Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Beynəlxalq Təhsil Sərgisi-2009 keçiriləcək
    Cari ilin 7 noyabr tarixində “Beynəlxalq Təhsil Sərgisi- 2009”a qatılan hər bir gənc bir sıra nüfuzlu xarici universitetlər haqda məlumat toplamaqla yanaşı, yerli universitetlərlə əməkdaşlıq əlaqələri də qura biləcək. Bu barədə məlumat Gənclər və İdman Nazirliyi mətbuat xidmətindən veriblər. Kaspi Təhsil Mərkəzi tərəfindən Landmark otelinin Rotunda Zalında keçiriləcək sərgidə Glasgow Universiteti (Böyük Britaniya), East Anglia Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO (Böyük Britaniya), Study Group (Böyük Britaniya), Kendall College (ABŞ) kimi nüfuzlu universitetlər və təhsil müəssisələri iştirak edəcək. Sərgiyə qatılanlar iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar.
    05.11.09 Məqaləni oxumaq
     
    Prezident “BakuTel” sərgisinin açılışında iştirak edib
    Bu gün Bakıda, Heydər Əliyev adına İdman və Sərgi Kompleksində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb. Sərginin açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Artıq dörd ilə yaxındır ki, “BakuTel” sərgisi prezident İlham Əliyevin himayədarlığı ilə keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilən “BakuTel” sərgisi vasitəsilə Azərbaycana böyük şirkətlər gəlir, yeni layihələr həyata keçirilir. “BakuTel-2009” sərgisində dünyanın 16 ölkəsindən 112-dən çox şirkəti iştirak edir. Sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edir, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkəti də var. Sərgidə Azərbaycanın İKT bazarında ilk dəfə olaraq ultra müasir texnika nümayiş olunub və bu sərginin 40%-ni təşkil edib. Sərgidə həmçinin ilk dəfə olaraq elektron sənəd dövriyyəsi sistemi olan “LanDox”, “MS Dynamics CRM”, “AX” həll variantları və telefoniya sahəsində “NAV” yeni həll variantlarının da təqdimatı olub.
    05.11.09 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi: “Məktəblidə vəba xəstəliyi aşkar edilməyib”
    Bakı şəhəri, Sabunçu rayonunun 67 nömrəli məktəbinin şagirdi qastrit diaqnozu ilə 5 ¹-li Uşaq yoluxucu xəstəxanasına qəbul edilib. Təlimata uyğun olaraq xəstədən nümunə götürülərək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında müayinə edilib və xəstədə NAQ-vibrionu (Xeyberq) daşıyıcılığı aşkar edilib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi mətbuat xidmətindən veriblər. NAQ vibrionları vəba xəstəliyinin törədiciləri olmayıb, bu xəstəliklə heç bir əlaqəsi yoxdur. Bu vibrionlar yalnız kəskin bağırsaq infeksiyaları törədə bilər. NAQ vibrionunun daşıyıcılığı aşkar edildiyinə görə xəstənin oxuduğu məktəbdə adi bağırsaq infeksiyaları ocaqlarında aparılan tədbirlər həyata keçirilib.
    04.11.09 Məqaləni oxumaq
     
    İranda 4,9 bal gücündə zəlzələ olub
    İranın cənubundakı Bəndər Abbas bölgəsində yerli vaxtla 02:56 radələrində rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutu yayıb. Zəlzələ həmin bölgəyə yaxın Qəşm adasında da hiss olunub. Yayılan məlumatlara görə, hadisə nəticəsində 200 nəfərdən çox insan xəsarət alıb, həlak olan yoxdur, yaralılardan 38-i xəstəxanaya yerləşdirilib. Hazırda bölgədə ilkin tibbi yardımla bağlı işlər görülür.
    04.11.09 Məqaləni oxumaq
     
    "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" konfrans keçiriləcək
    Noyabrın 11-də Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq konfrans keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, tədbir Azərbaycan Diplomatik Akademiyası və İslam Konfransı Təşkilatının Baş katibliyinin birgə təşkilatçılığı ilə təşkil ediləcək. Tədbirdə iştirak etmək üçün İslam Konfransı Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu Azərbaycana səfərə gələcək.
    04.11.09 Məqaləni oxumaq
     
    Azərbaycanda “donuz qripi”
    Azərbaycan vətəndaşında da A/H1N1 qripi qeydə alınıb. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər. Qripə yoluxan sakin Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabrın sonunda respublikaya gələn, Kürdəmir rayon sakinidir. Xəstə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda hospitallaşdırılıb və həkimlərin müşahidəsi altında spesifik müalicə kursu keçir. Hazırda xəstə ilə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.
    04.11.09 Məqaləni oxumaq
     
    Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfərə gəlir
    Noyabrın 6-da Moskva və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycana səfərə gələcək. Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətinin 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyasında, həmçinin Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olacaq. Kirillin Bakıda bütün Gürcüstanın patriarxı II İlya ilə görüşü də nəzərdə tutulub.
    04.11.09 Məqaləni oxumaq
     
    Katolikos-Patriarxı II İliya Bakıdadır
    Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Bakıya gəlib. Qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşları, Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze qarşılayıb. Gürcüstan Patriarxının Azərbaycana səfərinin əsas məqsədi A.Paşazadənin anadan olmasının 60, Şeyxülislamlığının isə 30 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməkdir. Qeyd edək ki, tədbirə qatılmaq üçün 4 qitə və 30 ölkədən 130 nümayəndənin iştirakı gözlənilir. Qonaqların arasında nazir, nazir müavinləri, müxtəlif ölkələrdən olan dini qurumların sədrləri və digər rəsmilərin olacağı gözlənilir.
    04.11.09 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadənin 60 illik yubileyinə 20-dən çox ölkədən nümayəndə qatılacaq
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyi və şeyxülislam kimi fəaliyyətinin 30 ilinin tamam olması münasibətilə noyabrın 6-7-də Bakıda keçiriləcək “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” adlı beynəlxalq konfransa 20 ölkədən nümayəndə heyətləri qatılacaq. QMİ-dən AZADİNFORM-a verilən məlumata görə, nümayəndə heyətlərinin əksəriyyətinə prezident, baş nazir və parlament sədrləri rəhbərlik edəcək. Tədbir “Gülüstan” sarayında dövlət səviyyəsində başlayacaq, noyabrın 7-də QMİ-in böyük zalında tamamlanacaq.
    04.11.09 Məqaləni oxumaq
     
    “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı işıq üzü görüb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı çapdan çıxıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, topluda ərəb, fars və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. toplunun ərəb filologiyası bölməsində “Mağara” simvolizmi, “Min bir gecə” nağılları, İran filologiyası bölməsində Nizaminin meracnamələri, Hafiz və Nəsimi şeirlərində “Can” və “Cahan” anlayışlarının poetik-irfani dəyərləri, İslam inqilabı ərəfəsində İran hekayəsi, “Təzkürətül-övliya” əsərinin konseptual məqamları, Cami və Füzulinin “Hədisi ərbəin” əsərlərinin müqayisəsi əks olunub. Türk filologiyası bölməsində isə türk aşıq ədəbiyyatının inkişaf tarixi, satiranın nəzəri məsələləri, yeni türk hekayəçiliyinin formalaşması, türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemləri, Nazim Hikmətin dramaturgiyası və şərq folklor qaynaqlarından və digər məqalələrdən bəhs olunub.
    04.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2009
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    Noy.2009
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30