Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirilir
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil və elm sahəsində gedən inkişafdan danışdı və bildirdi ki, bu sahədəki irəliləyişlər ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində reallaşıb. Azərbaycan təhsilinin qonşu dövlətlər, eləcədə bir sıra ölkələrə nisbətən irəlidə olduğunu söyləyən M.Mərdanov bu istiqamtdə aparılan işlərin daha da intensivləşdirilməsinin zəruri olduğunu söylədi. Sonra mövzu ilə bağlı danışan M.Mərdanov bildirdi ki, bu konfranslar davamlı olaraq aparılır və lazım olsa təkmilləşdiriləcək və stimullaşdırılacaq.
    05.12.09 Məqaləni oxumaq
     
    Azərbaycanın tarixi və mədəniyyəti elektronlaşdırılacaq
    Azəraycanda ilk dəfə olaraq Azərbaycan tarixi və mədəniyyətinin elektronlaşdırılması layihəsi həyata keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda məlumatı Milli İnternet Forumunun ikinci günündə keçirilən iclasında “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı söyləyib. C.Osmanlı bildirib ki, layihə 2010-cu ildə forumun təşkilatçılarından olan “hp” şirkəti ilə birgə həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkənin tarixi və mədəniyyəti haqqında mövcud olan yazılı mənbələri elektronlaşdıraraq bir resursda toplamaqdan ibarətdir. “Bu resurs vasitəsilə bütün dünya artıq Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat ala biləcək”,-deyən C.Osmanlı “hp” şirkətinin istedadlı gənclər üçün Yaradıcı Mərkəz də yaradacağını vurğulayıb. C.Osmanlı mərkəzdə müasir texnologiyalardan istifadə edərək gənclərin yeni internet layihələri, video, audio, sosial reklamlar hazırlamaq imkanı olacağını söyləyib.
    05.12.09 Məqaləni oxumaq
     
    Uşaq evindən buraxılan gənclərə, xüsusən də qızlara diqqətin artırılması olduqca vacibdir
    Dövlət və ictmiaiyyət tərəfindən uşaq evindən buraxılan gənclərə, xüsusən də qızlara diqqətin artırılması olduqca vacibdir. Onların uşaq evindəki nəzarətdən ayrılmalarından sonra cəmiyyədə mövqe tutmaları üçün dəstəyə böyük ehtiyacları var. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açılamasında bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfində uşaq evindən qayıdan gənc qızlar üçün ölkə ərazisinin bəzi yerlərində, xüsusilə də Sumqayıtda artıq bir neçə ümumi yataqxanalar istifadəyə verilib. Belə bir diqqətin genişləndirilməsinin vacibliyini qeyd edən H.Hüseynova bunun sağlam həyat tərzi keçirən gənclərin sayının daha da artmasına gətirib çıxaracağını vurğulayıb.
    05.12.09 Məqaləni oxumaq
     
    XİN və Azərbaycan NATO Beynəlxalq Məktəbi "Kiber təhlükəsizlik" mövzusunda növbəti sessiya keçirəcək
    Dekabrın 07-13-ü tarixlərində "Ramada" mehmanxanasında Xarici İşlər Nazirliyi və Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) birgə təşkilatçılığı ilə "Kiber təhlükəsizlik" mövzusunda növbəti sessiya keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Qeyd edək ki, mətbuat nümayəndələrinin iştirakı saat 10:00-11:00 aralığında nəzərdə tutulub.
    05.12.09 Məqaləni oxumaq
     
    Son zamanlar ölkədə qadınlar arasında cinayət halları artıb
    Son zamanlar qadınlar arasında cinayət halları artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib. “Ailədaxili münaqişələr və zorakılıqlar nəticədə qadının cinayətkar olmasına səbəb olur”,-deyən H.Hüseynov rəhbərlik etdiyi komitənin həbsxanalarda olan qadınlarla bağlı proqramlar həyata keçirdiyini söyləyib. O, problemi olan ailələrlə, həmçinin cinayət baş verən ailələrin üzvləri ilə mütəmadi münasibətlər qurduqlarını vurğulayıb.
    04.12.09 Məqaləni oxumaq
     
    Müəllimlərin əmək haqlarının artırılması gözlənilmir
    Növbəti ildən müəllimlərin əmək haqlarının qaldırılması ilə bağlı hələlik bir məlumat yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə təhsil naziri Misir Mərdanov çıxış edib. “Bu barədə mən nəsə bir yeni şey deyə bilmərəm. Ölkə büdcəsinin imkanı olanda yəqin bu istiqamətdə də addımlar atılacaq”, - deyə M.Mərdanov məsələyə münasibətini bildirib.
    04.12.09 Məqaləni oxumaq
     
    H.Kilnton və Ə.Davudoğlu Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
    Bu gün NATO-nun Brüsseldəki iclasında Türkiyənin Baş naziri Əhməd Davudoğlu və ABŞ-ın dövlət katibi Hillari Klintonun görüşü gözlənilir. KƏLAMİNFO xəbər verir ki, A.Davudoğlu H.Klinton arasında Əfqanıstan, R.T.Ərdoğanın Vaşinqtona səfəri, Qarabağ və Kipr problemi, eləcə də İranın nüvə enerjisi məsələləri müzakirə olunacaq. Bundan əlavə Türkiyə XİN-in NATO-nun Baş katibi və digər ölkələrin xarici işlər nazirləri ilə görüşləri gözlənilir. Qeyd edək ki, NATO-nun bugünkü iclasında Rusiya ilə NATO Gürcüstan məsələsini də müzakirə edəcək.
    04.12.09 Məqaləni oxumaq
     
    Gürcüstanın elm və təhsil naziri Nika Qvaramiyanın Azərbaycana səfəri gözlənilir
    Növbəti ilin əvvəlində Gürcüstanın elm və təhsil naziri Nika Qvaramiyanın Azərbaycana səfəri gözlənilir. Səfər Azərbaycanın təhsil naziri Misir Mərdanovun dəvəti ilə reallaşıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. Gürcüstana səfərini xatırladan M.Mərdanov təhsillə bağlı orada apardığı müzakirələrdən danışıb və bu sahədə mövcud problemlərin N.Qvaramiya ilə Bakıda da müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, təhsillə bağlı problem Gürcüstanda Azərbaycan dilli, ölkəmizə isə gürcü dilli məktəblərdə mövcuddur.
    04.12.09 Məqaləni oxumaq
     
    “Səsin eşidilsin” - Milli Debat layihəsinə start verildi
    “İrəli” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılğı ilə “Səsin eşidilsin” adlı layihəyə start verilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələri əhatə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Layihə maarifləndirici xarakter daşıyır. Layihə çərçivəsində gənclər arasında Qış Debat Turnirinin də keçirilməsi nəzərdə tutulub. Hər iki İB layihə çərçivəsində 31 ali təhsil müəssisəsində gənclərə “Karl Popper” Debat formatı və natiqlik kursları keçirəcək.
    04.12.09 Məqaləni oxumaq
     
    Cənub bölgəsində məktəb tikintisi və təmiri davam edir
    Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyindən veriblər. 
    04.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 12 13 14 15 16 17 18 19 20 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031