Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 11.2009
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayacaq
    Noyabrın 15-dən etibarən Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalistlər üçün təlim kurslarına başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər. Şuranın Prezident Yanında Kütləvi İnofrmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində baş tutacaq tədbir MŞ-nin tərtib etdiyi tədris planı əsasında keçiriləcək. Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə on iki mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və marketinq, diffamasiya, internet media, pablik rileyşnz, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və digər məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək. Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.
    11.11.09 Məqaləni oxumaq
     
    Türkiyə Ermənistanla sərhəddə 11 gözətçi məntəqəsi yaradacaq
    Türkiyə sərhədlərini möhkəmləndirir. KƏLAMİNFO xəbər verir ki, PKK silahlı qruplarına qarşı mübarizə ilə əlaqədar Türkiyə Ermənistanla sərhəddinə 11, İran-İraq sərhəddinə 17 və Suriya sərhəddinə 18 gözətçi keçid məntəqəsi yaratmağı planlaşdırır. Bu haqda məlumatı parlamentdə 2010-cu ilin hərbi büdcəsini təqdim edən Türkiyənin müdafiə naziri Veçdi Gönül verib. O bildirib ki, 11 məntəqənin tikilməsinə hazırlıq işləri görülür və bunların 7-si yeraltı olacaq. Bütün gözətçi məntəqələrinin gələn ilin sonuna kimi hazır olacağı bildirilib. Nazir qeyd edib ki, Türkiyə üçün ən böyük təhlükə PKK terorçularından gələn terror hadisələridir. Qeyd edək ki, Türkiyənin 2010-cu il hərbi büdcəsi 15 mlrd. 118 mln. türk lirəsi təşkil edir.
    11.11.09 Məqaləni oxumaq
     
    XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda yeni təkliflər yoxdur”
    Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda yeni təkliflər yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. O qeyd edib ki, hazırda davam etdirilən müzakirələr 5 ildir ki, aparılan prinsiplər üzərindəki danışıqlardı. Ermənistan tərəfinin irəliləyişlə bağlı konkret addım atmadığını diqqətə çatdıran E.Məmmədyarov qeyd edib ki, müəyyənləşdirilən məsələlərin müzakirəyə çıxırılması məqamında qarşı tərəf addım atmır. “Bilirsiniz ki, danışıqlar çox çətindir. Həmsədrlərin son səfərində danışıqların əsas mövzusu Ermənistan tərəfinin irəliləyişə nail olmaq üçün hansısa addım atmaq istəməməsi idi. Yəni bilmək istəyirdik ki, qarşı tərəf irəliləyişə nail olunmasını istəyir, yoxsa, bu belə deyil”,-deyə E.Məmmədyarov məsələyə aydınlıq gətirib.
    11.11.09 Məqaləni oxumaq
     
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti elmi-metodiki seminarını keçirib
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fizika fənni üzrə növbəti elmi-metodiki seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İclasda 2009-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında fizika fənnindən istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili aparılıb. Təhlil göstərib ki, test tapşırıqları daha çox məntiqə əsaslanaraq nəzəri biliklərin tətbiqini, fiziki hadisə və proseslərin mahiyyətinin dərk edilməsinə, abituriyentlərin fizika fənnindən bilik və bacarıqlarının aşkara çıxarılmasına imkan verib. Abituriyentlərin əksəriyyəti mayelərin sıxlığının ölçülməsinə aid cihaza, çevrə üzrə bərabərsürətli hərəkətə aid hesablama tipli, sürtünmə qüvvəsinə aid qrafik tipli test tapşırıqlarına yaxşı, atom fizikası və elektrik sahəsinə aid hesablama tipli, impulsa, ağırlıq qüvvəsinə, həndisi optikaya aid keyfiyyət tipli və müxtəlif mühitlərdə elektrik cərəyanına aid qrafik tipli tapşırıqlara isə nisbətən zəif nəticə göstəriblər. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
    11.11.09 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Suriyanın xarici işlər nazirinin müavinini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Suriya Ərəb Respublikasının xarici işlər nazirinin müavini Faisal Əl-Miqdadı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ölkələr arasında münasibətlərin yüksək səviyyədə olması qeyd edilib, bunun əsasını hər iki ölkə rəhbərləri arasında olan münasibətlərin təşkil etdiyi vurğulanıb. Siyasi əlaqələrin inkişafından danışan tərəflər, bunun iqtisadi sahəyə də şamil edilməsinin vacibliyini və qarşılıqlı səfərlərin, iş adamlarının görüşlərinin təşkil edilməsinin vacibliyini qeyd ediblər. Regionda baş verən proseslərə toxunan nazir müavini F.Əl-Miqdadi İslam dünyasının birliyinin vacibliyini dilə gətirib və müsəlman ölkələrinin birgə maraq kəsb edən məsələlərdə həmrəylik göstərməsi zəruriliyini qeyd edib. Nazir E.Məmmədyarov Azərbaycanın İslam umması ilə həmrəy olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünə toxunan nazir münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə məlumat verib. Sonra tərəflər Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
    11.11.09 Məqaləni oxumaq
     
    “İrəli” İctimai Birliyi bələdiyyə seçkiləri ilə bağlı Bərdə və Samuxda növbəti təlimlərə başlayıb
    Bu gün “İrəli” İctimai Birliyi və Bələdiyyələrin Milli Asosasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə Bərdə və Samuxda təlimlərə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəli” İctimai Birliyindən veriblər. Xatırladaq ki, respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusu” və “Seçkiqabağı təşviqatın təşkili” mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılacaq. Birliyin təlimlərində klassik musiqi konsertlərinin təşkili planlaşdırılıb.
    11.11.09 Məqaləni oxumaq
     
    “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlər” mövzusunda sərgi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq “Bakı-İslam mədəniyyətinin paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində noyabrın 13-14-də Muzey Mərkəzində “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlər” mövzusunda sərgi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliynin mətbuat xidmətindən veriblər. Sərginin əsasnaməsinə uyğun olaraq oktyabrın 12-dən 14-dək Lənkəran, 16-dan 17-dək Şirvan, 20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilib. Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş müxtəlif janrlarda 450 əsərdən 300-ə yaxını Respublika sərgisinə təqdim olunub. Sərgiyə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Rayon Mədəniyyət və Turizm şöbələri və digər əlaqədar təşkilatlardan nümayəndələr dəvət olunub və sərginin açılışı noyabrın 13-də olacaq.
    11.11.09 Məqaləni oxumaq
     
    İrandan Ermənistana qaz nəqli dayandırılıb
    Bu gün səhər İrandan Ermənistana ötürülən təbii qazın nəqli dayandırılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı İran şirkətinin təmsilçisi Vəliəllə Dini verib. Təbii qazın nəqlinin dayandırılmasını Ermənistan tərəf istəyib. Qonşu ölkə bunu texniki çətinliklərin olması ilə əlaqələndirib. Şirkətin təmsilçisi bildirib ki, baş verən çatışmamazlıq aradan qaldırılandan sonra İran yenidən qaz nəqlinə davam edəcək. Qeyd edək ki, bu ilin yazından İslam Respublikasından Ermənistana hər gün 2 mln. kubmetr həcmində qaz verilir. Qazın həcminin 10 mln. kubmetrə çatdırılacağı gözlənilir.
    11.11.09 Məqaləni oxumaq
     
    E.Nalbandyan Qarabağ üçün əlavə maneələr hiss edir
    Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanın Qarabağ problemi ilə əlaqəsi yoxdur. Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yaponiyanın “Yomiuri” qəzetinə verdiyi müsahibəsində səsləndirib. “Əgər əlaqələrin normallaşması Dağlıq Qarabağ məsələsi ilə bağlanarsa, bu, Qarabağ üçün əlavə maneələr yarada bilər”,-deyən E.Nalbandyan bildirib ki, Türkiyənin yaxınlaşma məsələsini Qarabağ probleminin həlli ilə bağlamaması lazımdır.
    11.11.09 Məqaləni oxumaq
     
    Qoruyucu maskaların qiymətləri niyə artıb?
    Ölkədə yayılan A(H1N1) qripi ilə əlaqədar apteklərdə qoruyucu maskaların qiymətlərinin süni şəkildə qaldırılması və qıtlığı halları tezliklə aradan qaldırılacaq. Bu barədə məlumatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdüri Pərviz Əzizbəyov verib. Onun sözlərinə görə, bu cür vasitələrin apteklərdə satışı özəl biznes olduğundan təmsil etdiyi qurum birbaşa olaraq bunun satışına müdaxilə edə bilmir. Hazırda Səhiyyə Nazirliyinin qoruyucu masakaların apteklərdə satışını təşkil edən şirkətlərlə ciddi danışıqlar apardığını diqqətə çatdıran P.Əzizbəyov qeyd edib ki, qiymət artımı son günlər ölkədə ona yaranan ehtiyacla əlaqədar bəzi iş adamları tərəfindən yaradılıb. “Dövlət qurumu olaraq biz bu prosesdə tövsiyyə xarakterli səlahiyyətə malik olduğumuz üçün birbaşa o apteklərin işinə müdaxilə edə bilmirik. Lakin hazırda apteklərdə maskaların satışını təşkil edən şirkətlərlə apardığımız danışıqlar nəticəsində çox yaxın zamanda onlar öz əvvəlki qiymətlərinə - 8 və ya 10 qəpiyə endiriləcək”-deyə P.Əzizbəyov bildirib.
    11.11.09 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2009»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(174)
    Noyabr(176)
    Dekabr(190)
    Arxiv
     
    « Noy.2009
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30