|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
“Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib
|
Bu gün Bakıda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Almaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar “Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasov, Almaniyanın Azərbaycandakı səfiri Per Stançina, səfirliyin mədəniyyət şöbəsinin nümayəndələri, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, “Altun” Nəşriyyatının redaktoru Rafiq İsmayılov, Kitab Klubunun əməkdaşları, şair Oqtay Rza, KİV nümayəndələri, kitabxana işçiləri, məktəblilər iştirak ediblər.
|
19.12.09 Məqaləni oxumaq
|
|
|
Bu gün Məhərrəmlik ayı başlayır
|
Bu gün hicri-qəməri təqvimlə Məhərrəmlik ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası fətva verib. Bu il Aşura günü dekabrın 27-nə düşür.
Fətvada bildirilir ki, təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün İmam Hüseyn (ə) naminə qanvermə aksiyasının təşkili ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır.
Qeyd edək ki, Məhərrəm İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə Mühəmməd Peyğəmbərin (s) nəvəsi, dördüncü xəlifə Həzrət Əlinin (ə) oğlu İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Muaviyənin qoşunları tərəfindən amansızcasına qətlə yetirilib.
|
19.12.09 Məqaləni oxumaq
|
|
|
TQDK ali məktəblərin MBA və TEMPUS proqramları üzrə ADA-nın magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək
|
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul imtahanının birinci mərhələsini keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər.
Sənədlərin qəbulu noyabrın 26-dan dekabrın 4-dək aparılıb. Bakalavrlar internet vasitəsilə “Elektron ərizə” doldurub, daha sonra TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında ərizələrini təsdiq etdiriblər.
MBA və TEMPUS proqramları üzrə təqdim olunan 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 424 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 64 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına isə 123 nəfər sənəd verib.
|
19.12.09 Məqaləni oxumaq
|
|
|
Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
|
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağsu Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsindən veriblər.
Aksiya zamanı 140 nəfər könüllü olaraq qan verib. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
|
19.12.09 Məqaləni oxumaq
|
|
|
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov illik yekuna dair hesabat verdi
|
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının (YAP) iqamətgahında ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirdi. O, cari ildə azərbaycanlıların təşkilatlanması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə bir sıra tədbirlərin həyta keçirldiyini söylədi. Komitə sədri diasporanın artıq müasir iş üslubları ilə çalışmağa başladığını bildirdi: “Xəritədə olan bütün ölkələrdə Azərbaycan diasporası geniş təsir imkanlarına malikdir.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
Bu günə qədər 598 əcnəbi vətəndaş ölkədən deportasiya olunub
|
Cari ilin ötən dövrü ərzində Daxili İşlər Nazirliyinin (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi 598 əcnəbi vətəndaşı ölkə ərazisindən çıxarıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı (DİN) Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Y.Ağayev verib.
Ölkədən çıxarılanların əsəsən Pakistan (329), Çin (80), Əfqanıstan (20), İran (20), Türkmənistan (21), Türkiyə (43), Gürcüstan (20) və Banqladeş (20) vətəndaşlarının olduğunu açıqlayan Y.Ağayev qeyd edib ki, qalanları isə müxtəlif ölkələrin hər birindən 3-4 nəfər olub. Ölkədən çıxarılanların əsasən DİN-in Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi (318), Dövlət Miqrasiya Xidməti (135), Milli Təhlükəsizlik Nazirliyi (13) və digər müvafiq qurumlar tərəfindən tutulduğunu diqqətə çatdıran şöbə rəisi əlavə edib ki, tutulan şəxslər biavasitə təmsil etdiyi qurum tərəfindən ölkədən deportasiya olunublar.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
DMX-yə 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
|
Cari ilin 11 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) 40 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı DMX-nin rəisi Arzu Rəhimov verib.
Son illər Azərbaycana gələn əcnəbilərin sayında artımın müşahidə olunduğunu vurğulayan A.Rəhimov onların əsəsən sərhəd dövlətləri olan Gürcüstan, Türkiyə, İrandan olduqlarını söyləyib. Onun sözlərinə görə, əcnəbilər arasında Böyük Britaniya və ABŞ-dan gələnlər də çoxluq təşkil edir. A.Rəhimov ümumilikdə ölkəmizə 130-dan artıq ölkədən əcnəbi gəldiyini açıqlayıb.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək
|
Sabah şəkidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Prezident Kuboku uğrunda çövkən milli oyunu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Ölkə Prezidentinin Fərmanına əsasən yaradılmış Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilən bu yarışmada Şəki və Yevlax şəhərləri, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulur.
Tədbirin Münsiflər Heyətinin qərarı ilə müəyyənləşdiriləcək qalib komandalar nazirliyin diplomu və mükafatları ilə təltif ediləcək.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
BDU-da Şirməmməd Hüseynovun 85 illiyi qeyd edildi
|
Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, professor Şirməmməd Hüseynovun 85 illik yubileyinə həsr olunan mərasim keçirildi. KƏLAMİNFO xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin tələbə, müəllim heyyətinin və müxtəlif qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin rektoru Abel Məhərrəmov açdı. O, yubilyarı təbrik edərək, ona uğurlar arzuladı. A.Məhərrəmov Ş.Hüseynovun adını elm, jurnalistika tarixinə yazan insanlardan olduğunu söylədi. “Azərbaycan mətbuat tarixinin patriarxı Ş.Hüseynov hamının müəllimdir. Bu yubileydə iştirak etmək elmə, jurnalistikaya qiymət vermək deməkdir” - deyə, rektor vurğuladı.
Sonra A.Məhərrəmov qocaman müəllimi Fəxri Fərman, pul mükafatı, Universitetin 90 illiyinə həsr olunan kitab və Leninqradda bir neçə nüsxədə hazırlanan xüsusi medalla təltif etdi.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
YAP-ın səlahiyyətli nümayəndələri Qubada partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Quba şəhərində partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər. YAP-ın mətbuat xdmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və deputat Əhəd Abıyev iştirak edib.
Görüşdə YAP-ın Quba rayon təşkilatının sədri Fuad Orucov bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən hazırlıq işləri və seçicilərlə görüşlər barədə ətraflı məlumat verib.
|
18.12.09 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|