Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : 1 2 3 4 5 » #
    Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Dünən prezident İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib, hamıya ən səmimi arzu və diləklərimi yetiririb: "İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər". Prezident qeyd edib ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib.
    27.11.09 Məqaləni oxumaq
     
    Ölkədə 7 nəfər cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilib
    Daxili işlər orqanları tərəfindən gün ərzində qeydə alınan 31 cinayət faktından 20-nin, həmçinin ötən günlərdən bağlı qalan 1 cinayətin üstü açılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Daxili İşlər Nazirliyindən (DİN) veriblər. AR Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölkədə 8 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 1 nəfər yaralanıb. Həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.
    27.11.09 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Şamaxıda bir sıra obyektlərin açılışında iştirak edib
    Bu gün prezident İlham Əliyev Şamaxı rayonunda səfərdə olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev rayon mərkəzində Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Şamaxıda Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, ərazisi əvvəllər 0,4 hektar olan parkın ətrafındakı yararsız tikililərin sökülməsi hesabına onun sahəsi 4,5 hektara çatdırılıb, ulu öndərin abidəsi bu istirahət mərkəzinin ərazisinə köçürülüb. Parkda 5 fəvvarə, 270 yerlik yay konsert meydançası, kafe, uşaq əyləncə mərkəzi, istirahət köşkləri yaradılıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı bina ilə yaxından tanış olub.
    27.11.09 Məqaləni oxumaq
     
    Zərdabi Mətbuat Mərkəzi apardığı sorğunun nəticələrini açıqladı
    Bu gün Mətbuat Şurasında (MŞ) Zərdabi Mətbuat Mərkəzi (ZMM) Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Medianın ilk mənbədən informasiya alması: mövcud tendensiyaların monitorinqi və peşəkarlığa dəstək” layihəsi çərçivəsində “Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları” mövzusunda Dəyirmi masa keçirdi. KƏLAMİNFO xəbər verir tədbirdə çıxış edən ZMM-nin sədri Rəhim Hüseynzadə həyata keçirdikləri bir aylıq sorğunun nəticələrini açıqladı. O qeyd etdi ki, sorğuda KİV-in ilk mənbə ilə iş xüsusiyyətləri, qarşıya çıxan problemlər, bu sahədəki çatışmazlıqlar barədə statistik rəqəmlər əks olunub.
    26.11.09 Məqaləni oxumaq
     
    Qeydiyyatdan keçmiş 1000-dən çox QHT tapılmır
    Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Azərbaycan QHT-ləri” məlumat kitabını nəşr etmək üçün hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu işə Şura bir neçə ay əvvəl başlamış və mümkün olan bütün mənbələrdən QHT-lər haqqında məlumat toplamışdır. Artıq 1000-ə yaxın təşkilat haqqında informasiya yığılaraq elektron bazaya daxil edilmiş və nəşr üçün hazırlanmışdır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şuradan veriblər. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş və siyahı üzrə Şuraya təqdim edilmiş 2427 QHT-nin 2058-i müstəqil qeyri-hökumət təşkilatı, 179-u idman təşkilatları, 150-si başqa QHT-lərin filial və şöbələri, 40-ı isə hüquq məsləhətxanasıdır. Qeyd edək ki, QHT-lərin böyük bir qismi ilə əlaqə yaratmaq hələlik mümkün olmayıb.
    26.11.09 Məqaləni oxumaq
     
    Müdafiə sənayesi naziri Y.Camalov polşalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
    Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Polşanın milli müdafiə naziri Boqdan Klixin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Sənayesi Nazirliyindən (MSN) veriblər. Görüşdə Y.Camalov qonaqlara nazirliyin fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, Azərbaycanla Polşa arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığı yüksək qiymətləndirib. B.Klix iki ölkə arasında mövcud əməkdaşlıqlar sırasına yaxın gələcəkdə müdafiə sənayesi sahəsi üzrə də əməkdaşlığın daxil olacağına ümidvar olduğunu bildirib. Görüşün müdafiə sənayesi sahəsi üzrə gələcəkdə yaranacaq əməkdaşlığa müsbət təsir göstərəcəyini vurğulayan B.Klix səmimi qəbula görə minnətdarlığını ifadə edib. Qeyd edək ki, görüşdə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski də iştirak edib.
    26.11.09 Məqaləni oxumaq
     
    Parlamentdə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” AR Qanun layihəsi təsdiq edildi
    Bu gün Milli Məclisin növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq olunub. Milli Məclisin sədri Oqtay Əsədov əvvəlcə Qurban bayramı münasibətilə iclas iştirakçılarını və xalqımızı təbrik edib. Gələn ilin əsas maliyyə sənədi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin bir neçə gün ərzində parlamentdə müzakirə edildiyini vurğulayan O.Əsədov deputatların fikir və təkliflərinin nəzərə alındığını söyləyib. “Cari ilin 10 ayı ərzində ÜDM-in artımı 8,5 faiz olub. Bu da MDB məkanında ölkəmizin birinci olması deməkdir”,-deyə O.Əsədov vurğulayıb.
    26.11.09 Məqaləni oxumaq
     
    B.Muradova: “Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün ayrıca qanun qəbul ediləcək”
    Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün ayrıca qanun qəbul ediləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin vitse-spikeri Bahar Muradova söyləyib. Zorakılıq məsələlərinə mətbuatın da diqqətini qeyd edən vitse-spiker Azərbaycanın bu sahədə öz vəzifələrini artıq çoxdan müəyyən və icra etdiyini vurğulayıb. “Baxmayaraq ki, Azərbaycan qanunvericiliyində, Ailə, Cinayət məcəlləsində, ən əsası Azərbaycan Konstitusiyasında ailə və nigah, uşaqlar və qadınlar dövlətin himayəsi altındadır, Bununla bağlı qanunvericilikdə müxtəlif maddələr təsbit olunub, amma bu hüquqlar tam şəkildə həyata keçirilmir. Nəzərə alsaq ki, ailə münasibətləri daha çox etik-əxlaqi münasibətlərə söykənir, ona görə hüququn bu məsələlərdə dərinə işləməsi çətinləşir. Məhz bu səbəbdən də bütün dünyada olduğu kimi zorakılğa qarşı mübarizə kampaniyasına qoşulan Azərbaycan bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsinə və ayrıca bir qanunun qəbul olunmasının zamanı gəlib çatdığının fərqindədir.
    26.11.09 Məqaləni oxumaq
     
    ATƏT Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcək
    Azərbaycan məişət zorakılğını kriminallaşdıran qanunvericiliyi qəbul edən ölkələrin sırasına qoşula bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakıda “Məişət zorakılğının qarşısının aınması: ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda keçirilən beynəlxalq konfransada məlumat verilib. Məsələyə münasibət bildirən ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel isə qanunu qəbul edən artıq 60 ölkənin olduğunu, Azərbaycanın da bu ölkələr sırasına qoşulacağına əminliyini ifadə edib. Azərbaycanın qonşularından Türkiyə və Gürcüstanın da bu qanunvericiliyi qəbul etdiyini söyləyən səfir, bir il ərzində daha 10-15 dövlətin həmin ölkələr sırasında olacağını istisna etməyib. B.Cankorel həmçinin ATƏT-in Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə müşahidəçi göndərməyəcəyini də diqqətə çatdırıb.
    26.11.09 Məqaləni oxumaq
     
    Ukrayna prezidenti Viktor Yuşşenko nazir Əbülfəs Qarayevi xüsusi medalla təltif edib
    Ukrayna prezidenti Viktor Yuşşenko ölkəmizin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi mədəniyyət sahəsindəki xidmətlərinə görə xüsusi medalla təltif edib. Medal Əbülfəs Qarayevə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk tərəfindən təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Təqdimat zamanı səfir mədəniyyət sahəsində göstərdiyi xidmətlərə və iki ölkə arasında mədəni əlaqələrin inkişafına görə nazirə minnətdarlığını bildirib. Ə.Qarayev isə Ukrayna prezidenti Viktor Yuşşenkoya təşəkkür edərək hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin çox böyük müvəffəqiyyətlə keçdiyini, mükafatı isə Azərbaycanın bütün mədəniyyət və incəsənət xadimlərinə verilən bir mükafat kimi qarşıladığını söyləyib.
    26.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30