Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
    Sabah Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Xoreoqrafiya Məktəbinin yubileyində iştirak etmək üçün bir çox xarici ölkələrdən - Rusiya, Belarus, Gürcüstan, İtaliya, Moldova, Ukrayna, Türkiyə, Albaniyadan tanınmış balet ustaları, xoreoqraflar Bakıya gəliblər. Yubiley tədbirində TÜRKSOY beynəlxalq təşkilatının nümayəndəsi Əflatun Nemətzadə, Neapol San Karlo Teatrının direktoru Cüzeppe Karbone, Moldovanın xalq artisti Yuri Qorşkov, Moldovanın əməkdar incəsənət xadimi Yuri Madan, Rusiyanın əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, Rusiyanın xalq artisti, professor Valeri Anisimov, Rusiya Xoreoqrafiya Assosiasiyasının üzvü, tanınmış tənqidçi Aleksandr Maksov, Ukraynanın əməkdar incəsənət xadimi Sergey Şvets, Tbilisi Xoreoqrafiya məktəbinin direktoru Zviad Bakradze və başqaları iştirak edəcəklər.
    15.12.09 Məqaləni oxumaq
     
    Qafqaz Universitetində Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti ilə görüş keçirildi
    Bu gün Qafqaz Universitetində Azərbaycanda səfərdə olan Beynəlxalq Keyfiyyət Akademiyasının prezidenti Qreqori Vatsonla görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç bildirdi ki, qonaq ali təhsil ocağında üç günlük seminar aparacaq. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20-dən artıq şirkətin menecerləri və rəhbərlərinin iştirak edəcəyini diqqətə çatdıran A.Saniç qeyd etdi ki, ilk dəfə keçirilən bu seminar davamlı olacaq.
    14.12.09 Məqaləni oxumaq
     
    Azərbaycandakı səfirliklər Uşaq Kitabxanasına hədiyyələr verəcək
    Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri Firudin bəy Köçərli adına Uşaq Kitabxanasına kitablar hədiyyə edəcəklər. KƏLAMİNFO xəbər verir ki, uşaq ədəbiyyatı Böyük Britaniya, Almaniya, ABŞ, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Türkmənistan, Ruminiya, Latviya, Litva, Hindistan, Səudiyyə Ərəbistanı, Misir, İtaliya və digər səfirliklər tərəfindən hədiyyə ediləcək. Nəşrlərin ümumi sayı 1500 təşkil edəcək. Qeyd edək ki, kitablar kitabxananın fondunda saxlanılacaq. Gələcəkdə səfirliklərin təqdim etdiyi kitablardan ibarət Dünya Uşaq Kitabxanası adlı muzeyin də açılcağı planlaşdırılır. Bundan əlavə kitabların Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulub.
    14.12.09 Məqaləni oxumaq
     
    Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək
    Dekabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. İclasda Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabinetinin məsul şəxsləri, təhsil, kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi, ekologiya və təbii sərvətlər, sənaye və energetika nazirləri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və başqaları iştirak edəcəklər.
    14.12.09 Məqaləni oxumaq
     
    Bu gün Rəşid Behbudovun doğum günüdür
    Bu gün Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun doğum günüdür. O, 14 dekabr 1915-ci ildə anadan olub. KƏLAMİNFO xəbər verir ki, özünəməxsus səsi, yüksək ifaçılıq istedadı ilə bütün dünyada şöhrət qazanan Rəşid Behbudov “Arşın mal alan” bədii filmindəki Əsgər rolundan sonra daha çox məşhurluq qazanıb. Bundan başqa sənətkar “Bəxtiyar” filmində də baş rolda çıxış edib. 1966-cı ildə R.Behbudov Dövlət Mahnı Teatrını təsis edir və son günə qədər onun direktoru olur. R.Behbudov İran, İraq, Efiopiya, Çin, Albaniya, Çili, Argentina və s. ölkələrdə konsert proqramları ilə çıxış edərək Azərbaycanı dünyaya tanıdıb.
    14.12.09 Məqaləni oxumaq
     
    ABŞ Əfqanıstana 16 min əsgər göndərdi
    ABŞ Əfqanistana 16 min əsgər göndərdi. KƏLAMİNFO xəbər verir ki, ABŞ hərbi birləşmələrinin Əfqanıstandakı rəhbəri, admiral Maykl Müllin bildirib ki, prezident Barak Obama Yeni Əfqanistan strategiyasını açıqladıqdan dərhal sonra 16 min amerikan asgərinin sözügedən ölkəyə göndərilməsi qərara alınıb. Admiralın sözlərinə görə, ABŞ Əfqanıstana ilk olaraq Hərbi Dəniz Donanmasının əsgərlərini göndərəcək və bu da öz növbəsində NATO hərbi qüvvələrinin ölkədə güclənməsinə kömək edəcək.
    12.12.09 Məqaləni oxumaq
     
    Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi
    Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Xaqani Şirvaninin 810 illiyi ərəfəsində həyat və yaradıcılığı haqqında seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev Bakının 2009-cı il İslam Mədəniyyət Paytaxtı olunmasının yekunu ilə bağlı ilin sonuna kimi Nizami Gəncəvi və digər ədəbiyyatçılarımızın da həyat və yaradıcılığı haqqında tədbirlər keçiriləcəyini bildirdi. Nazir müvini Xaqani Şirvanini Azərbaycan ədəbiyyatında ən parlaq, ən qüdrətli nümayəndələrindən biri olduğunu vurğuladı. Tədbirdə akademik Bəkir Nəbiyev Xaqani Şirvanin klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmış şair olduğunu bildirdi. O, Xaqani yaradıcılığının Qərbi Avropa, Rusiya, Türkiyə, Hindistan və digər ölkələrin alimləri tərəfindən hələ də öyrənildiyini vurğuladı.
    12.12.09 Məqaləni oxumaq
     
    BDU, Dövlət Gömrük və Statistika Komitələrinin əməkdaşları ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
    Bu gün Bakı Dövlət Universitetinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü münasibətilə Fəxri Xiyabana gələrək ulu öndərin xatirəsini yad ediblər, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib. KƏLAMİNFO xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsinin kollektivi də umummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Heydər Əliyev Fondunda olublar. Qonaqlar Fondun zəngin ekspozisiyası ilə tanış olublar. Onlar ümummilli liderin fenomen şəxsiyyət, mahir diplomat, görkəmli siyasətçi, nəcib insan, mehriban ailə başçısı olduğunu əks etdirən fotoşəkillərə baxıblar. Qonaqlar ulu öndərin həyatına həsr edilən “Böyük ömrün anları” filmini seyr ediblər. Bu gün həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşları da Heydər Əliyev Fondunda olublar.
    12.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
    12.12.09 Məqaləni oxumaq
     
    Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində 19 nəfər ölüb
    Türkiyənin Bursa vilayətinin Mustafakamalpaşa rayonunun Dəvəçi kəndi yaxınlığındakı kömür mədənində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verr ki, dünən yerl vaxtla axşam saat 19.30-da 250-300 m dərinlikdə baş verən şiddətli partlayış nəticəsində 19 nəfər həlak olub. Partlayışdan sonra mədəndə yanğın başlayıb. İndiyədək mədəndən 4 fəhlə sağ çıxarılıb. Ölənlərdən 6-nın meyitini çıxarmaq mümkün olub. Olay yerində axtarış-xilasetmə işləri davam edir. Qeyd edək ki, mədəndə 32 nəfərin çalışdığı bildirilir.
    11.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031