Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    “Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib
    Bu gün Bakıda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Almaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar “Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasov, Almaniyanın Azərbaycandakı səfiri Per Stançina, səfirliyin mədəniyyət şöbəsinin nümayəndələri, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, “Altun” Nəşriyyatının redaktoru Rafiq İsmayılov, Kitab Klubunun əməkdaşları, şair Oqtay Rza, KİV nümayəndələri, kitabxana işçiləri, məktəblilər iştirak ediblər.
    19.12.09 Məqaləni oxumaq
     
    Bu gün Məhərrəmlik ayı başlayır
    Bu gün hicri-qəməri təqvimlə Məhərrəmlik ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası fətva verib. Bu il Aşura günü dekabrın 27-nə düşür. Fətvada bildirilir ki, təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn (ə) naminə qanvermə aksiyasının təşkili ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır. Qeyd edək ki, Məhərrəm İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə Mühəmməd Peyğəmbərin (s) nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin (ə) oğlu İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Muaviyənin qoşunları tərəfindən amansızcasına qətlə yetirilib.
    19.12.09 Məqaləni oxumaq
     
    TQDK ali məktəblərin MBA və TEMPUS proqramları üzrə ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək
    Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. Sənədlərin qəbulu noyabrın 26-dan dekabrın 4-dək aparılıb. Bakalavrlar internet vasitəsilə “Elektron ərizə” doldurub, daha sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında ərizələrini təsdiq etdiriblər. MBA və TEMPUS proqramları üzrə təqdim olunan 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 nəfər sənəd verib.
    19.12.09 Məqaləni oxumaq
     
    Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
    Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsindən veriblər. Aksiya zamanı 140 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
    19.12.09 Məqaləni oxumaq
     
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov illik yekuna dair hesabat verdi
    Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının (YAP) iqamətgahında ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirdi. O, cari ildə azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlərin həyta keçirldiyini söylədi. Komitə sədri diasporanın artıq müasir iş üslubları ilə çalışmağa başladığını bildirdi: “Xəritədə olan bütün ölkələrdə Azərbaycan diasporası geniş təsir imkanlarına malikdir.
    18.12.09 Məqaləni oxumaq
     
    Bu günə qədər 598 əcnəbi vətəndaş ölkədən deportasiya olunub
    Cari ilin ötən dövrü ərzində Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi 598 əcnəbi vətəndaşı ölkə ərazisindən çıxarıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Y.Ağayev verib. Ölkədən çıxarılanların əsəsən Pakistan (329), Çin (80), Əfqanıstan (20), İran (20), Türkmənistan (21), Türkiyə (43), Gürcüstan (20) və Banqladeş (20) vətəndaşlarının olduğunu açıqlayan Y.Ağayev qeyd edib ki, qalanları isə müxtəlif ölkələrin hər birindən 3-4 nəfər olub. Ölkədən çıxarılanların əsasən DİN-in Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi (318), Dövlət Miqrasiya Xidməti (135), Milli Təhlükəsizlik Nazirliyi (13) və digər müvafiq qurumlar tərəfindən tutulduğunu diqqətə çatdıran şöbə rəisi əlavə edib ki, tutulan şəxslər biavasitə təmsil etdiyi qurum tərəfindən ölkədən deportasiya olunublar.
    18.12.09 Məqaləni oxumaq
     
    DMX-yə 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
    Cari ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı DMX-nin rəisi Arzu Rəhimov verib. Son illər Azərbaycana gələn əcnəbilərin sayında artımın müşahidə olunduğunu vurğulayan A.Rəhimov onların əsəsən sərhəd dövlətləri olan Gürcüstan, Türkiyə, İrandan olduqlarını söyləyib. Onun sözlərinə görə, əcnəbilər arasında Böyük Britaniya və ABŞ-dan gələnlər də çoxluq təşkil edir. A.Rəhimov ümumilikdə ölkəmizə 130-dan artıq ölkədən əcnəbi gəldiyini açıqlayıb.
    18.12.09 Məqaləni oxumaq
     
    Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək
    Sabah şəkidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkə Prezidentinin Fərmanına əsasən yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən bu yarışmada Şəki və Yevlax şəhərləri, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur. Tədbirin Münsiflər Heyətinin qərarı ilə müəyyənləşdiriləcək qalib komandalar nazirliyin diplomu və mükafatları ilə təltif ediləcək.
    18.12.09 Məqaləni oxumaq
     
    BDU-da Şirməmməd Hüseynovun 85 illiyi qeyd edildi
    Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, professor Şirməmməd Hüseynovun 85 illik yubileyinə həsr olunan mərasim keçirildi. KƏLAMİNFO xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin tələbə, müəllim heyyətinin və müxtəlif qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru Abel Məhərrəmov açdı. O, yubilyarı təbrik edərək, ona uğurlar arzuladı. A.Məhərrəmov Ş.Hüseynovun adını elm, jurnalistika tarixinə yazan insanlardan olduğunu söylədi. “Azərbaycan mətbuat tarixinin patriarxı Ş.Hüseynov hamının müəllimdir. Bu yubileydə iştirak etmək elmə, jurnalistikaya qiymət vermək deməkdir” - deyə, rektor vurğuladı. Sonra A.Məhərrəmov qocaman müəllimi Fəxri Fərman, pul mükafatı, Universitetin 90 illiyinə həsr olunan kitab və Leninqradda bir neçə nüsxədə hazırlanan xüsusi medalla təltif etdi.
    18.12.09 Məqaləni oxumaq
     
    YAP-ın səlahiyyətli nümayəndələri Qubada partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Quba şəhərində partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər. YAP-ın mətbuat xdmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və deputat Əhəd Abıyev iştirak edib. Görüşdə YAP-ın Quba rayon təşkilatının sədri Fuad Orucov bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən hazırlıq işləri və seçicilərlə görüşlər barədə ətraflı məlumat verib.
    18.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031