Doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı keçirilir
|
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) doktorant və gənc tədqiqatçıların XIV Respublika elmi konfransı başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil və elm sahəsində gedən inkişafdan danışdı və bildirdi ki, bu sahədəki irəliləyişlər ölkə prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində reallaşıb. Azərbaycan təhsilinin qonşu dövlətlər, eləcədə bir sıra ölkələrə nisbətən irəlidə olduğunu söyləyən M.Mərdanov bu istiqamtdə aparılan işlərin daha da intensivləşdirilməsinin zəruri olduğunu söylədi. Sonra mövzu ilə bağlı danışan M.Mərdanov bildirdi ki, bu konfranslar davamlı olaraq aparılır və lazım olsa təkmilləşdiriləcək və stimullaşdırılacaq.
|
05.12.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın tarixi və mədəniyyəti elektronlaşdırılacaq
|
Azəraycanda ilk dəfə olaraq Azərbaycan tarixi və mədəniyyətinin elektronlaşdırılması layihəsi həyata keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda məlumatı Milli İnternet Forumunun ikinci günündə keçirilən iclasında “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı söyləyib.
C.Osmanlı bildirib ki, layihə 2010-cu ildə forumun təşkilatçılarından olan “hp” şirkəti ilə birgə həyata keçiriləcək. Layihənin əsas məqsədi ölkənin tarixi və mədəniyyəti haqqında mövcud olan yazılı mənbələri elektronlaşdıraraq bir resursda toplamaqdan ibarətdir. “Bu resurs vasitəsilə bütün dünya artıq Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumat ala biləcək”,-deyən C.Osmanlı “hp” şirkətinin istedadlı gənclər üçün Yaradıcı Mərkəz də yaradacağını vurğulayıb. C.Osmanlı mərkəzdə müasir texnologiyalardan istifadə edərək gənclərin yeni internet layihələri, video, audio, sosial reklamlar hazırlamaq imkanı olacağını söyləyib.
|
05.12.09 Məqaləni oxumaq
|
|
|
Uşaq evindən buraxılan gənclərə, xüsusən də qızlara diqqətin artırılması olduqca vacibdir
|
Dövlət və ictmiaiyyət tərəfindən uşaq evindən buraxılan gənclərə, xüsusən də qızlara diqqətin artırılması olduqca vacibdir. Onların uşaq evindəki nəzarətdən ayrılmalarından sonra cəmiyyədə mövqe tutmaları üçün dəstəyə böyük ehtiyacları var. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açılamasında bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfində uşaq evindən qayıdan gənc qızlar üçün ölkə ərazisinin bəzi yerlərində, xüsusilə də Sumqayıtda artıq bir neçə ümumi yataqxanalar istifadəyə verilib. Belə bir diqqətin genişləndirilməsinin vacibliyini qeyd edən H.Hüseynova bunun sağlam həyat tərzi keçirən gənclərin sayının daha da artmasına gətirib çıxaracağını vurğulayıb.
|
05.12.09 Məqaləni oxumaq
|
|
|
|
Son zamanlar ölkədə qadınlar arasında cinayət halları artıb
|
Son zamanlar qadınlar arasında cinayət halları artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında bildirib.
“Ailədaxili münaqişələr və zorakılıqlar nəticədə qadının cinayətkar olmasına səbəb olur”,-deyən H.Hüseynov rəhbərlik etdiyi komitənin həbsxanalarda olan qadınlarla bağlı proqramlar həyata keçirdiyini söyləyib. O, problemi olan ailələrlə, həmçinin cinayət baş verən ailələrin üzvləri ilə mütəmadi münasibətlər qurduqlarını vurğulayıb.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
Müəllimlərin əmək haqlarının artırılması gözlənilmir
|
Növbəti ildən müəllimlərin əmək haqlarının qaldırılması ilə bağlı hələlik bir məlumat yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə təhsil naziri Misir Mərdanov çıxış edib.
“Bu barədə mən nəsə bir yeni şey deyə bilmərəm. Ölkə büdcəsinin imkanı olanda yəqin bu istiqamətdə də addımlar atılacaq”, - deyə M.Mərdanov məsələyə münasibətini bildirib.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
H.Kilnton və Ə.Davudoğlu Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
|
Bu gün NATO-nun Brüsseldəki iclasında Türkiyənin Baş naziri Əhməd Davudoğlu və ABŞ-ın dövlət katibi Hillari Klintonun görüşü gözlənilir. KƏLAMİNFO xəbər verir ki, A.Davudoğlu H.Klinton arasında Əfqanıstan, R.T.Ərdoğanın Vaşinqtona səfəri, Qarabağ və Kipr problemi, eləcə də İranın nüvə enerjisi məsələləri müzakirə olunacaq.
Bundan əlavə Türkiyə XİN-in NATO-nun Baş katibi və digər ölkələrin xarici işlər nazirləri ilə görüşləri gözlənilir.
Qeyd edək ki, NATO-nun bugünkü iclasında Rusiya ilə NATO Gürcüstan məsələsini də müzakirə edəcək.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
Gürcüstanın elm və təhsil naziri Nika Qvaramiyanın Azərbaycana səfəri gözlənilir
|
Növbəti ilin əvvəlində Gürcüstanın elm və təhsil naziri Nika Qvaramiyanın Azərbaycana səfəri gözlənilir. Səfər Azərbaycanın təhsil naziri Misir Mərdanovun dəvəti ilə reallaşıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib.
Gürcüstana səfərini xatırladan M.Mərdanov təhsillə bağlı orada apardığı müzakirələrdən danışıb və bu sahədə mövcud problemlərin N.Qvaramiya ilə Bakıda da müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, təhsillə bağlı problem Gürcüstanda Azərbaycan dilli, ölkəmizə isə gürcü dilli məktəblərdə mövcuddur.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
“Səsin eşidilsin” - Milli Debat layihəsinə start verildi
|
“İrəli” İctimai Birliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılğı ilə “Səsin eşidilsin” adlı layihəyə start verilib. Layihədə Azərbaycanın bütün ali təhsil müəssisələri əhatə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər.
Layihə maarifləndirici xarakter daşıyır. Layihə çərçivəsində gənclər arasında Qış Debat Turnirinin də keçirilməsi nəzərdə tutulub. Hər iki İB layihə çərçivəsində 31 ali təhsil müəssisəsində gənclərə “Karl Popper” Debat formatı və natiqlik kursları keçirəcək.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
Cənub bölgəsində məktəb tikintisi və təmiri davam edir
|
Azərbaycan Respublikası “2009-2013-cü illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası yerlərdə davam etdirilir. Bütün sahələrdə olduğu kimi təhsillə, xüsusilə məktəb tikintisi və təmiri ilə bağlı regionda görülən işlərin bəzisi artıq başa çatdırılıb. Bu barədə məlumatı AZADİNFORM-a Təhsil Nazirliyindən veriblər.
|
04.12.09 Məqaləni oxumaq
|
|
|
|