Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 12.2009
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    İordaniyada ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədər anım mərasimi keçirilib
    Ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində anım mərasimi keçirilib. Azərbaycanın İordaniyadakı səfirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, mərasimdə İordaniyanın siyasi-iqtisadi dairələri, Əmman meriyası, yerli qəbilələrin və Qafqaz icmalarının nümayəndələri, habelə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri, baş katibi və fəal üzvləri, yerli KİV-lərin, İordaniyada yaşayan Azərbaycan icmasının nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər. Səfirliyin mərasim salonunda Heydər Əliyevin həyat yolunu, dövlət başçısı kimi fəaliyyətini əks etdirən fotosərgi təşkil olunub, iştirakçılara ulu öndərə həsr edilmiş Azərbaycan, ərəb və ingilis dillərində kitablar təqdim edilib. Tədbirdə ümummilli liderinin həyat və fəaliyyətinə həsr olunan videokasetdən süjetlər nümayiş etdirilib.
    11.12.09 Məqaləni oxumaq
     
    Gələn həftə Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilə bilər
    Gələn həftə Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilə bilər. KƏLAMİNFO-nun komissiyadan əldə etdiyi məlumata görə, iclasın keçiriləcəyi konkret vaxt hələlik məlum deyil. İclasda müxtəlif növ müraciətlərə baxılacaq və araşdırılacaq. Qeyd olunub ki, Əfvə kimlərin və nə qədər məhbusun salınacağı isə dövlət başçısının səlahiyyətinə aid məsələdir. Komissiya yalnız müraciətlərə baxır və onları araşdırır.
    11.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinə uyğun olaraq Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağına daxil olan tunel ikimərtəbəlidir. Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub.
    11.12.09 Məqaləni oxumaq
     
    BMT İnsan Hüquqları Günü ilə bağlı tədbir keçirdi
    Bu gün BMT “Ambassador” mehmanaxasında İnsan Hüquqları Gününə həsr olunan tədbir keçirdi. KƏLAMİNFO xəbər verir ki, konfransı BMT-nin İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Selimoviç açdı. O, tədbir və ölkələrdə olan ayrı-seçkiliklər haqqında danışdı. Sonra BMT-nin Baş Katibi Pan Ki Mun-un İnsan hüquqları Günü ilə bağlı video müraciəti verildi. Konfransda İnsan Hüquqları üzrə Ali Komissarlığın Cənubi Qafqaz Ofisinin İnsan Hüquqları üzrə Baş müşaviri Vladlen Stefanov, BMT Əhali Fondunun Baş müşaviri Fərid Babayev və digər rəsmilər mövzu ilə bağlı çıxış etdilər. Bundan başqa mərasimdə İnsan Hüquqları üzrə Ali komissarın gün münasibəti ilə video müraciəti və qısametrajlı bir neçə video da nümayiş etdirildi. Tədbirdə həmçinin dini, irqi ayrı-seçkilik, qadın, uşaq zorakılğı ilə bağlı məsələlər müzakirə edildi.
    11.12.09 Məqaləni oxumaq
     
    Fizuli Ələkbərov: “Son 3 ildə ünvanlı sosial yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb”
    Ölkədə ünvanlı sosial yardım siyasətinin uğurla həyata keçirilməsi nəticəsində son 3 il ərzində yardım alanlar arasında yoxsulluq səviyyəsi 20% azalıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. F.Ələkbərovun sözlərinə görə, Dünya Bankı bu göstəricini ünvanlı sosial yardım mexanizmi tətbiq edilən ölkələr sırasında ən səmərəli nəticə hesab edib. Həmçinin müəyyən olunub ki, sosial proqramların icrası üçün ayrılan vəsaitlərin istifadə edilməsində səmərəlilik göstəriciləri başqa ölkələrə nisbətən Azərbaycanda daha yüksəkdir. Nazir həmçinin bildirib ki, sosial yardımın təyin edilməsində ünvanlılıq prinsipi təqribən 90% təmin edilir.
    11.12.09 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Memorandum imzalandı
    Bu gün Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında “Təhsildə əməkdaşlıq” Proqramı üzrə Anlaşma Memorandumu imzalandı. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov “Microsoft” şirkəti ilə 2006-2009-cu illəri əhatə edən Memorandumun imzalandığını xatırlatdı. M.Mərdanov sözügedən Memorandumun vaxtının başa çatdığı üçün növbəti sənədin imzalanmasının zəruri olduğunu qeyd edib. Sənədin imzalanmasında məqsədin təhsildə İKT-nin inkişaf etdirilməsi olduğunu diqqətə çatdıran M.Mərdanov əlavə edib ki, yeni Memoranduma müəllimlərin treninqi, məktəblərin internetə qoşulması, Windovs, ofis proqramları, “Xalq kompüteri” və digər layihələr daxildir. Bu sahədə bir sıra işlərin də görüldüyünü vurğulayan M.Mərdanov DATA Mərkəzinin yaradıldığını xatırlatdı və bildirdi ki, bu günə qədər həmin mərkəzə Azərbaycanın 500-dən çox məktəbi qoşulub və gələn il bu iş başa çatdırılacaq. “İnnovativ məktəb” Proqramı çərçivəsində Braziliyada Forum keçirildiyini qeyd edən nazir bildirib ki, həmin proqrama dünyanın 110 ölkəsi qatılıb və orada seçilən 31 məktəb arasında Bakı şəhərinin 7 saylı məktəbinin də adı var.
    11.12.09 Məqaləni oxumaq
     
    “Niyyət” bədii filminin ilk nümayişi keçiriləcək
    Dekabrın 18-də “Azərbaycan” kinoteatrında “Bakı - islam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filminin ilk nümayişi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Proqramda yaradıcı qrupla görüş və filmə baxış keçiriləcək.
    11.12.09 Məqaləni oxumaq
     
    Deputat Gültəkin Hacıbəyli “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə gedib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli Avropa Şurası Parlament Assambleyası, Parlamentlərarası İttifaqın və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə keçirilən “Avropada miqrasiya və qadınlara qarşı zorakılıq” mövzusunda toplantıya qatılmaq üçün Parisə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Tədbirdə gender bərabərliyi, qadın zorakılığına qarşı mübarizə, miqrant qadınların hüquqi müdafiəsi, onların işlə təminatı və digər məsələlər müzakirə ediləcək. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.
    11.12.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb
    Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin “Orli” Beynəlxalq Hava Limanında prezident İlham Əliyevi Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Həmin gün axşam prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. Qeyd edək ki, Fransaya rəsmi səfəri çərçivəsində prezident İlham Əliyev Parisdə Yelisey sarayında Fransa prezidenti Nikola Sarkozi, Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Bernar Akoyer və bu ölkənin xarici işlər naziri Bernar Kuşnerlə görüşüb.
    11.12.09 Məqaləni oxumaq
     
    ABŞ Ermənistana 41 mln. dollar iqtisadi yardım göstərəcək
    ABŞ Ermənistana iqtisadı cəhətdən dəstək verəcək. KƏLAMİNFO xəbər verir ki, Birləşmiş Ştatlar ölkəyə 41 milyon dollar dəyərində iqtisadi yardım göstərəcək. Qeyd edək ki, məbləğin 8 milyonu Dağlıq Qarabağa ayrılıb. Məbləğin dəyəri Ermənistanın Amerikadakı Milli Komitəsi tərəfidən səsvermə yolu ilə müəyyən edilib. Qeyd ki, əvvəlcə Nümayəndələr Palatası 48 milyon Ermənistana, 10 milyon isə Dağlıq Qarabağa, Senat isə 30 milyon Ermənistana, Dağlıq Qarabağa isə heç bir pul ayırmaq istəməyib.
    10.12.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Dek.2009
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031