|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
|
Sabah Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkələrdən - Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar Bakıya gəliblər. Yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya məktəbinin direktoru Zviad Bakradze və başqaları iştirak edəcəklər.
|
15.12.09 Məqaləni oxumaq
|
|
|
Qafqaz Universitetində Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti ilə görüş keçirildi
|
Bu gün Qafqaz Universitetində Azərbaycanda səfərdə olan Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti Qreqori Vatsonla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, qonaq ali təhsil ocağında üç günlük seminar aparacaq. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq şirkətin menecerləri və rəhbərlərinin iştirak edəcəyini diqqətə çatdıran A.Saniç qeyd etdi ki, ilk dəfə keçirilən bu seminar davamlı olacaq.
|
14.12.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycandakı səfirliklər Uşaq Kitabxanasına hədiyyələr verəcək
|
Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri Firudin bəy Köçərli adına Uşaq Kitabxanasına kitablar hədiyyə edəcəklər. KƏLAMİNFO xəbər verir ki, uşaq ədəbiyyatı Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Ruminiya, Latviya, Litva, Hindistan, Səudiyyə Ərəbistanı, Misir, İtaliya və digər səfirliklər tərəfindən hədiyyə ediləcək. Nəşrlərin ümumi sayı 1500 təşkil edəcək.
Qeyd edək ki, kitablar kitabxananın fondunda saxlanılacaq. Gələcəkdə səfirliklərin təqdim etdiyi kitablardan ibarət Dünya Uşaq Kitabxanası adlı muzeyin də açılcağı planlaşdırılır. Bundan əlavə kitabların Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulub.
|
14.12.09 Məqaləni oxumaq
|
|
|
Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək
|
Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
İclasda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabinetinin məsul şəxsləri, təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və başqaları iştirak edəcəklər.
|
14.12.09 Məqaləni oxumaq
|
|
|
Bu gün Rəşid Behbudovun doğum günüdür
|
Bu gün Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun doğum günüdür. O, 14 dekabr 1915-ci ildə anadan olub. KƏLAMİNFO xəbər verir ki, özünəməxsus səsi, yüksək ifaçılıq istedadı ilə bütün dünyada şöhrət qazanan Rəşid Behbudov “Arşın mal alan” bədii filmindəki Əsgər rolundan sonra daha çox məşhurluq qazanıb.
Bundan başqa sənətkar “Bəxtiyar” filmində də baş rolda çıxış edib. 1966-cı ildə R.Behbudov Dövlət Mahnı Teatrını təsis edir və son günə qədər onun direktoru olur. R.Behbudov İran, İraq, Efiopiya, Çin, Albaniya, Çili, Argentina və s. ölkələrdə konsert proqramları ilə çıxış edərək Azərbaycanı dünyaya tanıdıb.
|
14.12.09 Məqaləni oxumaq
|
|
|
ABŞ Əfqanıstana 16 min əsgər göndərdi
|
ABŞ Əfqanistana 16 min əsgər göndərdi. KƏLAMİNFO xəbər verir ki, ABŞ hərbi birləşmələrinin Əfqanıstandakı rəhbəri, admiral Maykl Müllin bildirib ki, prezident Barak Obama Yeni Əfqanistan strategiyasını açıqladıqdan dərhal sonra 16 min amerikan asgərinin sözügedən ölkəyə göndərilməsi qərara alınıb. Admiralın sözlərinə görə, ABŞ Əfqanıstana ilk olaraq Hərbi Dəniz Donanmasının əsgərlərini göndərəcək və bu da öz növbəsində NATO hərbi qüvvələrinin ölkədə güclənməsinə kömək edəcək.
|
12.12.09 Məqaləni oxumaq
|
|
|
Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi
|
Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev Bakının 2009-cı il İslam Mədəniyyət Paytaxtı olunmasının yekunu ilə bağlı ilin sonuna kimi Nizami Gəncəvi və digər ədəbiyyatçılarımızın da həyat və yaradıcılığı haqqında tədbirlər keçiriləcəyini bildirdi. Nazir müvini Xaqani Şirvanini Azərbaycan ədəbiyyatında ən parlaq, ən qüdrətli nümayəndələrindən biri olduğunu vurğuladı.
Tədbirdə akademik Bəkir Nəbiyev Xaqani Şirvanin klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmış şair olduğunu bildirdi. O, Xaqani yaradıcılığının Qərbi Avropa, Rusiya, Türkiyə, Hindistan və digər ölkələrin alimləri tərəfindən hələ də öyrənildiyini vurğuladı.
|
12.12.09 Məqaləni oxumaq
|
|
|
BDU, Dövlət Gömrük və Statistika Komitələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
|
Bu gün Bakı Dövlət Universitetinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib. KƏLAMİNFO xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsinin kollektivi də umummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Heydər Əliyev Fondunda olublar.
Qonaqlar Fondun zəngin ekspozisiyası ilə tanış olublar. Onlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı olduğunu əks etdirən fotoşəkillərə baxıblar.
Qonaqlar ulu öndərin həyatına həsr edilən “Böyük ömrün anları” filmini seyr ediblər.
Bu gün həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşları da Heydər Əliyev Fondunda olublar.
|
12.12.09 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
|
Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
|
12.12.09 Məqaləni oxumaq
|
|
|
Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində 19 nəfər ölüb
|
Türkiyənin Bursa vilayətinin Mustafakamalpaşa rayonunun Dəvəçi kəndi yaxınlığındakı kömür mədənində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verr ki, dünən yerl vaxtla axşam saat 19.30-da 250-300 m dərinlikdə baş verən şiddətli partlayış nəticəsində 19 nəfər həlak olub. Partlayışdan sonra mədəndə yanğın başlayıb.
İndiyədək mədəndən 4 fəhlə sağ çıxarılıb. Ölənlərdən 6-nın meyitini çıxarmaq mümkün olub. Olay yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, mədəndə 32 nəfərin çalışdığı bildirilir.
|
11.12.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|