Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Mədəniyyət və incəsənət xadimlərinin təltif olunma mərasimi keçirilib
    Bu gün Muzey Mərkəzində prezident İlham Əliyevin Sərəncamı ilə fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin təltif olunma mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Təltif olunanlar arasında qocaman sənətkarlarla yanaşı, gənclər də yer tutub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova ilə növbəti il üçün əməkdaşlıq Sazişi də imzalayıb.
    25.11.09 Məqaləni oxumaq
     
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında növbəti elmi-metodiki seminar keçirilib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fizika və kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Fizika fənni üzrə seminarda 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki (D variantı) təhlili olunub. Test tapşırıqları abituriyentlərin fizikadan bilik və bacarıqlarını yoxlamağa imkan verib. Qəbul imtahanında məntiqi düşüncəyə əsaslanan, nəzəri biliklərin tətbiqini və fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsini tələb edən keyfiyyət xarakterli test tapşırıqları üstünlük təşkil edib. Aparılan təhlil göstərib ki, abituriyentlərin əksəriyyəti hesablama xarakterli keyfiyyət tipli test tapşırıqlarının həllində çətinlik çəkiblər.
    25.11.09 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə konfrans keçirdi
    Bu gün “Park İnn” mehmanxanasında ATƏT-in Bakı ofisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi məişət zorakılığına dair konfrans öz işinə başladı. Tədbiri giriş sözü ilə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel açdı. O, on il əvvəl 25 noyabrın BMT-nin Baş Assambleyası tərəfindən Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan qaldırılması günü kimi qeyd edildiyini söylədi. “Konfransın keçirilməsi üçün bu günü də məhz Azərbaycanda məişət zorakılığı məsələlərinə dair ictimaiyyətin məlumatlandırılması məqsədi ilə seçmişik. Məişət zorakılığından hər bir kəs əziyyət çəkə bilər, amma bunun qurbanları məhz qadın və uşaqlar olur”, - deyə səfir bildirdi. B.Cankorel 60-a yaxın ölkənin qəbul etdiyi məişət zorakılığını kriminallaşdıran qanunvericiliyi Azərbaycanın da qəbul edəcəyinə ümid etdiyini vurğuladı.
    25.11.09 Məqaləni oxumaq
     
    Qadınlar və yetkinlik yaşına çatmayan uşaqlar üçün yeni təcridxanaların tikintisi planlaşdırılıb
    Qadınlar və yetkinlik yaşına çatmayan uşaqlar üçün yeni təcridxanaların tikintisi planlaşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ədliyyə nazirinin müavini Nazim Ələkbərov verib. N.Ələkbərov Bakı İstintaq Təcridxanasının cari ilin may ayında istifadəyə verildiyini, ikinci hissənin isə ilin sonuna kimi istifadəyə veriləcəyini vurğulayıb. 2010-cu ildə Azərbaycanda qarışıq rejimli təcridxanaların inşasının başa çatdırılmasının planlaşdırıdığını vurğulayan N.Ələkbərov Kürdəmir, Lənkəran, Gəncə və digər bölgələrdə də 2012-2013-cü ildə təcridxanaların tikilməsinin nəzərdə tutulduğunu bildirib. N.Ələkbərov həmçinin şəhərin mrkəzində olan təcridxanaların da köçürülməsinin nəzərdə tutulduğunu vurğulayıb.
    25.11.09 Məqaləni oxumaq
     
    Bələdiyyə seçkilərində Ana Vətən Partiyası yekun olaraq 412 nəfər namizədlə iştirak edəcək
    Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə Ana Vətən Partiyasının yekun olaraq təqdim etdiyi ümumilikdə 1000 namizəddən 412 nəfər qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyanın mətbuat xidmətindən veriblər. İrəli sürülən namizədlər həm partiya xətti, həm də partiya mənsubiyyəti göstərilməklə fərdi qaydada təqdim olunub. Bunlardan 120 nəfər partiya xəttilə, 292 nəfər isə fərdi qaydada irəli sürülən namizədlərdir. Partiya tərəfindən seçkilərdə iştirakı rəsmi qeydə alınan namizədlərin ümumilikdə 10%-i qadınlar, 30%-i isə gənclər təşkil edir. Partiya bu gündən etibarən təbliğat-təşviqat kampaniyasına başlayacaq. Bununla əlaqədar AVP sədri, millət vəkili Fəzail Ağamalı partiyanın yerli təşkilat sədrləri ilə görüş də keçirib.
    25.11.09 Məqaləni oxumaq
     
    “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində”
    AMEA-nın Tarix İnstitutu: “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı kitab Azərbaycan dövlətçiliyinə ciddi təhlükədir”. Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən talış diasporası tərəfindən “Talışlar: Səfəvilər dövründən İran-Rusiya müharibəsinin sonuna qədərki dövr ərzində” adlı rus dilində nəşr olunan kitabın təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə talış diasporasının sədri olduğunu iddia edən İsmayıl Şabanov və kitabın müəllifi Hüseyn Əhmədi (İran tarixçisi) iştirak edib.
    25.11.09 Məqaləni oxumaq
     
    Qurban bayramında yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq
    Azərbaycanda noyabrın 27-30-da qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması nəzərdə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Nadir Əzməmmədov verib. N.Əzməmmədov bildirib ki, əlavə vaqonların sayı sərnişin axını ilə tənzimlənəcək və yerli istiqamətdə hərəkət edən bütün qatarlara qoşulacaq.
    25.11.09 Məqaləni oxumaq
     
    Noyabrın 27-si və 28-i Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq
    Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, noyabrın 27-si və 28-i Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. İstirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar noyabrın 30-u da qeyri-iş günü elan edilib.
    25.11.09 Məqaləni oxumaq
     
    Ölkə kitabxanalarının 27,3% şəhər, 72,7%-i isə kənd yerlərinin payına düşür
    Dövlət Statistika Komitəsi “Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinə keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Müayinə ilə əhatə olunan kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxananın 2322-si və ya 27,3% şəhər yerlərində, 6185-i və ya 72,7% kənd yerlərindədir. Tabeçilik baxımından onların 50,7% Təhsil Nazirliyinin (48% ümumtəhsil, 2,7% ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində), 46,6% Mədəniyyət və Turizm Nazirliyinin (44,8% kütləvi kitabxanalarda, 1,8% musiqi məktəblərində) 2,7% isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir. Kitabxanaların 23,4% Aran, 14,9% Gəncə-Qazax, 11,7% Lənkəran, 9% Şəki-Zaqatala, 8,4% Bakı şəhəri, 8,2% Quba-Xaçmaz, 7,1% Yuxarı Qarabağ, 5,8% Naxçıvan, 4,9% Dağlıq Şirvan, 4,5% Kəlbəcər-Laçın və 2,1% Abşeron iqtisadi rayonlarındadır.
    25.11.09 Məqaləni oxumaq
     
    Beynəlxalq çempionatda kulinarlarımız Azərbaycan mətbəxini yüksək səviyyədə təmsil ediblər
    Moldovada keçirilən beynəlxalq mətbəx çempionatında kulinarlarımız Azərbaycan mətbəxini yüksək səviyyədə təmsil ediblər. Çempionatın Münsiflər Heyəti onların çıxışına yüksək bal veriblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Təmsilçilərimiz vətənə 3 qızıl, 2 bürünc medal və 1 fərqlənmə diplomu ilə qayıdıb. Aşpazlar 9 sinif yarışının hamısında yüksək nəticə göstəriblər. Digər məlumata gorə isə Belçikada Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa parlamentinin binasında keçirilən “Azərbaycan mətbəxi” günlərində milli mətbəximiz yüksək səviyyədə təqdim edilib.
    25.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30