|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
|
Noyabrda 2, 618, 691 kvadratmetr ərazi mina və PHS-dən təmizlənib
|
Cari ilin noyabr ayında Azərbaycanın 2, 618, 691 kvadratmetr ərazisi mina və partlamayan hərbi sursatlardan (PHS) təmizlənib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) veriblər.
Məlumata görə, əməliyyatlar zamanı 26, 395 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 425 mütəxəssis, 115 yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Noyabr ayında mina/PHS hadisəsi baş verməyib.
Qeyd edək ki, ümumilikdə ANAMA tərəfindən indiyədək 118, 320, 758 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 530, 787 olub.
Hazırda təşkilat tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonunun ərazisində aparılır.
|
02.12.09 Məqaləni oxumaq
|
|
|
|
Gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər
|
Bolqarıstanın Stara Zaqora şəhərində keçirilmiş gənc trubaçıların V Beynəlxalq müsabiqəsindən ölkəmizin təmsilçiləri uğurla dönüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Təmsilçilərimiz Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova və truba ixtisası üzrə şagirdləri Prezident təqaüdçüsü Tural Quliyev və İsrafil Rəsulov olublar. Müsabiqədə İsrafil Rəsulov festivalın QRAN - PRİ mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüb.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək
|
Sabah Milli Məclisdə “Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda dinləmələr keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya MM-dən veriblər.
Tədbirdə BMT, Avropa Şurası, ATƏT-in və ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq qurumların, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirli, Respublika Baş Prokurorluğunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edəcəklər. Dəyirmi masaya həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ölkədə qadın problemlərinin işıqlandırılması və bu sahə ilə bağlı maarifləndirmə işi ilə məşğul olan kütləvi informasiya vasitələrinin məsul işçiləri də dəvət olunub.
Tədbirdə mühüm sosial problem olan məişət zorakılığının, o cümlədən qadınlara qarşı zorakılığın aradan qaldırılması və bu sahədə qarşıya çıxan problemlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirin sonunda dinləmələrin yekunu kimi müraciətin qəbul edilməsi gözlənilir.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
Bələdiyyə seçkilərində Ümid Partiyası ölkə üzrə 400 nəfər namizədlə iştirak edəcək
|
Qarşıdan gələn bələdiyyə seçkilərinə Ümid Partiyasının təqdim etdiyi 1300 nəfər namizəddən yekun olaraq 400 nəfər rəsmi qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində partiyanın sədr müavini Ənvər Ağazadə verib.
Onun sözlərinə görə, qeydə alınan namizədlərin hamısı sırf partiya xətti ilə irəli sürülən partiya üzvləridir. Ə.Ağazadə qeyd edib ki, partiya tərəfindən namizədlər respublika ərazisində 100 seçki dairəsində 350 bələdiyyə üzrə namizəd kimi iştirak edəcəklər.
Partiyanın Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq noyabrın 26-dan təbliğat-təşviqat kampaniyasına başladığını deyən Ə.Ağazadə müvafiq olaraq bu prosesin partiyanın yerli təşkilatları tərəfindən həyata keçirilidiyini vurğulayıb. O, bildirib ki, bununla bağlı partiya sədri, millət vəkili İqbal Ağazadənin rəhbərliyi ilə partiya tərəfindən dəstək alan müvafiq bələdiyyə üzrə hər bir namizəd təbliğat-təşviaq kampaniyasını öz regionu üzrə sərbəst həyata keçirir.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
Qurban Bayramı ilə əlaqədar ətin qiymətində artım qeydə alınmayıb
|
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ət satışı məntəqələrində bayram günləri də daxil olmaqla gündəlik monitorinqlər keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İqtisadi İnkişaf Nazirliyindən veriblər.
Paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında aparılan monitorinqlər zamanı satışda olan ətin qiymətində artım qeydə alınmayıb.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
KİV DDF fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini uzadıb
|
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddətini dekabrın 12-si saat 16:00-dək uzadıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan veriblər.
Qeyd edək ki, əvvəl yazıların təqdim olunması vaxtı dekabrın 5-dək idi.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
Bu gün Ümumdünya AİDS-lə Mübarizə Günüdür
|
Bu gün “Hyatt Regency” mehmanxanasında Ümumdünya AİDS Gününə həsr olunan Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfrans Respublika Səhiyyə Nazirliyi, UNAİDS, UNHCR və digər təşkilatların birgə dəstəyi ilə baş tutub. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Azərbaycanda BMT HİV üzrə birgə qrupun sədri Cəmilə Cərrahova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Təranə Nazarova, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimi Rəfail Mehdiyev və digər rəsmilər çıxış ediblər. Konfransda Azərbaycanda HİV/AİDS-lə bağlı epidomoloji vəziyyət, Pentensiar xidməti və bir sıra xidməti müəssisələrdə HİV infeksiyası/AİDS-in diaqnostikası, müalicəsi və profilaktikası məsələləri müzakirə olunub.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
Fransanın xarici işlər naziri Bernar Kuşner Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıb
|
Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə nail olmaq üçün tutarlı əsaslar var. Tərəfləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırıram. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Fransanın xarici işlər naziri Bernar Kuşner Yunanıstanın paytaxtı Afinada keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 17-ci iclasındakı çıxışında səsləndirib
B.Kuşner ATƏT-in Minsk Qrupu, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib. “Ümid edirik ki, bu tərəqqiyə Afinada da nail olunacaq, münaqişə tezliklə həllini tapacaqdır”,-deyən B.Kuşner Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu yazılı şəkildə əks etdirməyə çağırıb.
|
01.12.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|