|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
YAP-ın sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının Bonn Konqresində iştirak edir
|
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və deputat Asəf Hacıyev Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın mətbuat xidmətindən veriblər.
Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə bu gündən dekabrın 10-dək Bonn şəhərində keçiriləcək Konqresdə AXP-nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq.
Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edir.
|
09.12.09 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Məclisi keçirilib
|
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXII Baş Məclisi öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ötən ilin yekunlarına dair hesabatlar dinlənilib, Baş Məclis, İdarəetmə Şurası və Rəyasət Heyəti, müvafiq komissiyaların yeni tərkibi seçilib, cari məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən AzQAC-ın prezidenti Novruz Aslanov bildirib ki, hesabat dövrü təşkilat üçün uğurlu olub. Ötən müddət ərzində “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun qəbul edilib. Hazırda QAC sıralarında 265 min üzv, 16 mindən yuxarı könüllü fəaliyyət göstərir.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
“Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib
|
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində (AMEA) ölkədə “Gənclik və elm həftəliyi” çərçivəsində AMEA, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan elmi və gənclik: reallıqlar, perspektivlər və təkliflər” mövzusunda geniş elmi konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda AMEA Gənclərin İntellektual Mərkəzinin sədri İlqar Orucov bildirib ki, “Gənclik və elm həftəliyi” və onun çərçivəsində keçirilən tədbirlər “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na müvafiq həyata keçirilir.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
|
Bakıda NATO-ya üzv ölkələrin təcrübəsinə həsr olunan seminar keçiriləcək
|
Dekabrın 16-da Bakıda NATO-nun üzvü olan ölkələrin təcrübəsinə həsr olunmuş seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
Tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri məruzələrlə çıxış edəcəklər.
Seminarda dövlətlərin NATO-ya üzvlük istiqamətində həyata keçirdikləri tədbirlər, islahatlar, nailiyyətlər barədə məlumat veriləcək.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
Türkiyə şiələri Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işlərini sürətləndirib
|
Türkiyənin Zeynəbiyə Məscidində Məhərrəm ayının yaxınlaşması ilə əlaqədar Aşuraya hazırlıq işləri sürətlənib. KƏLAMİNFO xəbər verir ki, İstanbuldakı Aşura məclisləri bir çox xüsusiyyətləri ilə dünyada tək olma özəlliyi daşıyır. Yüz minlərcə insanın qatıldığı matəm məclislərində Ələvi, Sünni, Cəfəri təriqətindən olan insanlar eyni duyğu ilə bir araya gəlirlər.
Bundan başqa mərasimlərdə İslam dünyasının ümumi məsələlərinə də diqqət yetirilir. Hər il Aşura danışıqlarında işğal altındakı Türk torpağı Dağlıq Qarabağla bağlı Türkiyə Cəfərilərinin lideri Səlahəttin Özgündüzün Ermənistana mesaj göndərilir.
Qeyd edək ki, 2005-ci ildə Ginnesin Rekordlar Kitabına namizəd olan Aşura teatrı peyk vasitəsilə Bakıdan Kərkükə, Moskvadan Parisə qədər türkcə danışan insanların diqqətini cəlb edir.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
Ermənistanın tədris müəssisələri bağlanır
|
Bu gündən etibarən dekabrın 19-na qədər Ermənistanda məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə tədris dayandırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə qərar Ermənistanın Baş naziri, səhiyyə, həmçinin elm və təhsil nazirlərinin birgə müşavirəsi zamanı qəbul olunub.
Səhiyə naziri Aratun Kuşkyan deyib ki, son 10 günlərin müşahidələri göstərir ki, ölkənin bağça və orta məktəblərində kəskin tənəffüs xəstəlikləri geniş yayılıb.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
İstanbulda “Beynəlxalq seysmik risklərin azaldılması” mövzusunda konfrans keçirilir
|
Bu gün İstanbulda “Beynəlxalq seysmik risklərin azaldılması” mövzusunda konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, İstanbul valiliyi və Türkiyə Nazirlər Kabineti yanında Fəlakətlər və Fövqəladə Hallar Nazirliyi, Dünya Bankının Qlobal Fəlakət Risklərini Azaldılması və Yaxşılaşdırma Proqramının dəstəyi ilə keçirilən tədbir dekabrın 10-da başa çatacaq.
Türkiyənin dövlət naziri Cəmil Çiçəyin rəhbərliyi ilə keçirilən toplantıda Azərbaycan, Rusiya, Belarus, Xorvatiya, Rumıniya, Bolqarıstandan fövqəladə hallar nazirləri, Xorvatiya, İsveçrə, Meksika, Çin, Albaniya, İordaniya, Misir, Ermənistan, Pakistan, Hindistan, Yeni Zelandiya, Yaponiya, Portuqaliya, İtaliya, ABŞ, Makedoniya, Fransa, Fələstin, İndoneziya, Çili, Yəmən, Sudan, Bosniya, Cibuti, Gürcüstan, Qazaxıstan və Özbəkistandan elm adamları qatılıb.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
|
Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək
|
Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında söyləyib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlərin müzakirə oluanacağı nəzərdə tutulub. Xəzərin statusu ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin 5 ölkə arasında həll edilməli olduğunu söyləyib: “Bu hüququ məsələdir. Hüququ məsələlər isə həll olunandır. Statusla bağlı məsələnin 70 faizi artıq həll edilib, 30 faizinin də yaxın gələcəkdə həll edilməsinə ümid edirik”,-deyə səfir bildirib. O, iki ölkə arasında 10 ay öncə bağlanan qaz müqaviləsinə də münasibət bildirib. “Qaz məsələləri ilə bağlı xüsusi mütəxəssis qrupu işləyir. İran tərəfi ümid edir ki, Azərbaycandan istədiyi həə qazı ala biləcək”. Qeyd edək ki, ölkə Azərbaycandan 5 mlrd. kubmetr qaz almaq fikrindədir. Hazırda səlahiyyətli orqanlar bunun üzərində işləyir.
|
08.12.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|