Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Mübariz Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunu haqqında mətbuat konfransı keçirdi
    Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2009-cu ilin noyabrında beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunan analitik materialın təqdimatını keçirdi. M.Əhmədoğlu mətbuat konfransında əsasən Dağlıq Qarabağ, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda olan ölkələrlə bağlı danışdı. M.Əhmədoğlu ilk növbədə Rusiya və Ermənistan arasında ciddi problemlər olduğunu söylədi. “Xatırlayıram, müstəqillik dövründə “Həlqə əməliyyatı” zamanı da belə bir hal olmuşdu. Yenə də iki ölkə arasında olan münasibətlər soyuyub”, - deyən M.Əhmədoğlu əlavə edib. Son olan hadisələrə nəzər salan mərkəz rəhbəri iki dəfə Dmitriy Medvedyevin Serj Sarqisayanın ətrafında olmasına baxmayaraq Rusiya prezidentinin onunla görüşmədiyini diqqətə çatdırdı: “Ola bilsin ki, Rusiya nə isə mesaj vermək istəyir. Bu türk-erməni münasibətlərinin təsirindən də ola bilər”.
    03.12.09 Məqaləni oxumaq
     
    “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi
    Bu gün “Avropa” otelində “QHT-lərin fəaliyyətində səmərəli idarəetmə, şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, seminarda çıxış edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev tədbirdə müzakirə olunacaq məsələlərin səmrəli idarəolma, şəffaflıq, hesabatlılılıq və vətəndaş cəmiyyətinin əsaslarından biri olduğunu bildirdi. QHT-lərin faliyyətində sözügedən prinsiplərin əsas götürülməsinin vacib olduğunu diqqətə çatdıran Ə.Nuriyev qeyd etdi ki, təşkilatlar hər zaman bu prinsiplərlə çalışsalar da onların təkmilləşdirilməsinə ehtiyac var.
    03.12.09 Məqaləni oxumaq
     
    QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin auditi məsələsini öz üzərinə götürmək istəyir
    QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin audit olunması ilə bağlı hökumət qarşısında məsələ qaldırb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev verib. A.Quliyev təklif edib ki, Şuranın maliyyələşdirdiyi QHT-lərin audit xərcini Şura özü ödəsin. Auditlə bağlı qanunvericiliyin tələbini xatırladan A.Quliyev təşkilatların audit olunması ilə bağlı mənbələrin də tapılmasına ehtiyac olduğunu söyləyib. “Bilirsiniz ki, Şura 5 minlə 20 min manat arasında qrantlar verir. Bu vəsaitin də bir hissəsinin auditə getməsi doğru olmaz”,-deyə A.Quliyev əlavə edib.
    03.12.09 Məqaləni oxumaq
     
    “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlığın imkanları” mövzusunda konfrans keçiriləcək
    Sabah Hindistanda dörd sessiyadan ibarət “Azərbaycan və Hindistan: Müasir dövrdə əməkdaşlığın imkanları” mövzusunda konfrans keçiriləcək. Tədbir Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illik yubileyi münasibətilə ölkəmizin Hindistandakı səfirliyi tərəfindən Hindistan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransın ikinci sessiyası “Azərbaycan və Hindistan xalqlarının mədəniyyət, adət və ənənələrindəki oxşarlığın tarixi, mədəni-humanitar əlaqələrin perspektivləri” mövzusunda olacaq. İkitərəfli münasibətlərin hazırkı vəziyyəti, mədəniyyət, incəsənət və digər sahələrə dair fikir mübadiləsinin aparılacağı konfransda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli iştirak edəcək.
    03.12.09 Məqaləni oxumaq
     
    Hazırda 5032 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib
    Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərini izləmək üçün 411 nəfər müşahidəçi Mərkəzi Seçki Komissiyasından (MSK) qeydiyyatdan keçib. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər. Dairə Seçki Komissiyalarından (DSK) qeydiyyatdan keçənlərin sayı isə 4621 nəfər olub. Bunlardan 1999-u partiya təmsilçiləri qalanları isə müstəqil müşahidəçilərdir. Qeyd edək ki, müşahidəçilərin qeydiyyatı MSK-da seçkiyə 10, DSK-da isə 5 gün qalmış başa çatacaq.
    03.12.09 Məqaləni oxumaq
     
    Beynəlxalq Elmi Olimpiadada qalib olan yeniyetmələrimiz seçdikləri ali məktəblərə imtahansız qəbul oluna bilərlər
    Azərbaycanda 15 yaşlı yeniyetmələr arasında baş tutacaq Beynəlxalq Elm Olimpiadasında qalib olacaq gənclərimiz növbəti ildə seçdikləri ali məktəblərə imtahansız qəbul oluna bilərlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunan beynəlxalq yarışmaya ölkəmizdən 15 nəfərdən ibarət komandanın qatıldığını deyən İ.Babayev qeyd edib ki, Azərbaycan ev sahibliyi etdiyi üçün daha çox heyyətlə iştirak edir. O, hər komandanı 3 şagird və 1 müəllim təşkil etdiyini, digər iştirakçı ölkələr üçün isə 3 komanda nəzərdə tutuluduğunu söyləyib. İ.Babayev ölkəmizin daha çox heyyətlə və daha potensiallı gənclərlə təmsil olunduğunu diqqətə çatdırıb. “Bu cür dünya əhəmiyyətli olimpiadadan qalib çıxan gənclərimizin ali məktəblərə imtahansız keçməsini müsbət hal kimi dəyərləndirik. Bunun üçün də müvafiq müzakirələr gedir və bunun həyata keçirilməsinə böyük ehtimal var”,- deyə nazir müavini vurğulayıb.
    03.12.09 Məqaləni oxumaq
     
    Gənclər və İdman Nazirliyində Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib
    Bu gün Gənclər və İdman Nazirliyində Bakıda təşkil olunacaq Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasına həsr olunmuş mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə ilk dəfə olaraq keçiriləcək belə beynəlxalq tədbir haqqında məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl beş Beynəlxalq Elm Olimpiadası ardıcıl olaraq 2004 və 2005-ci ildə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda və 2008-ci ildə isə Koreyada keçirilib. Bu olimpiadalarda iştirak edən Azərbaycan yalnız son iki olimpiadada 6 bürünc medal qazanıb. İ.Babayev qeyd edib ki, beynəlxalq tədbirin bu ilki mərhələsi ölkəmizdə 2-11 dekabr tarixlərində keçiriləcək. Yarışmaya 49 ölkədən 600-dən çox tələbə və müəllimlərin qatıldığını nəzərə çatdıran İ.Babayev artıq hazırlıq məqsədilə mart ayından etibarən Təhsil və Elm Komitələrinin yaradıldığını vurğulayıb. O, bildirib ki, Elm Komitəsinə görkəmli alim Hafiz Paşayev, Təşkilat Komitəsinə isə gənclər və idman naziri Azad Rəhimov rəhbərlik edir.
    03.12.09 Məqaləni oxumaq
     
    TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında fizika fənnindən tətbiq ediləcək test modelinin müzakirəsi baş tutub. Müzakirələr nəticəsində, qəbul imtahanında məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsini tələb edən keyfiyyət və hesablama xarakterli test tapşırıqlarına üstünlük verilməsi qərara alınıb. Müzakirəyə təqdim olunmuş test tapşırıqlarından yalnız on tapşırıq qəbul edilib. Növbəti seminar iclasında müzakirələr davam edəcək.
    02.12.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb
    Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanıb. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir. Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-dan veriblər.
    02.12.09 Məqaləni oxumaq
     
    Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirir
    Ombudsman Aparatı bələdiyyə seçkiləri ərəfəsində Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası ilə birgə respublikanın müxtəlif rayonlarının polis şöbələrinin əməkdaşları üçün regional seminarlar keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər. Keçirilən regional seminarlarda bələdiyyə seçkilərinin ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb etdiyi, səsvermənin mütəşəkkil, demokratik, şəffaf və qüsursuz keçirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, seçki kampaniyası dövründə vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının təmin edilməsinin vacibliyi, icra hakimiyyəti orqanları və polisin seçki prosesinə müdaxiləsi, seçki komissiyaları üzvlərinə təzyiq və təsir göstərilməsinin yolverilməzliyi, habelə ictimai qaydaların pozulması hallarının qarşısının alınmasının zəruriliyi diqqətə çatdırılıb. Seminarlar Lənkəran, Masallı, Astara Biləsuvar, Şirvan, Saatlı, Sabirabad, İmişli və digər rayonlarda təşkil olunub.
    02.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 14 15 16 17 18 19 20 21 22 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Dek.2009»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031