olimpiadanın bu sıraya daxil olmasını isə hökumət müəyyənləşdirir. Düşünürəm ki, o, hələ müəyyənləşməyib və bu olimpiadanın o işə aidiyyatı yoxdur”,-deyən nazir şagirdlərin gələcək perspektivlərini belə şərh edib.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
TQDK-da növbəti elmi-metodiki seminarlar keçirilib
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ali məktəblərin magistratura pilləsi üçün xarici dillər (ingilis, alman, fransız və rus dilləri) və bakalavr pilləsi üçün rus dili fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Magistratura pilləsi üçün keçirilən seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edib. 2010-cu ilin qəbul imtahanlarında bakalavrlara təklif olunacaq test tapşırıqlarının əsasən hansı bölmələrini əhatə etməsi barədə fikir mübadiləsi aparılıb. Əsasən məntiqi düşünmə qabiliyyəti, öyrənilən dildə fikrini ifadə etmə və oxunulan materialı anlama səviyyəsi, dil və nitq sahəsində qazanılmalı olan bilik və bacarıqlar, bir sözlə, xarici dildən ünsiyyət məqsədilə istifadə etmək bacarığının yoxlanılmasına xidmət edən test tapşırıqlarına üstünlük vermək qərara alınıb. Növbəti seminarda yeni tipli test tapşırığı nümunələrinin təhlili davam etdiriləcək.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
YAP Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçirib
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçikləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayonunda yaşayan seçicilərlə görüş keçiriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən verblər.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - Milli Məclisin deputatı Əhməd Vəliyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev seçicilər qarşısında çıxış edərək yerli özünüidarəetmə orqanlarının cəmiyyətdəki rolundan danışıblar. Qeyd olunub ki, vətəndaşlar yaşadıqları ərazilərdə fəaliyyət göstərən bələdiyyələrlə sıx təmasda olmalı, yerli problemlərin həll olunmasında birgə çalışmalıdırlar. Səlahiyyətli nümayəndələr YAP-ın fəaliyyətinin əsas qayəsinin xalqa xidmət təşkil etdiyini deyərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Məktəblərdən şəhid adlarının götürülməsi məlumatı həqiqətə uyğun deyil”
|
Orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi məlumatı həqiqətə uyğun deyil. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov verib.
Şəhid adlarının və onların lövhələrinin məktəblərdən götürülməsinin mümkün olmadığını vurğulayan nazir məsələnin araşdırılacağını söyləyib.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı Milli Qurtuluş Partiyası (MQP) dekabrın 8-də bəyanat yayıb. Məlumatda vurğulanıb ki, orta məktəblərdə şəhid adları və onların lövhələrinin götürülməsi prosesi başlayıb.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
|
Təhsil naziri Misir Mərdanov PA-nın rəhbəri Ramiz Mehdiyevin məqaləsini təqdir edir
|
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsində qeyd edilən fikirləri təqdir edir və onu tamamilə doğru hesab edirik. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov söyləyib.
Məqalədən əvvəl məsələ ilə bağlı görüş keçirildiyini xatırladan M.Mərdanov həmin görüşdə iştirak etdiyini söyləyib. “Biz orada deyilənlərin hamısını doğru hesab edirik. Çalışacağıq ki, bundan sonra işimizdə belə problemlər olmasın”,-deyə M.Mərdanov məsələyə münasibət bildirib.
Xatırladaq ki, dekabrın 8-i “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxışвЂќ mövzusunda məqaləsi çap edilib.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
Bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün MSK-ya müraciət edən 737 nəfər qeydə alınıb
|
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün ölkə ərazisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 737 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib.
A.Sarıyev bildirib ki, MSK-da qeydə alınanların 569 nəfəri öz təşəbbüsü ilə müraciət edənlər, qalanları isə siyasi partiya və QHT nümayəndələridir. A.Sarıyev həmçinin dairə hüdudlarında seçkiləri müşahidə etmək üçün 29 min 851 nəfərin DSK-lara müraciət edərək qeydə alındıqlarını söyləyib.
Qeyd edək ki, qeydiyyat prosesi seçkilərə 10 gün qalmışa qədər MSK-da, 5 gün qalmışa qədər isə DSK-larda davam edəcək.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
|
TQDK-da fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Seminarda əsas məsələ, 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizika fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi olub. Müzakirəyə təqdim olunmuş test tapşırıqlarının hər biri elmi-metodiki baxımdan mürəkkəblik dərəcəsinə və nominasiyalara görə ciddi təhlil edilərək, məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin açılmasını tələb edən keyfiyyət və hesablama xarakterli yalnız 4 test tapşırığı qəbul edilib.
|
10.12.09 Məqaləni oxumaq
|
|
|
|